Məhkəmə qərarları › İş №e-2(001)-997/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-997/2023

20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-997/2023 20.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4660 manat əsas məbləğ və ödənilmiş 67 manat dövlət rüsumunun iddiaçı Baku Transport MMC-nin xeyrinə tutulmasına qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-997/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması və bununla bağlı növbəti prosessual hərəkətlər edilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 280 saylı xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi, “Kia Forte” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək günlük 75 manat, ümumi 150 manat ödəmək şərtiylə icarəyə verilmişdir. Bildirilir ki, cavabdeh- Cavabdeh tərəfindən icarə müqaviləsinə əsasən yaranmış öhdəliklər pozulmuş və ya lazımınca icra edilməmişdir. Belə ki, cavabdeh- Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində saat 18:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu Səmədabad kəndindən keçən 290-ci kilometirliyində yol nəqliyyat hadisəsi baş vermiş və istifadələrində olan nəqliyyat vasitəsinə külli miqdarda 4660 manat məbləğində zərər dəymişdir. Qeyd edilir ki, aralarında bağlanılmış 280 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, əgər nəqliyyat vasitəsinin kasko sığortası yoxdursa, nəqliyyat vasitəsinə icarəyə verənin təqsiri olmadan dəymiş bütün ziyanlar qarşılanması icarəçinin öhdəliyinə düşür. Borcun ödənilməsinin təmin edilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət etsələrdə, cavabdeh hər dəfəsində borcun ödənilməsindən yayınmışdı Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi hər hansı üzürlü səbəb göstərmədən təkrarən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Göstərilənləri və iddiaçının nümayəndəsinin məhkəmənin çağırışına təkrarən gəlməməsini, cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçıya izah olunmalıdır ki, təyin olunmuş məhkəmə iclasında iştirak etməməsi üzürlü səbəbdən olmuşdursa, həmin üzürlü səbəblə bağlı sübutları məhkəməyə təqdim edərək işə yenidən baxılmasını xahiş edə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, iş üzrə ekspert rəyinin verilməsinə dair çəkilən 50 manat məbləğində məhkəmə xərci iddiaçıdan tutulmalı və ekspertiza mərkəzinin hesabına ödənilməlidır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 9/1979 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinin verilməsi üçün keçirilən məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 manatdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır; 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir; 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır; 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Bundan başqa Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi iddiaçının iştirak etməməsi səbəbindən baxılmamış saxlanıldığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş 67 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119,259.0.7-ci, 260- 264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 67 (altmış yeddi) manat məbləğində dövlət rüsumu İddiaçınə geri qaytarılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar