Məhkəmə qərarları › İş №e-2(002)-1218/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1218/2025

19.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1218/2025 19.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı "X3 Azərbaycan" QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “X3” ASC ilə "xxxx" MMC arasında xx.xx.2016-cı il tarixində hüquqi xidmət haqqında müqavilə imzalanmışdır. Müqavilənin 5.1.1-ci maddəsinə əsasən, Bank, Müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərdən) cəmi 15% (on beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). (Büro tərəfindən icra sürəcində (məhkəməyə əvvəl verilmiş) olan dosyelər üzrə isə pul (borcaların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərdə) cəmi 25% (iyirmi beş faiz nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). Xidmət haqqına ƏDV/S.V və məhkəmə işləri ilə bağlı dövlət rüsumları, poçt xərcləri daxil deyil. 5.1.2-ci maddəsinə əsasən Büro qarşı tərəfdən (kredit/borc alanlardan) borclar ilə əlaqədar məhkəməm icra işləri üzrə hüquqi xidmət (vəkalət) haqqı (xərci) və digər bank borclarına əlavə olaraq Bankın bütün xərclərini (məsrəfləri) almalı və alınan məbləğlər (borclar) Banka ödənilməlidir. (QTS/YTS quraşdırıldıqdan sonra onun üzərindən avtomatik olaraq həyata keçiriləcəkdir.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-1570/2020 saylı qətnaməsi ilə Cavabdeh “X3 Azərbaycan” QSC-in xeyrinə əsasə məbləğ üzrə 1003.79 manat, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 110.34 manat, cərimə borcu üzrə 22.79 manat cərimə borcu olmaqla, cəmi 1136.92 manat, 3.40 manat müqavilə üzrə öhdəliklərini pozduğuna görə cavabdehə bildirişin göndərilməsi üzrə poçt xərci və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir.

3. "xxxx" MMC ilə “X3” QSC tərəfindən imzalanmış təhvil təslim aktlarına əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixdə “World” kart krediti üzrə 20 manat ödəniş etməklə ödənişin 25%-i 5 manat, xx.xx.2021-ci il tarixdə “World” kart krediti üzrə 40 manat ödəniş etməklə ödənişin 25%-i 10 manat, xx.xx.2021-ci il tarixdə “World” kart krediti üzrə 30 manat ödəniş etməklə ödənişin 25%-i 7.50 manat, xx.xx.2021-ci il tarixdə “World” kart krediti üzrə 30 manat ödəniş etməklə ödənişin 25%-i 7.5 manat, xx.xx.2022-ci il tarixdə “World” kart krediti üzrə 10 manat ödəniş etməklə ödənişin 25%-i 2.5 manat, xx.xx.2022-ci il tarixdə “World” kart krediti üzrə 20 manat ödəniş etməklə ödənişin 25%-i 5 manat, xx.xx.2022-ci il tarixdə “World” kart krediti üzrə 15 manat ödəniş etməklə ödənişin 25%-i 2.25 manat, xx.xx.2022-ci il tarixdə “World” kart krediti üzrə 20 manat ödəniş etməklə ödənişin 15%-i 3 manat, xx.xx.2022-ci il tarixdə “World” kart krediti üzrə 45 manat ödəniş etməklə ödənişin 15%-i 6.75 manat, xx.xx.2022-ci il tarixdə “World” kart krediti üzrə 5 manat ödəniş etməklə ödənişin 15%-i 0.75 manat, xx.xx.2022-ci il tarixdə “World” kart krediti üzrə 10 manat ödəniş etməklə ödənişin 15%-i 1.5 manat, xx.xx.2022-ci il tarixdə “World” kart krediti üzrə 21 manat ödəniş etməklə ödənişin 15%-i 3.15 manat, xx.xx.2022-ci il tarixdə “World” kart krediti üzrə 19 manat ödəniş etməklə ödənişin 15%-i 2.85 manat, xx.xx.2023-ci il tarixdə “World” kart krediti üzrə 138 manat ödəniş etməklə ödənişin 15%-i 20.70 manat, xx.xx.2023-ci il tarixdə “World” kart krediti üzrə 172 manat ödəniş etməklə ödənişin 15%-i 25.8 manat, xx.xx.2023-ci il tarixdə “World” kart krediti üzrə 151 manat ödəniş etməklə ödənişin 15%-i 22.65 manat, xx.xx.2023-ci il tarixdə “World” kart krediti üzrə 169 manat ödəniş etməklə ödənişin 15%-i 25.35 manat, xx.xx.2023-ci il tarixdə “World” kart krediti üzrə 105 manat ödəniş etməklə ödənişin 15%-i 15.75 manat, xx.xx.2023-ci il tarixdə “World” kart krediti üzrə 304 manat ödəniş etməklə ödənişin 15%-i 45.6 manat, büroya ödənilməlidir.

4. “X3” ASC tərəfindən tərtib edilmiş maliyyə arayışının məzmunundan görünür ki, “X3 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödənilən son tarix xx.xx.2023-cü il tarixinə 1324 manat “X1” MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də “X3 Azərbaycan” QSC tərəfindən “X1” MMC-ə 211.10 manat məbləğində xidmət haqqı ödənilmişdir.

5. “X3” ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-ci il tarixli pretenziya məktubunda qeyd edilmişdir ki, «X3 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cü il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq, onun tərəfindən xx.xx.2021-ci il tarixində ödənilən 20 manat, xx.xx.2021-ci il tarixində ödənilən 40 manat, xx.xx.2021-ci il tarixində ödənilən 30 manat, xx.xx.2021-ci il tarixində ödənilən 30 manat, xx.xx.2021-ci il tarixində ödənilən 10 manat, xx.xx.2022-ci il tarixində ödənilən 20 manat, xx.xx.2022-ci il tarixində ödənilən 15 manat, xx.xx.2022-ci il tarixində ödənilən 20 manat, xx.xx.2022-ci il tarixində ödənilən 45 manat, xx.xx.2022-ci il tarixində ödənilən 5 manat, xx.xx.2022-ci il tarixində ödənilən 10 manat, xx.xx.2022-ci il tarixində ödənilən 21 manat, xx.xx.2022-cü il tarixində ödənilən 19 manat, xx.xx.2022-cü il tarixində ödənilən 139 manat, xx.xx.2023-ci il tarixində ödənilən 172 manat, xx.xx.2023-ci il tarixində ödənilən 151 manat, xx.xx.2023-cü il tarixində ödənilən 169 manat, xx.xx.2023-ci il tarixində ödənilən 105 manat, xx.xx.2023-cü il tarixində ödənilən 304 manat məbləğindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna göra da «X3 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 211.10 manat məbləğində xidmət haqqı ödənilmişdir. Onunla «X3 Azərbaycan» QSC arasında bağlanmış xx.xx.2019-ci il tarixli kredit müqavilənin 4.19-cu bəndində qeyd edilmişdir ki «bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tatbiqini hayata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın galacak hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Bu səbəbdən də tərəfində "xxxx" MMC-ya köçürülmüş 211.10 manat məbləğində xidmət haqqı onun tərəfindən ödənilməlidir. İddia tələbi

6. İddiaçı «X3» ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 211.10 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2020-ci il tarixli, 2(002)-1570/2020 saylı Məhkəmə qətnaməsi çıxmışdır. İddiaçı "xxxx" QSC“ X1” MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini “X1” MMC-ə sifariş etmişdir. “X1 MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək Məhkəmə qətnaməsi üzrə ödənimlməmiş pul borcunun geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh tərəfindən ödənilən vəsait “X1” MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən “X1” MMC -yə 211.10 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2016 -ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə “X1” MMC -yə cavabdeh(lər) tərəfindən"xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 211.10 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış müqavilənin 5 və 6-cı bəndində «Borcvеrən»-in hüquq və vəzifələri / Borcalanın hüquq və vəzifələri(öhdəlikləri)ndə qeyd edilmişdir ki :«Borcalan» tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yеrinə yеtirilmədikdə krеdit və ona hеsablanmış faiz borcunu, o cümlədən krеdit üzrə gеcikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hеsablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hеsablanan cərimə məbləğlərini, krеditin gеri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmətl ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün хərclərin (zərərin) əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb еtmək (tutmaq\almaq); Bu müqavilə üzrə öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə krеditin gеri qaytarılması ilə bağlı “Borcverənin” çəkdiyi və\və ya çəkməli olduğu bütün хərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu xərclərin) əvəzini, habelə “Borcverənin” əldən çıxmış faydasını ödəmək; Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

8. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107, 121.1, 21.1, 21.2, 149.3, 284.1-ci maddələrinə istinad etmişdir.

9. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı “X3” ASC tərəfindən məhkəməyə elektron ərizə ünvanlanaraq məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin tam təmin edilməsi xahiş edilmişdir.

11. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericliyin tələbinə əsasən məhkəmə baxışını cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

14. İddia əsassızdır.

15. İşin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçı “X3” ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. İşdə olan sənədlərdən aydın olur ki, cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur.

16. Bununla bağlı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-1570/2020 saylı qətnaməsi ilə Cavabdeh 1136.92 manat, 3.40 manat müqavilə üzrə öhdəliklərini pozduğuna görə cavabdehə bildirişin göndərilməsi üzrə poçt xərci və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir.

17. İş materiallarından görünür ki, “X3” ASC qeyd edilən “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş vermişdir.

18. Məhkəmə araşdırması zamanı qeyd edir ki, qanuni qüvvəyə minmiş və icra edilməsi üçün müvafiq icra qurumuna göndərilmiş icra sənədi üzrə "xxxx" MMC tərəfindən məhz hansı hərəkətlərin edilməsi, qətnamənin icrasının dövlət orqqanı tərəfindən deyil məhz hüquqi yardım xidməti göstərən MMC tərəfindən yerinə yetirilməsi barədə mötəbər sübutlar iş materiallarında mövcud deyildir.

19. Bununla yanaşı məhkəmə qeyd edir ki, kredit müqaviləsi üzrə borclunun üzərinə gələcəkdə qətnamənin icrası ilə əlaqədar iddiaçıya hüquqi xidmət göstərilməsi ilə əlaqədar dəyən zərərin ödənilməsini tələb etməyin qanuni əsası müəyyən edilmir.

20. Belə ki, icra qurumu tərəfindən icra edilən icra sənədi üzrə iddiaçının əlavə hüquqi yardım götürməsi ilə bağlı çəkdiyi xərclər riskini iddiaçı özü daşıyır. Nəticə

21. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia təmin edilməməlidir.

22. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddiaçı "X3 Azərbaycan" QSC-nin Cavabdeh qarşı Cavabdeh 211.10 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar