Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-910/2025 11.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul, əmlak, əldən çıxmış fayda, dəymiş zərərin kompensasiyası” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı və X5 cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul, əmlak, əldən çıxmış fayda, dəymiş zərərin kompensasiyası” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, aşağıdakı avtomobilin bazar dəyəti: Marka: TOYOTA PRİUS, Mülkiyyətçi: İddiaçı, Qeydiyyat nişanı: **-FC-***, İstehsal tarixi: 2007-ci il, Qeydiyyat şəhadətnaməsinin nömrəsi: BA355261 və əlavə olaraq iddia ərizəsindəki 4 avtomobilin 5 ay üçün kirayə haqqı və ya əldən çıxmış faydayası, cəmi olaraq 33000 manatın cavabdehlərdən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, özünün mülkiyyətində 3 ədəd, həyat yoldaşının isə mülkiyyətində 1 ədəd TOYOTA-PRİUS markalı avtomobil vardır. Onlar aşağıdakılardır: 1. Marka: TOYOTA PRİUS, Mülkiyyətçi: İddiaçı, Qeydiyyat nişanı: **-FC- ***, İstehsal tarixi: 2007-ci il, Qeydiyyat şəhadətnaməsinin nömrəsi: BA355261; 2. Marka: TOYOTA PRİUS, Mülkiyyətçi: İddiaçı, Qeydiyyat nişanı: **-FE-***, İstehsal tarixi: 2008-ci il, Qeydiyyat şəhadətnaməsinin nömrəsi: BA167432; 3. Marka: TOYOTA PRİUS, Mülkiyyətçi: İddiaçı, Qeydiyyat nişanı: **-OK-***, İstehsal tarixi: 2007-ci il, Qeydiyyat şəhadətnaməsinin nömrəsi: BA269822; 4. Marka: TOYOTA PRİUS, Mülkiyyətçi: X5, Qeydiyyat nişanı: **-UU- ***, İstehsal tarixi: 2007-ci il, Qeydiyyat şəhadətnaməsinin nömrəsi: BB243371. Belə ki, 2024-cü ilin iyun ayında İddiaçı Mirzəağa oğlu ilə Cavabdeh2 arasında belə bir razılaşma oldu ki, Ə.Azərin və həyat oldaşının mülkiyyətində olan 4 ədəd TOYOTA-PRİUS markalı avtomobilləri ona icarəyə verərsə İddiaçı hər avtomobilin icarəsindən aylıq olar 1000 manat icarə haqqı verməyi öz öhdəliyinə götürəcək. İddiaçı tapşırdı ki, həmin 4 ədəd avtomobillərə dair sərəncam vermək hüququnu Cavabdeh2 kimlərə desə Azər Ə. notarial qaydada həmin şəxslərə etibarnamə versin. Özünə bildirsə də ki, o, həmin şəxsləri tanımır, Cavabdeh2 isə təkid etdi ki, sən ver etibarnaməni qalanı sənlik deyil, onlardan aylıq olaraq icarə haqq alıb ona ödəyəcək. Razılaşdıqları tarixdən 2 ay keçəndən sonra o, Cavabdeh2 ilə əlaqə saxlayaraq öhdəliyini yerinə yetirməsini tələb etsə də, həmin vaxtdan indiyədək cavabdeh ona bildirir ki, xırda problemləri var onları həll edib pulu ödəyəcək. Həmin avtomobilin biri - TOYOTA PRİUS, **-FC-*** qeydiyyat nişanlı, BA355261 şəhadətnamə nömrəli Nəqliyyat Vasitəsi isə Pərviz Cahangir tərəfindən başqa bir şəxsin xeyrinə olaraq özəlləşdirilib. Yuxarıdakı cavabdehlərdən yalnız birini Cavabdeh2 tanıyır. Digər üçünü tanımadığı halda onlara etibarnamə Pərvizlə aralarında olan etibarnaməyə görə vermişdir. Beləliklə, Cavabdeh2, X20, X14, X6, X7, X22, X15, Cavabdeh1, Cavabdeh3 birlikdə onun mülkiyyətini mənimsəmiş, qanunsuz istifadə etmiş, əvəzsiz özgəninkiləşdirmiş və onu faydadan məhrum etmişlər. O, həmin şəxslərdən yalnız və yalnız Cavabdeh2 tanımışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onların nümayəndəsi (vəkili) iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xshiş etdilər. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Söhbətlərdən onun xəbəri olmamışdır. Belə ki, Pərviz adlı şəxs ona pul borclu olduğu üçün pulun əvəzində ona avtomobil vermişdir. Həmin avtomobili o, adına keçirtmiçdir. Lakin maşın nasaz olduğu üçün həmin avtomobili o, Pərvizə geri qaytararaq öz pulunu ondan tələb etmiş, Pərviz də ona pulunu geri qaytarmışdır. Hazırda avtomobil onda deyil. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, həmin avtomobil Rakifin adına keçirilməsi üçün etibarnamə əsasında onun adına keçirilmişdir. Etibarnamə cəmi 1 saat qüvvədə olmuşdur. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, o, iddiaçıya maşınların satılması ilə bağlı təklif etmiş, iddiaçı da ona maşınları satmaq üçün etibarnamə vermişdir. O da həmin etibarnamə əsasında maşınları satmışdır. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki. o, iddiaçının razılığı və iştirakı ilə iddiaçıya məxsus olan 4 ədəd maşını satmışdır. Həmin vaxt o, Avto park istifadə etmiş, lakin müflis olduğu üçün pulları Azərə geri qaytara bilməmişdir. Hazırda onun iddiaçıya 38000 manat yox, 23000 manat borcu vardır. İddiaçıya ayda 1000-2000 manat pul verməyi təklif etsə də, iddiaçı buna razılıq verməmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixdə mülkiyyətçi İddiaçı, səlahiyyəti ötürən X6 və etibar edilən X7 arasında bağlanmış “Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə”nin surətindən görünür ki, X4 “Toyota Prius (Hibrid)” minik markalı, 77FE435 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə sürücülük hüququ olduqda idarə etmək, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyatda çıxarmaq səlahiyyətləri verilmişdir. Etibarnamə xx.xx.2025-ci il tarixədək qüvvədədir. xx.xx.2024-cü il tarixdə mülkiyyətçi X5, səlahiyyəti ötürən X20 və etibar edilən X14 arasında bağlanmış “Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə”nin surətindən görünür ki, X8 “Toyota Prius (Hibrid)” minik markalı, 99UU843 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyatda çıxarmaq səlahiyyətləri verilmişdir. Etibarnamə xx.xx.2025-ci il tarixədək qüvvədədir. xx.xx.2024-cü il tarixdə mülkiyyətçi İddiaçı və etibar edilən Cavabdeh2 arasında bağlanmış “Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə”nin surətindən görünür ki, Cavabdeh2 “Toyota Prius (Hibrid)” minik markalı, 77FC562 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyatda çıxarmaq səlahiyyətləri verilmişdir. Etibarnamə xx.xx.2025-ci il tarixədək qüvvədədir. xx.xx.2024-cü il tarixdə mülkiyyətçi İddiaçı, səlahiyyəti ötürən Cavabdeh2 və etibar edilən Cavabdeh1 arasında bağlanmış “Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə”nin surətindən görünür ki, Cavabdeh1 “Toyota Prius (Hibrid)” minik markalı, 77FC562 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyatda çıxarmaq səlahiyyətləri verilmişdir. Etibarnamə xx.xx.2025-ci il tarixədək qüvvədədir. xx.xx.2024-cü il tarixdə mülkiyyətçi İddiaçı, səlahiyyəti ötürən X22 və etibar edilən X16 arasında bağlanmış “Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə”nin surətindən görünür ki, X9 “Toyota Prius” minik markalı, 99OK108 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyatda çıxarmaq səlahiyyətləri verilmişdir. Etibarnamə xx.xx.2025-ci il tarixədək qüvvədədir. xx.xx.2024-cü il tarixdə mülkiyyətçi İddiaçı və etibar edilən Cavabdeh3 arasında bağlanmış etibarnamənin surətindən görünür ki, Cavabdeh3 “Toyota Prius (Hibrid)” minik markalı, 77FC562 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyatda çıxarmaq, ərizə vermək səlahiyyətləri verilmişdir. Etibarnamə xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur. BA355261 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-FC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. BA167432 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-FE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. BA269822 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. BB243371 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-UU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətindədir. Qüsur aktının surətindən görünür ki, “Toyota Prius (Hibrid)” minik markalı, 99UU843 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan qüsurların təmiri üçün 2320 manat məbləğ müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X37 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, DİN BDYPİ Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Toyota Prius (Hibrid)” minik markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adınadan qeydiyyatda çıxarılaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir. İddiaçı adına xx.xx.2022-ci il tarixdən nömrə nişanı 77FE435, Şəhadətnamə BA167432, mühərrik nömrəsi U367217, Ban: JTDKB20UX97832502 olan “TOYOTA PRİUS (HİBRİD)” minik markalı nəqliyyat vasitəsi qeydiyyatdadır, etibarnamə ilə: X11, X12, X13, X17, X10, X2. İddiaçı adına xx.xx.2023-cü il tarixdən nömrə nişanı 99OK108, Şəhadətnamə BA269822, mühərrik nömrəsi 4594896, Ban: JTDKB20U873266926 olan “TOYOTA PRİUS (HİBRİD)” minik markalı nəqliyyat vasitəsi qeydiyyatdadır. X1 adına xx.xx.2022-ci il tarixdən nömrə nişanı 99UU843, Şəhadətnamə BB243371, mühərrik nömrəsi U174061, Ban: JTDKB20U777634859 olan “TOYOTA PRİUS (HİBRİD)” minik markalı nəqliyyat vasitəsi qeydiyyatdadır, etibarnamə ilə. “Satıcı” İddiaçı ilə “Alıcı” Cavabdeh1 arasında bağlanmış “Nəqliyyat vasitəsinin alqısatqı müqaviləsi”nin surətindən görünür ki, “Satıcı” özünə məxsus olan “Toyota Prius (Hibrid)” minik markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Alıcıya” 5000 manat satmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 2007-ci il buraxılışlı, “X34” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin xx.xx.2025-ci il tarixə olan bazar dəyəri 11000 manat təşkil edir. 2024-cü il avqust ayından indiyədək istehsal tarixi 2007 və 2008-ci il olan Toyota Prius (Hibrid) markalı avtomobilin hər biri icarəyə verilsəydi günlük və aylıq olaraq sabit mülki dövriyyə şəraitində günlük 25 manat olmaqla, aylıq 750 manat təşkil edir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 250 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Mirzəağa oğlu ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 arasında razılaşma olmuşdur ki, sonuncular iddiaçıya məxsus avtomobilin icarəsində hər ay ödəniş ödəniş edəcəklər. İddiaçı öz üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etsə də, cavabdehlər öz üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişdirlər. Bu halı cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmədə verdikləri izahatları ilə də təsdiq etmişdirlər. Belə olan halda, iddiaçılar hazırkı iddianı qaldırmaqda haqlı olmuşdurlar. Məhkəmə ilk olaraq hazırkı iddia ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddia yalnız Cavabdeh2 və Cavabdeh4 münasibətdə təmin edilməli, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı hazırkı iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə təmin olunmasını sübut edə biləcək hər hansı bir mötəbər sübut məhkəmə təqdim edilməmiş, iddia yalnız cavabdehlər Cavabdeh2 və Cavabdeh4 sübuta yetirilmişdir. Məhkəmə iddianın avtomobilin bazar dəyəri, 5 ay üçün kirayə haqqı və əldən çıxmış fayda olaraq 33000 manatın cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi hissəsində hesab edir ki, iddia bu hissədə də qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən aparılmış araşdırmalardan, həmçinin "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, 2007-ci il buraxılışlı, “X34” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin xx.xx.2025-ci il tarixə olan bazar dəyəri 11000 manat təşkil edir. Həmçinin, Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatından məlum olur ki, hazırda iddiaçılara cəmi 23000 manat borcu vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 2007-ci il buraxılışlı, “X34” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin dəyəri olaraq 11000 manat, aylıq icarə haqqı (əldən çıxmış fayda) olaraq 12000 manat, cəmi 23000 manat məbləğində pul vəsaiti alınaraq iddiaçılara ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 2007-ci il buraxılışlı, “X34” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin dəyəri olaraq 11000 manat, aylıq icarə haqqı (əldən çıxmış fayda) olaraq 12000 manat, cəmi 23000 (iyirmi üç min) manat məbləğində pul vəsaiti alınaraq iddiaçılar İddiaçı və X3 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-910/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-910/2025
11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver