Məhkəmə qərarları › İş №e-2(002)-1042/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-1042/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-1042/2025 30.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlu İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia zaminə qarşı irəli sürülmüşdür. Bu iddiadan əvvəl isə əsas borclu və zaminə qarşı iddia irəli sürülmüş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-2409/2024 saylı qərardadı ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər X2 və Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlərin və 51,15 manat dövlət rüsumunun İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına geri qaytarılması qərara alınmışdır. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-2409/2024 saylı qərardadından şikayət vermiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-2409/2024 saylı qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)- 2409/2024 saylı qərardadından İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş şikayət təmin edilməməiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsininin xx.xx.2024-cü il tarixli 2(103)-5139/2024 saylı qərardadı ilə Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının şikayəti təmin edilməmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-2409/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qaradağ rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(002)-2409/2024 saylı qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ölmüş borclunun vərəsələri ilə mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barədə qaydaya əməl etməmişdir. Daha sonra İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilati Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-3232/2024 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras emlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun,eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Plenum borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab etmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Beləliklə, məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, qeyd edir ki, əsas borclu X3 iddia qaldırılmamışdan əvvəl vəfat etdiyindən, iddiaçı ilk növbədə həmin şəxsin vərəsələrini müəyyən edərək, öhdəliyin icrasını onlardan tələb etməli, vərəsələr öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, bundan sonra zaminlərə qarşı tələb irəli sürməlidir. Məhkəmə tərəfindən müəyyən olundu ki, X3 barəsində vərəsəlik işi açılmamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, portalda əsas borclu X1 ölümünə görə elektron portalda vərəsəlik işinin açılmaması onun vərəsələrinin olmamasına dəlalət etmir. Bank bu yolla yalnız formal üsulla qəbul etmiş vərəsələrin dairəsini müəyyən edə bilər, vərəsəliyin isə qəbul edilməsinin yeganə üsulu formal üsul deyildir, vərəsələr həm də qeyri-formal üsulla -faktiki yolla qəbul edə bilərlər. Beləliklə, məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə iddiaçı bank əsl borclunun vərəsələrindən tələb etmək hüququ-imkanı itirilmədiyindən məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytararaq hesab edir ki, iddiaçı ilk növbədə öhdəliyin icrasını borclunun vərəsələrindən tələb etməli, borcun ödənilməsinə dair pretenziya məktubu göndərməli, vərəsələr öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, bundan sonra zaminlərə qarşı tələb irəli sürməlidir. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməzdən əvvəl ölmüş borclunun vərəsələri ilə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində qaydaya əməl edilməmişdir.Bu səbəbdən iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 51,36 manat dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırkı halda müəyyən edilir ki, ölmüş şəxsin vərsələrinə qarşı mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməyib, bir başa zaminə qarşı tələb irəi sürülmüşdür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və 51,36 manat dövlət rüsumu İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar