Məhkəmə qərarları › İş №e-2(002)-1172/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1172/2023

21.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1172/2023 21.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 17 381,06 manat məbləğində vəsaitin, 142,14 manat nəbləğində dövlət rüsumunun, 0,40 qəpil bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan **-PY-*** dövlət qeydiyyat nişanlı “Khazar LX” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-CG-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı **-CG-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. **-CG-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 22381,06 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən 22381,06 manat sığorta ödənişiavtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbarisığortası "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 5 000,00 manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2022-ci il tarixində sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 17 381,06 manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, ekspert rəyi ilə tanış olduğunu. Həmin rəylə hesablanmış məbləğlə razılaşdırını, ƏDV də nəzərə alınmaqla iddianın qismən təmin olunaraq, tələb olunan məbləğin ondan tutulmasına etirazinın olmadığını bildirdi. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, xx.xx.2021-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan **-PY-*** dövlət qeydiyyat nişanlı “Khazar LX” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-CG-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. İş materiallarına əlavə olunmuş hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərara əsasən Cavabdeh inzibati xəta törətməkdə təqsirli bilinmişdir. Göründüyü kimi, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və iddiaçının subroqasiya qaydasında ödənilmiş məbləğin geri tələb hüququ yaranmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2023-cü il tarixli, 9/3817 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Volkswagen Passat” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 17987,00 manat müəyyən edilir. O cümlədən: Dəyişməli hissələrin qiyməti - 15447,00 manat; Təmir bərpa işlərinin qiyməti - 2540,00 manat. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 21ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Cavabdeh tərəfindən mülki hüquq pozuntusu törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan avtomobili idarə edərkən mülki hüquq pozuntusu törətmişdir. Bu səbəbdən, o, iddiaçı qarşısında sığorta ödənişi və həmin ödənişin tələb edilməsi ilə əlaqədar çəkilən xərclər həddində cavabdehlik daşıyır. Digər tərəfdən müəyyən edilir ki, təqsirli tərəfin icbari sığortası üzrə "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 5000.00 manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmin məbləğ isə ödənilmiş 3414.06 manat ƏDV də nəzərə alınmaqla, 17987.00 manatın üzərinə toplama yolu ilə gəldikdə nəticədə 21401.06 manat vəsait edir. Lakin sonradan əldə edilmiş məbləğdən "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmiş 5000 manat məbləğində vəsait çıxıldıqda isə qalan məbləğ 16401.06 manat müəyyən edilir. Bu baxımdan məhz göstərilən məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməli olan məbləği təşkil edir. Bundan başqa, ekspert rəyində avtomobilin təmir bərpa xərci 17987.00 manat olduğu halda, texniki səhv nəticəsində 16662,00 manat göstərilmişdir ki, bu hal da məhkəmə tərəfindən nəzərə alınmışdır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 142 manat 14 qəpik dövlət rüsumu, 40 qəpik bank xidməti haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, subroqasiya hüququ əsasında ödənilmiş 16401.06 manat məbləğində pul vəsaiti, 142 manat 14 qəpik dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə münasib olaraq 100 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, 50 manat ekspertiza xərci Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Subroqasiya hüququ əsasında ödənilmiş 16401.06 manat məbləğində pul vəsaiti (15447,00+2540,00+3414,06=21401,06-5000=16401.06), 142 manat 14 qəpik dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə münasib olaraq 100 manatı və 40 qəpik xidmət (bank xidməti) haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Ödənilmiş 42 manat 14 qəpik dövlət rüsumu iddiaçıya, 50 manat ekspertiza xərci Cavabdeh aid edilərək, 50 manat ekspertiza xərci Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba tutularaq ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar