Məhkəmə qərarları › İş №e-2(002)-1051/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1051/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1051/2024 02.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, Məhkəmə iclas katibi X3 Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Təsviri hissə: İddiaçı “Expressbank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 329.2 manat əsas borc və 30.4 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Expressbank” ASC iləRəsulov X2 bağlanmış 22 oktyabr 2019 il tariхli, 102892-PC**********nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 0% dərəcəsi ilə maksimal limiti 600 (altı yüz) manat olan kredit xəttiayrılmışdır. Rəsulov Qinyaz Məhyəddin oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Rəsulov Qinyaz Məhyəddin oğlunun vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, Rəsulov Qinyaz Məhyəddin oğluna dair 3 saylı Asan Xidmət mərkəzinin notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra 3 saylı Asan Xidmət mərkəzinin notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, Rəsulov Qinyaz Məhyəddin oğlunun vərəsəsi kimi Cavabdeh2 və Cavabdeh1 tanınmış və bu barədə xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr verilmişdir. Həmin Şəhadətnamələrə əsasən Cavabdeh2 və Cavabdeh1 miras əmlak olan--- Bakı şəh, Qaradağ ray, Lökbatan qəs, V.Əsgərov küç, ev 22, m 14, İsmayıllı ray, Qalacıq kəndində yerləşən ümumi sahəsi 0.0254 ha olan torpaq sahəsi, İsmayıllı ray, Qalacıq kəndində yerləşən ümumi sahəsi 0.1959 ha olan torpaq sahəsi İsmayıllı ray, Qalacıq kəndində yerləşən ümumi sahəsi 0.7847 ha olan torpaq sahəsi və İsmayıllı ray, Qalacıq kəndində yerləşən ümumi sahəsi 1.2194 ha olan torpaq sahəsi1/2 hissədə pay almışdır. Bundan sonra Rəsulov Qinyaz Məhyəddin oğlunun vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmişdir. 31 yanvar 2024-cü il tarixə Borcalanın Banka 329.2 manat əsas borc, 0 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 329.2 (Üç yüz iyirmi doqquz (.20)) manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəmədən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahatında iddianı qəbul etdiyini bildirərək,əlavə etdi ki, borclu olan atası 2021-ci ildə vəfat etmişdir, atasından onlara ev və torpaq sahələri miras qalmışdır, iddia ərizəsində tələb olunan məbləği hissə-hissə ödəyəcəyini bildirmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 22 oktyabr 2019-cu il tariхli, 102892-PC********** nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh mərhum Rəsulov Qinyaz Məhyəddin oğluna 36 ay müddətinə 600 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 22 oktyabr 2019-cu il tariхli məxaric orderindən görünür ki, Rəsulov Qinyaz Məhyəddin oğluna İddiaçı ASC tərəfindən 1 ədəd plastik kart təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ seriyalı 235695 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Rəsulov Qinyaz Məhyəddin oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 826 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 3 saylı "Asan xidmət" mərkəzinin notariat ofisinin xx.xx.2023-cü il tarixli 1167 saylı məktubunun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş Rəsulov Qinyaz Məhyəddin oğlunun ölümündən sonra 270/2020 nömrəli vərəsəlik işi açılmış və X1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə 2V-354, 2V-355, 2V-356, 2V-357 VƏ 2V-358 reyestr saylı V-41/2022 nömrəli vərəsəlik işi üzrə " Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş Rəsulov Qinyaz Məhyəddin oğlunun vərəsələri Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi, ev 22, m 14 saylı yaşayış sahəsi, İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən ümumi sahəsi 0.0254 ha olan torpaq sahəsi, İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən ümumi sahəsi 0.1959 ha olan torpaq sahəsi, İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən ümumi sahəsi 0.7847 ha olan torpaq sahəsi və İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən ümumi sahəsi 1.2194 ha olan torpaq sahəsindən ibarət miras əmlakdan vərəsələrin hərəsinə 1/2 hissədə pay miras qalmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xəbərdarlıq məktubundan görünür ki, iddiaçı Rəsulov Qinyaz Məhyəddin oğlunun vərəsəsi olaraq, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı bildiriş göndərilərək, 329,2 manat borcun ödənilməsini , əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun tutulması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı borcun tutulması məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində borcun tutulması borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Rəsulov Qinyaz Məhyəddin oğlu arasında kredit müqaviləsi bağlanmış, Qinyaz Məhyəddin oğlu müqavilə üzrə öhdəlikləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Qinyaz Məhyəddin oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmiş, Qinyaz Məhyəddin oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan cavabdehlərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdehlər mərhum Qinyaz Məhyəddin oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəlikləri icra etməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə iddia təmin edilməlidir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixdə ölmüş Qinyaz Məhyəddin oğlunun vərəsələri-cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 329(üç yüz iyirmi doqquz) manat 20(iyirmi) qəpik əsas borc və 30(otuz) manat ödənilmiş dövlət rüsumu, habelə 40(qırx) qəpik xidmət haqqı tutulmalıdır. Nəticə hissəsi: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 329(üç yüz iyirmi doqquz) manat 20(iyirmi) qəpik məbləğində əsas bоrc və ödənilmiş 30(otuz) manat dövlət rüsumu, habelə 40(qırx) qəpik xidmət haqqı tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar