Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1173/2022 12.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi X10 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 4 423,54 (dörd min dörd yüz iyirmi üç manat əlli dörd qəpik) manat sığorta ödənişinin, ödənilmiş 62,24 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 məxsus olan sürücü Cavabdeh2 tərəfindən idarə olunan ** NL *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış H029554 dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalıavtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2020-ci il tarixli TP3862541 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh2 təqsirli bilinmişdir. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırmaq istərdim ki, sürücü nəqliyyat vasitəsinietibarnamə olmadan idarə etmişdir. Tərəfimizdən müqavilə üzrə öhdəliyimiz əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuşzərər aktına əsasən 9 H029554 dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 21244,00 manat müəyyən edilmişdir. Qeyd olunan məbləğ nəqliyyat vasitəsinin 75%-dən çoxunu təşkiletdiyi üçün nəqliyyat vasitəsinin tam itkisi kimi qiymətləndirilmişdir. Sığortalı Nəqliyyat vasitəsinin tam itkisi ilə bağlı müvafiq akt tərtib olunmuşdur. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin sahibi ilə razılaşdırılmaqla və tərtib olunan aktı nəzərə alaraq nəqliyyat vasitəsinin bazar dəyərindən qalıq hissə 13500,00, həmçinin 100,00 manat azadolma çıxılmış qalıq məbləğ olan ümumilikdə 9 400,00 (doqquz min dörd yüz) manat məbləğində sığorta ödənişinin ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından ödənilmiş məbləğdən 4 976,46 (dörd min səkkiz yüz səksən) manat məbləğin sığortaçı tərəfindən ödənilmiş və 4 423,54 (dörd min dörd yüz iyirmi üç manat əlli dörd qəpik) manat məbləğində vəsaitin 15 (on beş) təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsinicavabdehlərdən xahiş etmişik cavabdehlər tələb olunan məbləği ödəməkdən yayınmışlar. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək,iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək,iddia tələbini qəbul etməyərək, etirazını onunla əsaslandırmışdır ki, həmin avtomobilin mülkiyyətçisi olsa da, etibarnamə əsasında avtomobili qardaşı Cavabdeh3 idarə etmək üçün verdiyini, o biri cavabdehə maşını qardaşının verdiyini, onun etibarnaməsi olmasa da qardaşı onun yanında olub, sadəcə izibati protokol düzgün tərtib edilmədiyini, iddia tələbində qedy edilən heç bir halı qəbul etmədiklərini, ekspert rəyi ilə də razı olmadıqlarənı bildirərək,iddia tələbinin təmin olunmamasının xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında iştirak edərək,iddia tələbini qəbul etməyərək, etirazını onunla əsaslandırmışdır ki, avtomobil qardaşının olsa da, ona etibarnamə verdiyini, o da Cavabdeh2 işçisi olduğundan ona sürmək üçün verdiyini, lakin yanında maşında olduğundan etibarnamə vermədiyini, polis əməkdaşı inzibati protokolu düzgün tərtib etmədiyini, işçisi ilə aralarında hər hansı əmək müqaviləsi olmadığını, heç o maşına o qədər ziyan dəyilmədiyini, necə oldu ki, onun maşınına 870 manatlıq ziyan dəymişdir, ancaq onun maşını tam məhv olmuşdur, ona görə də iddia tələbində qedy edilən halların heç birini qəbul etmədiyini bildirərək, iddia tələbinin təmin olunmamasının xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iştirak edərək,iddia tələbini qəbul etməyərək, etirazını onunla əsaslandırmışdır ki, həmi avtomobili etibarnaməsiz idarə etsə də, maşının sahibi onunla eyni maşında olub, ona görə də deyilənlərin heç birini qəbul etmir, o qədər ziyanın vurulmasını da qəbul etmədiyini bildirərək,iddia tələbinin təmin olunmamasının xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehlərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 23 oktyabr 2020-ci il tarixli xıbırdarlıq məktubunun məzmunundan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən 9400 manat sıorta ödənişinin həyata keçirildiyini, həmin ödənişdən 4976,46 manat məbləğin sığortaçı "xxxx" ASC tərəfindən onalar ödənildiyini, qalıq 4423,54 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. "xxxx" ASC tərfədinən təqdim edilmiş hesab məlumatından görünür ki, xx.xx.2020-ci il tarixdə "xxxx" ASC tərəfidnən PXA67158 saylı Sığorta Aktına əsasən 4976,46 manat "xxxx" ASC-nin hesabına ödəniş həyata keçirirlmişdir. xx.xx.2020-ci il tarixli işə dair Sığorta Aktının məzmunundan görünür ki, sığortalanmış avtomobil H029554 dövlət qeydiyyatı nömrə nişanlı, “Mitsubishi L200” markalı avtomobil, zərərin ümumi həcmi 21244 manat olduğu, sığorta ödənişinin 9400 manat olduğu, qalıq baza dəyərinin 13500 manat olduğu, 100 manat azadolma çıxılmaqla,sığorta ödənişi kimi 9400 manat öədnildiyi qeyd olunmuşdur. İcbari sığorta müqaviləsinin mövcudluğu barədə yoxlanılma məlumatının məzmunundan görünür ki, **- NL-*** dövlət qeydiyyatı nömrə nişanlı, “Mitsubishi L200” markalı avtomobil "xxxx" ASC tərəfindən icbari sığorta olunmuşdur. xx.xx.2020-ci il tarixli bank qəbzinin məlumatından görünür ki, "xxxx" ASC tərəfindən sığorta ödənişi qismində X14 San və X15.B 9400 AZN məbləğində pul vəsaiti ödənilmişdir. Sığorta hadisəsi nəticəsində tam itkiyə uğramış avtonəqliyyat vaistəsinin qalıq dəyərinin məbləğinin qarşılıqlı razılaşdırılması barədə Aktın məzmunundan görünür ki, C-Mİ-1118/20 saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış və 07 avqust 2020-ci il tarixdə qəzaya məruz qalmış H029554 dövlət qeydiyyatı nömrə nişanlı, “Mitsubishi L200” markalı avtomobil tam itkiyə məruz qalmış və avtomobilin hadisədən sonrakı qalıq dəyəri 13500 manat, bazar dəyəri isə 23000 manat müəyyən edilmişdir, müvafiq sığorta qaydalarına əsasən avtomobilin qalıq dəyəri sığortalının öhdəsində qalır. xx.xx.2020-ci il tarixli qüsur aktının məzmunundan aydın olur ki, “Mitsubishi L200” markalı, H029554 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün və görülmüş işlərin xərci ümumilikdə 21244 manat təşkil edir. Avtonəqliyyat vsaitələrinin (kasko) sığortası şəhadətnaməsinin məzmunundan görünür ki, H029554 dövlət qeydiyyatı nömrə nişanlı, “Mitsubishi L200” markalı avtomobil sığorta olunmuş, sığorta predmetinin dəyəri 23000 manat müəyyən edilmişdir. Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hesab edilə bilən halın təfərrüatları barədə arayışın məzmunundan görünür ki,hadisəni törədən Mitsubishi L200 minik markalı 90NL668 dövlət qeydiyyat nömrə nişanlı avtomobil, mülkiyyətçisi Cavabdeh1, hadisə baş verən anda sürücü Cavabdeh2 olduğu,Mitsubishi L200 H029554 nömrəli avtomobilə maddi ziyan dəymiş olduğu qeyd edilmişdir. İXP ******* №li inzibati xəta haqqnda protokolun məzmunundan görünür ki, Cavabdeh2 barəsində İXMnin 332.1 və 327.2-ci maddələri ilə nəzərəd tutulan inzibati xətanın törədilməsi barədə protokol tərtib edilmiş, Cavabdeh2 tərəfindən imza edilmişdir. TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmunundan görünür ki, Cavabdeh2 nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə və əks istiqamətli zolağa çıxmaqla manevr qaydalarının pozulması nəticəsində barəsində İXM-nin 332.1 və 327.2-ci maddələri ilə inzibati xətanı törətdiyi, 60 manat cərimə edildiyi qeyd edilmişdir. Nəqliyyat vaistəsinin qeydiyyat şəhadətnaməsinin məzmunundan görünür ki, Mitsubishi L200 minik markalı 90NL668 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dur, Mitsubishi L200 minik markalı H029554 nömrəli avtomobilin sahibi “X14 Ticaret Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialıdır. xx.xx.2020-ci il tarixli Etibarnamənin məzmunundan görünür ki, X9 “X14 Ticaret Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialı tərəfindən Mitsubishi L200 minik markalı H029554 nömrəli avtomobilin idarə edilməsi üçün etibarnamə verilmişdir. 524892 №li etibarnamənin məzmunundan görünür ki, Mitsubishi L200 minik markalı 90NL668 dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək səlahiyyətini X5 tərəfindən Cavabdeh3 adına xx.xx.2012-ci il tarixdə xx.xx.2062-ci il tarixədək müddətə etibar etmişdir,etibarnamədə həmin səlahiyyətlə başqa şəxsə verilə bilməz qeyd eidlmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 avqust 2022-ci il tarixli 9/3855 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Mitsubishi L200” markalı, H029554 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 21244 manat təşkil edir, köhnəlmə faizi tətbiq edilməklə, hadisə baş verən tarixə təxminən 16833 müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 sentyabr 2014-cü il tarixliQərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”ının 9.5.1-ci bəndinə əsasən sığortaçının sığortalı qarşısında öhdəlikləri avtomobilin oğurlanması, qaçırılması və ya tam məhv olmasına görə sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verildikdə tam olaraq yerinə yetirilmiş hesab edilir Həmin Qaydaların 16.5-ci bəndinə əsasən avtomobilə qismən zərər dəyməsi və avtomobilin tam məhv olması hallarında tətbiq olunan azadolma məbləğləri eyni məbləğdə müəyyən edilməlidir. Həmin Qaydaların 33.2-ci bəndinə əsasən sığortalanmış avtomobilə dəymiş zərərlə bağlı sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalarda ödənilə bilər: avtomobilin tam məhv olması (avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsi), yaxud oğurlanması və ya qaçırılması halında: 3.2.2.1. sığorta məbləğindən çox olmamaq şərtilə avtomobilin sığorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyərinin pul şəklində ödənilməsi. Bu zaman sığortaçının avtomobilin qalıqlarına münasibətdə öz seçimi əsasında aşağıdakı hüquqları var: 33.2.2.1.1. avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq. Bu zaman sığortaçı ilə sığortalı arasında qalıqların dəyəri barədə razılıq əldə oluna bilmədikdə sığortaçı 15 iş günü ərzində qalıqların müəyyən etdiyi qiymətə satılmasını təmin edir və ya onları özü alır;33.2.2.1.2. həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb etmək. 33.2.2.2. sığortalanmış avtomobilin eyni marka və modeldən olan, habelə eyni texniki vəziyyətdə olan digər avtomobillə əvəz edilməsi. Həmin Qaydaların 35.2.1-ci bəndinə əsasən avtomobilin tam məhv ihalnda sığorta ödənişi verilərkən köhnəlmə əmsalı tətbiq olunmur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Mitsubishi L200 minik markalı 90NL 668 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 olmaqla, onun təərfindən həmin avtomobili idarə etmək səlahiyyəti X6 verilmiş, habelə həmin etibarnamədə səlahiyyətin başqa şəxsə verilə bilməməsi barədə qeyd yazılmışdır. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, X1 L200 minik markalı 90NL 668 dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “X14 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına məxsus olan H029554 dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı avtonəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Həmçinin, X4 həmin avtomobili idarə etmək hüququ olmadan istifadə etmiş, onun barəsində İXM-nin 332.1 və 327.2-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş, 60 manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.İddiaçı tərəfindən kasko sığorta müqaviləsi əsasında onlar tərəfindən sığorta olunmuş X14 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına məxsus olan H029554 dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın əvəzi qismində 9400 manat məbləğində sığorta ödənişi zərərçəkən şəxsə ödənilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, yol nəqliyyat hadisəsi baş verdiyi zaman cavabdeh X4 avtomobili etibarnamə olmadan idarə etdiyindən və avtomobilin idarə edilməsi səlahiyyəti müvafiq etibarnamə üzrə mülkiyyətçi X5 tərəfindən Cavabdeh3 etibar edildiyindən və başqa şəxsə etibar edilməsi ona qadağan edildiyindən, Mülki Məcəllənin 1108-ci maddəsinin və “icbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinin tələbi baxımından subroqasiya hüququ məhz həmin anda etibarnamə əsasında avtomobilin qanuni sahibi və istifadəçisi olmuş və başqa şəxsə etibar edilməsi qadağan edilməsinə baxmayaraq, avtomobili qanuni əsas olmadan başqa şəxsin sahibliyinə vermiş Cavabdeh3 və qanuni əsas olmadan, müvafiq etibarnamə olmadan avtomobili idarə etmək hüququ olmadan avtomobili hadisə baş verən anda idarə edən və hadisəni törədən şəxs Cavabdeh2 qarşı yaranmışdır. Ona görə məhkəmə qeyd edilən halları əsas götürərək, iddia tələbi MM-nin 1108-ci maddəsinin tələbinə əsasən Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmədə tədqiq edilmiş ekspert rəyi və digər sənədlər əsasında müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X14 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına məxsus olan H029554 dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı avtonəqliyyat vasitəsinə 21244 manat məbləğində maddi ziyan dəymiş, habelə qeyd edilən avtomobil iddiaçı "xxxx" ASC tərəfindən kasko sığortası ilə sığortalanmış, əmlakn dəyəri 23000 manat müəyyən edilmişdir. Göründüyü kimi, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə yəmiş ziyan onun bazar dəyərinin 75%-dən çoxunu təşkil etdiyindən,müvafiq qaydalara əsasən avtomobilin tam məhvi kimi qiymətləndirilməlidir (bu halda köhnəlmə faizi tətbiq edilmir). Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verdikdən sonra avtomobilin qalıq dəyəri müvafiq ekspert rəyi üzrə 13333 manat müəyyən edilmişdir.İddiaçı tərəfindən təqdim edilmiş akta əsasən isə avtomobilin qalıq dəyəri 13500 manat müəyyən edilərək, qeyd edilən məbləğ avtomobilin ümumi dəyəri olan 23000 manat məbləğdən çıxılmış, habelə azadolma məbləği kimi 100 manat çıxılmaqla, qalıq 9400 manat zərərəçəkmiş şəxsə ödənilmiş, həmin avtomobilin icvari sığortası üzrə "xxxx" ASC tərəfindən 4976,46 manat məbləğində pul vəsaiti icbari sığorta üzrə iddiaçıya ödənilmiş, iddiaçı hazırda qalıq 4423,54 manat pul vəsaitini geri tələb etmişdir.Cavabdeh tərəf iddia tələbinə etiraz etsə də, etirazın əsaslarına dair heç bir sübutu məhkəməyə təqdim etməmiş, bununla da etirazın əsaslarını müəyyən etmək mümkün olmamışdır. Bu halda, məhkəmə müvafiq ekspert rəyi ilə avtomobilə dəymiş ziyanın 21244 manat müəyyən edildiyini,avtomobilin hadisədən sonrakı qalıq dəyərinin 13500 manat olduğunu əsas götürərək, habelə icbari sığorta üzrə iddiaçıya 4976,46 manat sığorta ödənişi edilməsi və qalıq 4423,54 manat qalıq sığorta ödənişi qalması halını nəzərə alaraq, hesab edir ki, iddiaçı tərəfindən sığorta ödənişi qismində zərəçəkənə ödənilmiş, qalıq qalmış məbləğ üzrə subroqasiya hüququ əsasında tələb etmək hüququ mövcud olduğundan, iddia tələbi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 aid hissədə təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 62.24 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 4423.54 manat məbləğində pul vəsaiti və ödənilmiş 62.24 manat məbləğində dövlət rüsumu, 0.40 manat məbləğində bank xidmət xərci tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə ( cavabdeh X3 aid hissədə) təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 4423.54 manat məbləğində pul vəsaiti və ödənilmiş 62.24 manat məbləğində dövlət rüsumu, 0.40 manat məbləğində bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə (cavabdeh X3 aid hissədə) təmin edilməsin. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-1173/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1173/2022
12.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver