Məhkəmə qərarları › İş №e-2(002)-1183/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1183/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1183/2024 04.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli ərizə əsasında verilmiş 13700 manat məbləğində olan müqavilə üzrə 12723,12 manat məbləğində əsas kredit bоrcu, 943,25 manat məbləğində faiz bоrcu və 258,91 manat məbləğində cərimə olmaqla, cəmi 13925 (on üç min doqquz yüz iyirmi beş) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində bоrcun, xx.xx.2023-cü il tarixli ərizə əsasında verilmiş 1700 manat məbləğində olan müqavilə üzrə 1309,4 manat məbləğində əsas kredit bоrcu, 104,63 manat məbləğində faiz bоrcu və 27,76 manat məbləğində cərimə olmaqla, cəmi 1441 (min dörd yüz qırx bir) manat 79 (yetmiş doqquz) qəpik məbləğində bоrcun, ümumilikdə hər iki müqavilə üzrə cəmi 15367 (on beş min üç yüz altmış yeddi) manat 07 (yeddi) qəpik məbləğində bоrcun və ödənilmiş 136,10 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 004A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 48 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13700 (on üç min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Lakin o, müqavilə tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Onun iddiaçıya 12723,12 məbləğində əsas kredit bоrcu qalmışdır. Kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 138 gün üçün hesablanmış faiz borcu 943,25 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 138 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 258,91 manat təşkil edir. Bundan başqa, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı kredit müqaviləsi üzrə verilmiş ərizə əsasında aylıq faiz dərəcəsi 1.8333% оlmaqla 12 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1700 (min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Lakin o, müqavilə tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 390,6 manat ödəniş etmiş və оnun iddiaçıya 1309,4 məbləğində əsas kredit bоrcu qalmışdır. Kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 167 gün üçün hesablanmış faiz borcu 104,63 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 167 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 27,76 manat təşkil edir. Bu səbəbdən iddiaçı təşkilat iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, həqiqətən xx.xx.2023-cü il tarixli iki ərizə əsasında bağlanmış müqavilələr üzrə kreditlər əldə etmişdir. Maddi imkansızlıq və çətinliklər səbəbindən ödənişləri vaxtında edə bilməmişdir. Lakin sonuncu dəfə fevral ayında 400 manat məbləğində ödəniş etmişdir. Bankın ilkin təqdim etdiyi maliyyə arayışlarında həmin məbləğ nəzərə alınmamış, lakin sonradan verilən maliyyə arayışlarında qismən nəzərə alınmışdır. Belə ki, sonradan verilən maliyyə arayışlarında göstərilən əsas borc azalsa da, faiz cə cərimə məbləğləri əsassız olaraq artırılmışdır. Qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizə əsasında bağlanan 004A********** saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh 48 ay müddətinə 13700 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun xx.xx.2023-cü il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 12723,12 manat məbləğində əsas borcu, 943,25 manat məbləğində faiz bоrcu və 258,91 manat məbləğində cərimə olmaqla, cəmi 13925,28 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun xx.xx.2023-cü il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 12615,18 manat məbləğində əsas borcu, 1268,94 manat məbləğində faiz bоrcu və 343,17 manat məbləğində cərimə olmaqla, cəmi 14227,29 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizə əsasında bağlanan 004A********** saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh 12 ay müddətinə 1700 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun xx.xx.2023-cü il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 1309,4 manat məbləğində əsas borcu, 104,63 manat məbləğində faiz bоrcu və 27,76 manat məbləğində cərimə olmaqla, cəmi 1441,79 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun xx.xx.2023-cü il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 1309,4 manat məbləğində əsas borcu, 131,32 manat məbləğində faiz bоrcu və 45,19 manat məbləğində cərimə olmaqla, cəmi 1485,91 manat məbləğində borcu vardır. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh borclu iddiaçı təşkilatdan aldığı kreditlər üzrə əsas borcu, faizləri, gecikməyə görə cəriməni iddiaçıya ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh borclu müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də xx.xx.2023-cü il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə yaranmış əsas borc xx.xx.2024-cü il tarixli maliyyə arayışı nəzərə alınmaqla qismən təmin edilməli, həmçinin AR MPM-nin 218.3-cü maddəsinə əsasən verilmiş tələblər üzrə qətnamə qəbul edilməsi zərurəti və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizənin verilmədiyi nəzərə alınaraq, iddia ərizəsində qeyd olunan faiz və cərimə borcları ilə bağlı tələblər təmin edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi üzrə hesablanmış dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli ərizə əsasında bağlanmış 004A********** saylı müqavilə üzrə 12615,18 manat məbləğində əsas borc, 943,25 manat məbləğində faiz borcu, 258,91 manat məbləğində cərimə olmaqla, cəmi 13817,34 manat məbləğində borc pul vəsaiti; xx.xx.2023-cü il tarixli ərizə əsasında bağlanmış 004A********** saylı müqavilə üzrə 1309,4 manat məbləğində əsas borc, 104,63 manat məbləğində faiz borcu, 27,76 manat məbləğində cərimə olmaqla, cəmi 1441,79 manat məbləğində borc pul vəsaiti, hər iki müqavilə üzrə ümumilikdə 15259,13 manat borc pul vəsaiti və 135,14 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilǝ) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar