Məhkəmə qərarları › İş №e-2(002)-1118/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1118/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1118/2025 03.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.977,39 manat əsas borc, borclunun vəfat etdiyi tarixə ödənilməmiş 27,76 manat faiz olmaqla, cəmi 11.005,15 manat pul vəsaiti, ödənilmiş 123,02 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqının Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2023-cü il tarixli CL-EE001429281 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 elektron təsdiq vasitəsilə (OTP) illik 15.9 %-lə, 18 ay müddətinə 14.000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 366532 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 45 saylı Notariat ofisi tərəfindən verilmiş 389 nömrəli məktubdan görünür ki, X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh Bakı şəhəri 45 saylı Notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən Cavabdeh «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr» verilmişdir. Bankın Qaradağ filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, X2 xx.xx.2025-ci ilədək banka ödənilməmiş 10977.39 manat əsas borcu, vəfat etdiyi tarixə ödənilməmiş 27.76 manat faiz borcu qatmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etmələrinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-49184/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə göndərərək, üzürlü səbəbdən məhkəmə iclasına gələ bilmədiyini qeyd etmiş, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin işitrakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, iddianı etiraf edir. Lakin hal-hazırda ödəniş qabiliyyəti yoxdur. Pensiyaya çıxdıqdan sonra borcu hissə-hissə ödəyəcək. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli CL-EE001429281 nömrəli kredit müqaviləsinə əsasən borc alana illik 15,9 %-lə, 18 ay müddətinə 14.000 manat məbləğində kredit verilmişdir. Təqdim olunmuş digər sənədlərdən görünür ki, borc alan X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində beyin ödemindən vəfat etmişdir. Bu barədə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən müvafiq akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 988 saylı akt qeydi icra olunmuş, mərhumun adına xx.xx.2023-cü il tarixdə AZ-İİ seriyalı 366532 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Mərhumun vərəsəsi olan Cavabdeh Bakı şəhəri 45 saylı notariat ofisinə müraciət etmiş, notariat ofisində vərəsəlik işi açılmış və vərəsəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Təqdim edilmiş maliyyə arayışında qeyd olunmuşdur ki, mərhum borc alanın banka 10.977,39 manat əsas borc, borclunun vəfat etdiyi tarixə ödənilməmiş 27,76 manat faiz olmaqla, cəmi 11.005,15 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. İşin faktiki hallarından göründüyü kimi, vəfat etmiş borcalanın varisi olan cavabdeh mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, cavabdehdən qeyd olunan məbləği ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 123,02 manat dövlət rüsumu və 0,4 manat xidmət (bank xidməti) haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 10.977,39 manat əsas borc, borclunun vəfat etdiyi tarixə ödənilməmiş 27,76 manat faiz olmaqla, cəmi 11.005,15 manat pul vəsaiti, ödənilmiş 123,02 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 10.977,39 manat əsas borc, borclunun vəfat etdiyi tarixə ödənilməmiş 27,76 manat faiz olmaqla, cəmi 11.005,15 manat pul vəsaiti, ödənilmiş 123,02 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar