Məhkəmə qərarları › İş №e-2(002)-1134/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1134/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1134/2022 11.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 19.01.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 30.12.2021-ci il tarixinə yaranmış borcu 774.6 manat əsas, 116.1 manat cərimə, cəmi 890.7 manat, 24.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 1068 manat əsas, 160.2 manat cərimə, cəmi 1228.2 manat, 24.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 222.5 manat əsas, 33.3 manat cərimə, cəmi 255.8 manat, ümumilikdə 2374.7 manat borcun və 43.75 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx"MMC-yə ödənilməsi barədə qətnamə qəbul edəsiniz. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu,aldığı «Samsung A715» markalı telefona və «Fakir» markalı mətbəx alətinə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 97 manat olmaqla cəmi 1162.6 manat, 24.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu,aldığı «Asus» markalı noutbuka görə 12 ay ödəniş cədvəli üzrə hər ay 98 manat olmaqla cəmi 1166 manat, 24.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu,aldığı «Samsung A107» markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 23 manat olmaqla cəmi 268.5 manat, ,ümumilikdə hər üç müqavilə üzrə 2597.1 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq,19.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 14.10.2021-ci il tarixində 27 manat, 24.04.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 14.10.2021-ci il tarixində 28 manat və 24.04.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 14.10.2021-ci il tarixində 16 manat ödəniş etmiş və hər üç müqavilə üzrə qalıq 2065.1 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir.Bildiririk ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 3096 manat təşkil edir.Cavabdehin müqavilə üzrə hər günə görə hesablanmış cərimə məbləğinin miqdarı 3096 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i yəni 309.6 manat İddiaçı MMC-ə ödənilməlidir. Beləliklə, cavabdeh 30.12.2021ci il tarixədək "xxxx" MMC-nə borcu 19.01.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış borcu 774.6 manat əsas, 116.1 manat cərimə, cəmi 890.7 manat, 24.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 1068 manat əsas, 160.2 manat cərimə, cəmi 1228.2 manat, 24.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 222.5 manat əsas, 33.3 manat cərimə, cəmi 255.8 manat təşkil etmişdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh arasında 19.01.2021-ci il tarixli ********* saylı, 24.04.2021-ci il tarixli ********* saylı və 24.04.2021-ci il tarixli ********* saylı alqı-satqı müqavilələri bağlanılmış, həmin müqavilələrə əsasən satıcı müqavilə üzrə göstərilmiş məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, məhsulun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materialalrından görünür ki, alıcı Cavabdeh 19.01.2021-ci il tarixli ********* saylı müqavilənin predmeti olan «Samsung A715» markalı telefona və «Fakir» markalı mətbəx alətini, 24.04.2021-ci il tarixli ********* saylı müqavilənin predmeti olan “Asus” markalı noutbuka və 24.04.2021-ci il tarixli ********* saylı müqavilənin predmeti olan «Samsung A107» markalı mobil telefona təhvil almışdır. İş materiallarından görünür ki, alıcı 19.01.2021-ci il tarixli ********* saylı müqvailə üzrə 12 ay müddətinə aylıq 97 AZN məbləğində ödəniş etməklə, 24.04.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 12 ay müddətinə aylıq 98 AZN məbləğində ödəniş etməklə və 24.04.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 12 ay müddətinə aylıq 23 AZN məbləğində ödəniş etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, Cavabdeh hər üç müqavilə üzrə cəmi 5161.1 manat borcunu ödənilməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş 30.12.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdehnın İddiaçı MMC-yə 19.01.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 774.6 manat, 1161 manat cərimənin borcu olmaqla 1935.6 manat məbləğində, 24.04.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 1068 manat, 1602 manat cərimənin borcu olmaqla 2670 manat məbləğində,24.04.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 222.5 manat, 333 manat cərimənin borcu olmaqla 555.5 manat məbləğində mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19.01.2021-ci il,24.04.2021-ci il,24.04.2021-ci il tarixli nisyə alğı-satqı müqavilələri bağlanılmışdır. Həmin müqavilələrin predmeti qismində «Samsung A715» markalı telefona və «Fakir» markalı mətbəx alətin, “Casio” markalı televizor, «Samsung A107» markalı mobil telefon çıxış etmişdir. Lakin cavabdeh müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. İş materialalrından görünür ki, cavabdehin müqavilələr üzrə qalıq borcunun məbləği 774,6 manat, 1068 manat və 222,5 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi üzrə əsas borcun məbləği aşkar oluğundan, həmin hissədə iddia tələbi təmin edilməlidir. Həmçinin, məhkəmə cərimə borcunun tutulması hissəsi ilə bağlı hesab edir ki, 19.01.2021-ci il tarixli və 24.04.2021-ci il tarixli müqavilə üzrə hesablanmış cərimə borcunun məbləği əsas borcun məbləğinə mütənasib olmadığından, azaldılmalı, 19.01.2021-ci il tarixli müqavilə üzrə 30 manat və 24.04.2021-ci il tarixli müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməli, bu hissədə qismən təmin edilməli, 24.04.2021-ci il tarixli ********* saylı müqavilə üzrə isə cərimə borcunun məbləği mütənasib olduğundan, həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 43,75 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 43,75 manat məbləğində dövlət rüsumunun 41,78 manat məbləğində olan hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir;284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 19.01.2021-ci il tarixli ********* saylı nisyə alğısatqı müqaviləsi üzrə yaranmış 774.6 manat əsas borcu və 30 manat cərimə borcu, 24.04.2021-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 1068 manat əsas borcu və 50 manat cərimə borcu, 24.04.2021-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 222.5 manat əsas borcu və 33,3 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2178,4 manat borc və 41,78 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 19.01.2021-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 774.6 manat əsas borcu və 30 manat cərimə borcu, 24.04.2021-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 1068 manat əsas borcu və 50 manat cərimə borcu, 24.04.2021-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 222.5 manat əsas borcu və 33,3 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2178,4 manat borc və 41,78 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan məbləği iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar