Məhkəmə qərarları › İş №e-2(001)-916/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-916/2023

11.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-916/2023 11.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlu, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "vurulmuş maddi ziyanın ödənilməsi" tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vurduqları maddi ziyana görə 177,50 (bir yüz yetmiş yeddi manat, əlli qəpik) manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat pul vəsaitinin tutularaq ona ödəniolməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə, saat 17:40 radələrində özünə məxsus “Hyundai Accent” markalı, **-MC-*** qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Azadlıq prospekti 148 ünvanında hərəkətdə olarkən yolun sağ tərəfində dayanmış olan “Toyota Corolla” markalı, **-ZV-*** qeydiyyat nişanlı avtomaşının arxa sol qapısı sərnişin tərəfindən qəfil açılmışdır. Bu zaman sərnişin tərəfindən açılan qapı idarə etdiyi avtomaşının sağ yan hissəsinə dəymiş və hadisə nəticəsində avtomaşınına zərər dəymişdir. Həmin hadisə ilə bağlı Nərimanov rayon DYPŞ tərəfindən “Toyota Corolla” markalı, **-ZV-*** qeydiyyat nişanlı avtomaşını etibarnamə ilə idarə edən sürücü Cavabdeh1 və sərnişin Cavabdeh2 barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* saylı və xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında Protokollar tərtib olunmuşdur. Sonradan həmin protokollar əsasında Nərimanov rayon DYPŞ tərəfindən xx.xx.2022-ci il tarixli, TP ******* saylı və xx.xx.2022-ci il tarixli, TP ******* saylı Qərarlar qəbul edilmişdir. Həmin qərarlarla Cavabdeh1 AR İXM-nin 346.1-ci maddəsində və Cavabdeh2 isə AR İXM-nin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiklərinə görə hər biri ayrı-ayrılıqda 20 və 30 manat məbləğində cərimə edilmişlər. Hadisədən sonra "xxxx" ASC tərəfindən onun avtomaşınına baxış keçirilmiş və həmin hadisə nəticəsində avtomaşınına dəymiş zərərin məbləği 355 (üç yüz əlli beş) manat müəyyən edilmişdir. Lakin, sığorta şirkəti tərəfindən sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirildiyindən zərər məbləğinin 50%-i, yəni 177,50 manat məbləğində sığorta ödənişi ödənilmişdir.O, dəfələrlə cavabdehlərdən şifahi olaraq ona dəymiş zərərin qalan məbləğini tələb etsə də, cavabdehlər həmin məbləği verməkdən imtina etmişlər. Bu səbəbdən də o, hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "vurulmuş maddi ziyanın ödənilməsi” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş gün müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Cavabdehlər tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AD seriyalı 046604 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Accent” markalı, **-MC-*** qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan AD seriyalı 847875 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Corolla” markalı, **-ZV-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan ƏN-V seriyalı 894287 №-li etibarnamənin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan “Toyota Corolla” markalı, **-ZV-*** qeydiyyat nişanlı avtomobilə istifadə hüququnu 8 il 4 gün müddətinə Cavabdeh1 etibar etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokoldan və TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Cavabdeh1 “Toyota Corolla” markalı, **-ZV-*** qeydiyyat nişanlı avtomaşını idaə edərkən dayanma qaydalarının pozduğundan AR İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilinmiş və o, 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokoldan və TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Cavabdeh2 AR İXM-nin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilinmiş və o, 30 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Hyundai Accent” markalı, **-MC-*** qeydiyyat nişanlı avtomobilə 355 manat zərər dəydiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, PPA********** №-li sığorta şəhadətnaməsi əsasında sığortalı Cavabdeh2 tərəfindən "xxxx" ASC-də sığortalanmış “Toyoto Corolla” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Hyundai Accent” markalı, **-MC-*** qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə bağlı hesablanmış 355 manat zərər məbləğinin (sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirildiyindən) 50%-i, yəni 177,50 manat məbləğində sığorta ödənişi sığorta şirkəti tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; -1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. –1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin qeyd edilən müddəasının mənasına görə, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması üçün üç əsas ünsürün məcmu halda mövcud olması lazımdır – zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Bu o deməkdir ki, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 və Cavabdeh2 cavabdehlər kimi göstərməklə onların hər ikisindən pul tələb etsə və avtomobilə dəymiş ziyanda hər ikisinin təqsiri olsa da, “Toyoto Corolla” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalı Cavabdeh2 tərəfindən sığortalandığından və Sığorta Şirkəti tərəfindən üçüncü şəxsin də təqsiri müəyyənləşdirildiyinə görə, dəymiş 355 manat məbləğində zərərin 50 %-i, yəni 177,50 manatı iddiaçıya ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, vurulmuş ziyanın sığortalı Cavabdeh2 ilə əlaqədar hissəsi sığorta şirkəti tərəfindən ödənilmiş olduğundan, iddia tələbi yalnız Cavabdeh1 aid hissədə təmin edilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 177,50 manat məbləğində maddi ziyan və 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 177,50 (yüz yetmiş yeddi manat 50 qəpik) manat məbləğində maddi ziyan və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar