Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-967/2025 17.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: kredit müqaviləsi, vərəsə) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə müqavilələrə əsasən xx.xx.2022-ci il tarixli, № CL-EE000271232 saylı nağd kredit müqaviləsi ilə əlaqədar olaraq əsas borc üzrə 6840.38 AZN, faiz borcu üzrə 1662.74 AZN, 0.01 AZN cərimə olmaqla, cəmi 8503.13 borcun tutulması, xx.xx.2024-cü il tarixinə xx.xx.2022-ci il tarixli, № EE000360105 saylı nağd kredit müqaviləsi ilə əlaqədar olaraq isə əsas borc üzrə 4394.38 AZN, faiz borcu üzrə 1101.84 AZN borcu, 0.01 AZN cərimə olmaqla, cəmi 5496.23 AZN tutulması, iddia ərizəsi üçün cəmi ödənilmiş 132.58 AZN dövlət rüsumu və 0.80 AZN bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, № CL- EE000271232 saylı nağd kredit müqaviləsinə əsas borc üzrə 6840,38 manat, şəxsin vəfat etdiyi tarixə faiz borcu üzrə 635,67 manat olmaqla, cəmi 7476,05 manat borc, xx.xx.2022ci il tarixli, № EE000360105 saylı nağd kredit müqaviləsinə əsasən əsas borc üzrə 4394,38 manat, vəfat etdiyi tarixə faiz borcu üzrə 442,02 manat faiz borcu olmaqla, cəmi 4836,4 manat borcun tutulması, iddia ərizəsi üçün cəmi ödənilmiş 132,58 manat dövlət rüsumu və 0,80 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin MXD ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № CL-EE000271232 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən X3 60 ay müddətinə, illik 18.9 faiz dərəcəsi ilə hesablanmaqla, 8000 manat məbləğində nağd kredit, xx.xx.2022-ci il tarixli, № EE000360105 saylı kredit müqaviləsinə əsasən isə 60 ay müddətinə, illik 18.9 faiz hesablanmaqla 5000 manat məbləğində nağd krediti verilmişdir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 32 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda adı çəkilən müqavilələrə əsasən cavabdehin borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 132.58 AZN dövlət rüsumu və 0.80 AZN bank xidmət haqqı ödənilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, həyat yoldaşı xəstəlikdən əziyyət çəkmiş, qeyd edilən kreditləri müalicə məqsədi ilə götürmüşdür. Lakin həyat yoldaşı xx.xx.2023-cüil tarixdə vəfat etmişdir. Miras əmlak kimi yalnız nəqliyyat vasitəsi qalmış, vərəsə kimi miras əmlakı qəbul etsə də, avtomobil yararsız vəziyyətdə olduğundan oğlu tərəfindən təmir üçün sevisə verilmiş, lakin maddi imkan olmadığından təmir edilməsi mümkün olmamışdır. Hazırda avtomobilin bazar dəyəri 2000 manata yaxın bir məbləğ təşkil edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməmənin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - xx.xx.2022-ci il tarixli, CL-EE000271232 saylı Kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 60 ay müddətinə illik 18,9 % dərəcəsilə 8000 manat nağd kredit verilmişdir. - xx.xx.2022-ci il tarixli EE000360105 nömrəli Kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 60 ay müddətinə illik 18,9 dərəcəsilə 5000 manat nağd kredit verilmişdir. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli, № CL-EE000271232 saylı nağd kredit müqaviləsinə əsas borc üzrə 6840,38 manat, vəfat etdiyi tarixə faiz borcu üzrə 635,67 manat olmaqla, cəmi 7476,05 manat borc, xx.xx.2022-ci il tarixli, № EE000360105 saylı nağd kredit müqaviləsinə əsasən əsas borc üzrə 4394,38 manat, vəfat etdiyi tarixə faiz borcu üzrə 442,02 manat faiz borcu olmaqla, cəmi 4836,4 manat borcu mövcud olmuşdur. - xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X2 vərəsəsi arvadı Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ... “Honda Accord” minik markalı, **-GG-*** dövlət nömrə nişanlı avtomobildən ibarətdir. - İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 0052 saylı qiymətləndirmə hesabatından görünür ki, “Honda Accord” minik markalı, **-GG-*** dövlət nömrə nişanlı avtomobilin real bazar dəyəri 16000 manat və likvid dəyəri 14400 manat təşkil edir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Müki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə müvafiq olaraq, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 -ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Buna görə də hesab edirəm ki, iddia əsas və faiz borcuna münasibətdə təmin olunmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, № CL-EE000271232 saylı nağd kredit müqaviləsinə əsas borc üzrə 6840,38 manat, vəfat etdiyi tarixə faiz borcu üzrə 635,67 manat olmaqla, cəmi 7476,05 manat borc, xx.xx.2022-ci il tarixli, № EE000360105 saylı nağd kredit müqaviləsinə əsasən əsas borc üzrə 4394,38 manat, vəfat etdiyi tarixə faiz borcu üzrə 442,02 manat faiz borcu olmaqla, cəmi 4836,4 manat, hər iki kredit müqaviləsi üzrə ümumilikdə 12312,45 manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə məhkəmə məsrəfləri ilə bağlı hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 132,58 (yüz otuz iki manat əlli səkkiz qəpik) manat dövlət rüsumu və 0,8 (səksən) manat bank xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin miras əmlakın qiymətləndirilməsi üçün aparılmış qiymətləndirmənin dəyəri kimi 250 manat cavabdehdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. V. Nəticə: Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, № CL-EE000271232 saylı nağd kredit müqaviləsinə əsas borc üzrə 6840,38 manat, vəfat etdiyi tarixə faiz borcu üzrə 635,67 manat olmaqla, cəmi 7476,05 manat borc, xx.xx.2022-ci il tarixli, № EE000360105 saylı nağd kredit müqaviləsinə əsasən əsas borc üzrə 4394,38 manat, vəfat etdiyi tarixə faiz borcu üzrə 442,02 manat faiz borcu olmaqla, cəmi 4836,4 manat, iki müqavilə üzrə ümumilikdə 12312,45 (on iki min üç yüz on iki manat qırx beş qəpik) manat məbləğində borc, ödənilmiş 132,58 (yüz otuz iki manat əlli səkkiz qəpik) manat dövlət rüsumu və 0,8 (səksən) manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Aparılmış qiymətləndirmənin 250 (iki yüz əlli) manat dəyəri Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (benefisiarın VÖEN-i: **********, hesab nömrəsi: AZ12PAHA40060AZNHC**********, müxbir bank: "xxxx" ASC, SWİFT: PAHAAZ22; bank kodu: 505141; bankın VÖEN-i: **********, müxbir hesab: AZ82NABZ********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-967/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-967/2025
17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver