Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1126/2022 21.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 26.08.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqımüqaviləsi üzrə 30.12.2021-ci il tarixinə yaranmış borcu 22 manat əsas, 3.3 manat cərimə, cəmi 25.3 manat, 26.08.2020-ci il tarixli ********* saylımüddətli(nisyə) alqı-satqımüqaviləsinə əsasən, 243 manatəsas, 36.4 manat cərimə, cəmi 279.4 manat, 19.12.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 597 manat əsas, 89.5 manat cərimə, cəmi 686.5 manat, ümumilikdə 991.2 manat manat manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeharasında bağlanmış 26.08.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən, sonuncu,aldığı “PANASONİC” markalı telefona və üç (3) ədəd aksesuara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 16 manat olmaqla cəmi 182 manat, 26.08.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən, sonuncu,aldığı “HONOR 20” markalımobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 84 manat olmaqla cəmi 999 manat, 19.12.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən, sonuncu,aldığı “SAMSUNG A715” markalımobil telefona, “DELONGHİ” markalımətbəx alətinə və “FAKİR” markalı doğrayıcıya görə 12 ay ödəniş cədvəli üzrə hər ay 100 manat olmaqla cəmi 1197 manat, ümumilikdə üç müqavilə üzrə 2378 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə 26.08.2020-ci il tarixlimüqavilə üzrə 26.05.2021-ci il tarixində 16 manat, 26.08.2020-ci il tarixlimüqavilə üzrə 26.05.2021-ci il tarixində 84 manat, 19.12.2020-ci il tarixlimüqavilə üzrə 19.06.2021-ci il tarixində 100 manat ödəniş etmiş və üç müqavilə üzrə qalıq qalmış 862 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqımüqaviləsinin №1 saylıəlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcıtərəfindən Satıcıya ödənilir. Bildiririk ki,cavabdehin gecikdirdiyi günlərin faktikicərimə borcu üç müqavilə üzrə 1292 manat təşkiledir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər üç müqavilə üzrə 1292 manat təşkiletdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 129.2 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh 30.12.2021-ci il tarixədək "xxxx" MMC-nə olan borcu 26.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 22 manat manat əsas, 3.3 manat cərimə, cəmi 25.3 manat, 26.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 243 manat əsas, 36.4 manat cərimə, cəmi 279.4 manat, 19.12.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən, 597 manat əsas, 89.5 manat cərimə, cəmi 686.5 manat,ümumilikdə borcu hər üç müavilə üzrə 991.2 manat təşkiletmişdir.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 26.08.2020-ci il tarixli ********* nömrəli, 26.08.2020-ci il tarixli ********* nömrəli, 19.12.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqavilələrinin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqavilələrə əsasən satıcı müqavilə üzrə göstərilmiş məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, məhsulun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlinə əsasən alıcı 26.08.2020-ci il tarixli müqavilə üzrə 11 ay müddətinə aylıq 16 AZN məbləğində ödəniş etməklə, 12-ci ayda isə 6 AZN məbləğində ödəniş etməklə, cəmi 182 AZN məbləğində ödəniş etməklə, 26.08.2020-ci il tarixli müqavilə üzrə 11 ay müddətinə aylıq 84 AZN məbləğində ödəniş etməklə, 12-ci ayda isə 75 AZN məbləğində ödəniş etməklə, cəmi 999 AZN məbləğində ödəniş etməklə, 19.12.2020-ci il tarixli müqavilə üzrə 11 ay müddətinə aylıq 100 AZN məbləğində ödəniş etməklə, 12-ci ayda isə 97 AZN məbləğində ödəniş etməklə, cəmi 1197 AZN məbləğində ödəniş etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən 19.12.2020-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan “Samsung A715” markalı əşyanı, tərəfindən 26.08.2020-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan “Honor 20” markalı əşyanı, 26.08.2020-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan “Panasonic” markalı əşyanı təhvil almışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, Cavabdeh onunla 26.08.2020-ci il tarixdə bağlanmış 12 ay müddətli alğı-satqı müqaviləsinə əsasən 22 manat əsas borc və müqavilənin şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış 33 manat cərimə borcu, cəmi 55 manat, 26.08.2020-ci il tarixdə bağlanmış 12 ay müddətli alğı-satqı müqaviləsinə əsasən 243 manat əsas borc və müqavilənin şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış 364 manat cərimə borcu, cəmi 607 manat, 19.12.2020-ci il tarixdə bağlanmış 12 ay müddətli alğı-satqı müqaviləsinə əsasən 597 manat əsas borc və müqavilənin şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış 895 manat cərimə borcu, cəmi 1492 manat olmaqla hər iki müqavilə üzrə cəmi 2154 manat borcunu ödənilməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən Cavabdehnun İddiaçı MMC-yə 26.08.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 22 manat, 33 manat cərimənin borcu olmaqla 55 manat, 26.08.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 243 manat, 364 manat cərimənin borcu olmaqla 607 manat, 19.12.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 597 manat, 895 manat cərimənin borcu olmaqla 2154 manat məbləğində mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 26.08.2020-ci il tarixli, 26.08.2020-ci il tarixli və 19.12.2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilələrnin predmeti qismində “Samsung A715”, “Honor 20” və “Panasonic” markalı mobil telefon çıxış etmişdir. İddiaçı hər bir müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan avadanlıqları cavabdehə təhvil vermiş, cavabdeh isə hər iki müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlıqların əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malların dəyərini ödəməkdən yayınmışdır. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən eidlmişdir ki, cavabdehin müqavilələr üzrə qalıq borcun məbləği 22 manat, 243 manat, 597 manat təşkil edir. Bu halda, məhkəmə cavabdehin müqavilə üzrə yaranmış borc öhdəliyinin aşkar olduğunu əsas götürərək, hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, cərimə borcunun məbləği indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olduğundan, iddia tələbi cərimə borcunun tutulması hissəsində də təmin olunmalıdır. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 26.08.2020-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 22 manat məbləğində əsas borc, 3.3 manat məbləğində cərimə borcu olmaqla, 26.08.2020-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 243 manat məbləğində əsas borc, 36.4 manat məbləğində cərimə borcu olmaqla, 19.12.2020-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 597 manat əsas borc,89.5 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 991.2 manat məbləğində borc pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 26.08.2020-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 22 manat məbləğində əsas borc, 3.3 manat məbləğində cərimə borcu, 26.08.2020-ci il tarixli ********* saylı nisyə alğısatqı müqaviləsi üzrə yaranmış 243 manat məbləğində əsas borc, 36.4 manat məbləğində cərimə borcu, 19.12.2020-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 597 manat əsas borc,89.5 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 991.2 manat məbləğində borc pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-1126/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1126/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver