Məhkəmə qərarları › İş №e-2(002)-1163/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1163/2023

06.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1163/2023 06.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin geri tələb edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin geri tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 968.20 (doqquz yüz altmış səkkiz manat iyirmi qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 120 (bir yüz iyirmi) manat xərcin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Gənclik filialı ilə Cavabdeh arasında 04 fevral 2020-ci il tarixli kredit müqaviləsi bağlanmış və onun həmin bankda olan depozitinin altında ona kredit verilmişdir. Eyni zamanda həmin kredit müqaviləsinə əlavə olaraq onunla 04 fevral 2020-ci il tarixli girov müqaviləsi bağlanmışdır. "xxxx" ASC ləğv prosesində olduğundan, bankda olan əmanətlərin vətəndaşlara qaytarılmasına başlanılmış, lakin onun əmanətinin (depozit) altında cavabdehə kredit verildiyindən və həmin kredit ödənilmədiyinə görə onun əmanətinin geri qaytarılmasından imtina edilmişdir. Ona görə də məcburiyyət qarşısında qalıb cavabdehin banka olan 968.20 (doqquz yüz altmış səkkiz manat iyirmi qəpik) manat borcunu ödəmişdir. Cavabdehə bir necə dəfə şifahi müraciət edərək pulun qaytarılmasını dəfələrlə xahiş etsə də, lakin cavabdeh həmin məbləği bu günədək ona qaytarmamışdır. 04 fevral 2020-ci il tarixli Zaminlik Müqaviləsinin 3.6-cı bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan öhdəliyi icra etmiş “Zamin”ə “Bankın həmin öhdəlik üzrə hüquqları və “Banka”a girov saxlayan kimi mənsub hüquqları “Zamin” həmçinin “Borclu”dan “Bank”a ödənilmiş məbləğdən faiz ödəməyi və “Borclu”nun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzinin ödənilməsini tələb edə bilər..Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Firudun oğlu məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə prosesinə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahatında bildirmişdir ki, iddianı qəbul etmir,təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən-təmin edilməlidir. İş materiallarında olan 04 fevral 2020-ci il tarixli kredit müqaviləsinin məzmunundan görünür ki, NBC BANK ASC-nin Gənclik filialı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və eyni zaman həmin tarixdə NBC BANK ASC-ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanaraq, İddiaçı 04 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu, borcalanın öz vəzifələrini yerinə yetirməməsinə və ya lazımi qaydada yerinə yerinə yetirməməsinə görə kreditora dəymiş zərərin və borcun tələbi ilə bağlı məhkəmə xərclərinin ödənilməsi də daxil olmaqla borcalan ilə eyni həcmdə bank qarşısında cavabdehliyi öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş ümumilikdə 968,20 manat məbləğində pulu dərhal ona ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı təqdirdə əlavə olaraq həmçinin vəkilə ödədiyi xərcləri və dövlət rüsumu da tələb olunacağı qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, “NBC BANK ASC”-nin Baş Offisinə İddiaçı tərəfindən 968,20 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş 1203 saylı qəbzdən də görünür ki, Mirzəyevlər və Partnyorlar Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında qeyd olunur ki, qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Həmin Məcəllənin 474.3-cü maddəsinə əsasən zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqress tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqress qaydasında tələb hüququna malikdir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehlə “NBC BANK ASC”arasında kredit müaviləsi bağlanılmış və eyni zamanda həmin tarixdə öhdəliyin icrasının təminatı qismində “NBC BANK ASC ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinin tələbinə əsasən kreditora dəymiş zərərə, kreditin məbləği, ona hesablanmış faiz və dəbbə pulunun borcalan tərəfindən yerinə yetirilməməsinə görə zaminin borcalan şəxslə eyni həcmdə birgə məsuliyyət daşıması qeyd olunmuşdur.. Göründüyü kimi, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında yaranmış borc öhdəlikləri lazımi qaydada və vaxtında icra edilməmiş, nəticədə cavabdehin İddiaçı ilə birgə mülki hüquqi məsuliyyət daşıdığı bank qarşısında icra edilməyən borc öhdəlikləri yaranmış və müqavilə tələblərinə uyğun olaraq həmin icra edilməyən borc öhdəlikləri zamin qismində çıxış edən İddiaçı tərəfindən banka ödənilmişdir. Həmçinin, məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən zamin qismində cavabdehin bank qarşısısnda olan borc öhdəliyini xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən də göründüyü kimi ümumilikdə 968,20 manat məbləğində ödəniş etmiş və icra edilmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir.Lakin məhkəmə hesab edir ki, iddia tələbinin məhkəmə xərci olaraq vəkilə ödənilmiş 120 manat məbləğində pul tələbi hissəsində təmin edilməməli, belə ki, iş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, vəkil bürosunun hesabına edilmiş ödənişin iddiaçı tərəfindən icra edilməsinə dair heç bir sübut əlavə edilməmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia təmin edilməli, Cavabdeh 968,20 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 968(doqquz yüz altmış səkkiz) manat 20(iyirmi) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 30(otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 998(doqquz yüz doxsan səkkiz) manat 20(iyirmi) qəpik məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həşimova Günay

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar