Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-891/2024 06.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı LPO QSC Bank Standard KB-nin Cavabdeh qarşı xx.xx.2010-cu il tarixli 1xx/xx/3853/10 saylı kredit müqaviləsi üzrə əsas borca görə 341,26 manat, faiz borcuna görə 403,17 manat, cəriməyə görə 239,07 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faizə görə 113,95 manat olmaqla cəmi 1097,45 manat borcun, dövlət rüsumuna görə 30,98 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı LPO QSC Bank Standard KB Cavabdeh qarşı xx.xx.2010-cu il tarixli 1xx/xx/3853/10 saylı kredit müqaviləsi üzrə əsas borca görə 341,26 manat, faiz borcuna görə 403,17 manat, cəriməyə görə 239,07 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faizə görə 113,95 manat olmaqla cəmi 1097,45 manat borcun, dövlət rüsumuna görə 30,98 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, QSC Bank Standard KB ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə kredit verilməsi haqqında 1xx/xx/3853/10/1 saylı müqavilə bağlanmış, bank tərəfindən cavabdehə illik 24 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 3000 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin müvafiq bəndinə əsasən borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu müqaviləyə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə bankın hüququ vardır. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2023-cü il tarixinə banka 341,26 manat məbləğində əsas borc, 403,17 manat məbləğində faiz borcu, 239,07 manat məbləğində cərimə borcu, 113,95 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə 1097,45 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı cavabdehə yazılı xəbərdarlıq etmiş, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Cavabdeh kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(001)-9352/2019 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar geri qaytarılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəflərindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Ona görə də, QSC Bank Standard KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli 1xx/xx/3853/10 saylı kredit müqaviləsi üzrə cavabdehdən 341,26 manat məbləğində əsas borc, 403,17 manat məbləğində faiz borcu, 239,07 manat məbləğində cərimə borcu, 113,95 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə 1097,45 manat borcun, dövlət rüsumuna görə 30,98 manatın ləğv prosesində olan LPO QSC X1 Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. İddiaçı LPO QSC Bank Standard KB nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, iddiaçıya borcunun olmasını xatırlamır. Bu günədək iddiaçı tərəfindən ona heç bir xəbərdarlıq edilməmiş, borcunun olması bildirilməmişdir. İddiaçı iddia müddətini də ötürmüşdür. Ona görə də banka borcunun olmadığından, iddiaçı iddia müddətini ötürdüyündən iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Borcverən QSC Bank Standard KB ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli 1xx/xx/3853/10 saylı kredit müqaviləsinin surətindən müəyyən olunur ki, bank borcalana 36 ay müddətinə, yəni xx.xx.2013-cü il tarixədək qaytarmaq, illik 24% ödəmək şərti ilə 3000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kerdit müqaviləsinin 1.2-ci bəndindən müəyyən olunur ki, bu müqavilənin qüvvəyə minməsindən sonra 5 (beş) bank günü ərzində keditor müqavilənin 1.1-ci bəndində göstərilən məbləği borc alanın Bank Standart KB-dəki **********24072001 saylı manat hesabına daxil edilir. Kredit müqaviləsinin 1.5-ci bəndindən müəyyən olunur ki, borc alan müqavilənin 1.1ci bəndində göstərilən kredit xəttinin faktiki istifadə edilmiş məbləğini kreditin istifadə edildiyi gündən hər növbəti ayın 06-na qədər banka ödəməlidir. Əks təqdirdə faktiki borcun yaranma günündən borcun tam ödənilməsinə qədər olan müddət üçün illik 24 miqdaında faizlər hesablanır. Ləğv prosesində olan QSC Bank Standard KB-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2010-cu il tarixli 1xx/xx/3853/10 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixinə ləğv prosesində olan LPO QSC Bank Standard KB-yə əsas borca görə 341,26 manat, faiz borcuna görə 403,17 manat, cəriməyə görə 239,07 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcuna görə 113,95 manat olmaqla cəmi borcu 1097,45 manat borcu vardır. LPO QSC Bank Standard KB-nin məhkəməyə təqdim etdiyi hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh tərəfindən xx.xx.2010-cu il tarixli 1xx/xx/3853/10 saylı kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2016-cı il tarixdə ödəniş aparılmışdır. LPO QSC Bank Standard KB tərəfindən borcalan Cavabdeh ünvanlanan xx.xx.2019cu il tarixli bildirişdən müəyyən olunur ki, QSC Bank Standard KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cı il tarixli 100101/3853/10/1 sayll kredit müqaviləsinə əsasən, borcalana illik 24 faizlə, 76 ay müddətinə 341,26 manat məbləğində kredit verilməsi, lakin qeyd olunan kredit müqaviləsinin tələbləri borcalan tərəfindən kredit ödənişlərinin qrafikinə uyğun həyata keçirilməməsi, bununla da kredit öhdəliklərinin lazımınca icra edilməməsi, nəticədə müqavilə üzrə bank qarşısında 341,26 manat əsas borc, 222,31 manat faiz borcu, 239,07 manat cərimə borcu, 53,90 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla cəmi 856,54 manat borc öhdəliyinin mövcud olması, qeyd olunanlara əsasən kredit müqaviləsi üzrə öhdəliklərin məhkəməyə müraciətdən əvvəl bank qarşısında cəmi 856,54 manat məbləğində gecikmiş borcun 3 (üç) gün müddətində banka ödənilməsi təmin edilmədiyi təqdirdə bank tərəfindən mülki qaydada kredit müqaviləsi üzrə əsas borcun, hesablanmsı faizlərin, cərimənin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi Cavabdeh bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı cavabdehlə bağladığı xx.xx.2010-cu il tarixli 1xx/xx/3853/10 saylı kredit müqaviləsi üzrə cavabdehə 36 ay müddətinə, yəni xx.xx.2013-cü il tarixədək qaytarmaq şərti ilə 3000 manat kredit vermiş, müqavilə üzrə son ödəniş xx.xx.2016-cı il tarixdə, yəni 6 il 10 aydan sonra borc tələbi ilə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı xx.xx.2010-cu il tarixli 1xx/xx/3853/10 saylı kredit müqaviləsi üzrə pozulmuş hüququnun müdafiəsi üçün iddia müddətini ötürdüyündən, cavabdeh iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini məhkəməyə təqdim etdiyindən, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğundan iddia ərizəsi təmin edilə bilməz. Məhkəmə iddiaçının tərəflər arasında bağlanan kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının təsiri dairəsinə düşməsinə dair iddia ərizəsində qeyd etdiyi dəlilinə münasibət bildirib qeyd edir ki, Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı LPO QSC Bank Standard KB-nin Cavabdeh qarşı xx.xx.2010-cu il tarixli 1xx/xx/3853/10 saylı kredit müqaviləsi üzrə əsas borca görə 341,26 manat, faiz borcuna görə 403,17 manat, cəriməyə görə 239,07 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faizə görə 113,95 manat olmaqla cəmi 1097,45 manat borcun, dövlət rüsumuna görə 30,98 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-891/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-891/2024
06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver