Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1253/2022 13.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 7252.68 manat,əsas borcu-7098.96 manat,faiz borcu-153.72 manat məbləğin və ödənilmiş 93 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki İddiaçı ASC ilə X5 arasında xx.xx.2020-ci il tarixdə MGTK2503056A112 saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, X3 şəxsi məqsədləri üçün illik 27.84 % olmaqla 48 ay müddətinədək 7360 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixdə MGTK2503056A112 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-ə əsas borcu-7098.96 manat,faiz borcu- 153.72 manat,ümumilikdə 7252.68 manat məbləğində borc təşkil edir.xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən,X4 vərəsəsi-Cavabdehdır.Qeyd edilən halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına ərizə təqdim edərək,məhkəmə iclasında iştirak edə bilməyəcəklərini ,iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclasında iştirak edərək,iddia tələbini qəbul etmədiyini, həyat yoldaşının müalicəsi üçün kredit götürdüklərini, ancaq sonra borcu ödədi, həyat yoldaşı vəfat etdi, iddiaçya heç bir borcu qalmadığını,iddiaçı deyirsə borcu var, gəlib iştirak etməsini , yoldaşından ona miras əmlak kimi avtomobil qaldığını, o da cərimə meydançasında olduğunu, iddiaçı istəyirsə gedib götürsün, o da deformasiyaya uğradığını bildirmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə iş materiallarına əlavə edilmiş sübutlar məcmuəsini əsas götürərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: xx.xx.2020-ci il tarixdə MGTK2503056A112 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, X5 48 ay müddətində 27.84% dərəcəsi ilə 7360 manat məbləğində kredit götürmüşdür. xx.xx.2020-ci il tarixdə MGTK2503056A112 nömrəli kredit müqaviləsinə !saylı əlavənin surətindən görünür ki, X5 48 ay müddətində 27.84% dərəcəsi ilə 7360 manat məbləğində kreditin hər ay 255.84 manat olmaqla ödənməsi nəzərdə tutulmuşdur xx.xx.2022-ci il tarixli maliyyə arayışın məzmunundan görünür ki, Cavabdehnun xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 7098.96 manat əsas borc, 153.72 manat faiz borcu, , cəmi 7252.68 manat borcu vardır. xx.xx.2022-cİ il tarixli xəbərdarlıq vərəqəsinin məzmunundan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəsinə götürdüyü borc məbləğini xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 3 gün müddətində İddiaçı ASC-yə tam ödənilməsi tələb olunmuş, ödənilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, kredit məbləğini hesablanmış faizlərlə birlikdə qaytarılmasının tələb edilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19.09 2022-ci il tarixli 9/4755 nömrəli ekspert rəyindən görünür ki,”VAZ-21074” markalı,2000-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış,istifadəyə yararlı avtomobilin hazırki dövrə olan orta bazar qiyməti nəzəri qaydada təxminən 4500 manat,likvid dəyəri isə 4000 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü mçaddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən borclu şəxsə illik 27,84 faizlə 48 ay müddətinə 7360 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2020-cu il tarixində vəfat etmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində vərəsəlik işi açılmış və X4 vərəsəsi Cavabdeh adna xx.xx.2021-ci il tarixli miras əmlakdan tam hissədə pay almasına dair 99ZR837 dövlət qeydiyyat nömrə nişanlı VAZ21074 minik markalı avtomobillə bağlı vərəsəlik şəhadətnaməsi verilmişdir. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X4 vəfat etdiyi tarixə banka ödənilməmiş 7252,68 manat kredit borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. Qeyd olunan halları əsas götürərək, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə belə bir tələb irəli sürməkdə haqlı olmuş və mərhum şəxsin vərəsəsi qismində çıxış edən Cavabdeh vərəsə qismində əldə etdiyi miras əmlak dəyərində kreditor qarşısnda mülki hüquqi məsuliyyət daşıyaraq, miras əmlak dəyərində kredit borcunu iddiaçıya ödəməlidir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən mərhum borclu şəxsin kedit müqaviləsi üzrə yaranmış borcunun tam ödənilməsini tələb etmiş, cavabdehin vərəsə qismində əldə etdiyi miras əmlakın dəyəri ilə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki qanunvericiliyin tələbinə əsasən vərəsə miras qoyanın öhdəlikləri üçün əldə etdiyi miras əmlak payının dəyəri həddində mülki hüquqi məsuliyyət daşıyır. Həmçinin, məhkəmə araşdırması zamanı müvafiq ekspert rəyi əsasında müəyyən eidlmişdir ki, cavabdehin əldə etdiyi miras əmlakın ümumi bazar dəyəri 4500 manat, likvid dəyəri 4000 manat təşkil edir. Bu halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əldə edilmiş miras əmlakın dəyəri (likvid dəyəri) məhz ekspert rəyi əsas götürülməklə müəyyən edilməlidir.Ona görə də məhkəmə hesab edir ki, cavabdeh məhz əldə etdiyi miras əmlak dəyəri həddində məsuliyyət daşıdığından, iddia tələbi kredit borcunun məhz miras əmlakın dəyəri həddində (4000 manat) hissədə təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 93 manat məbləğində dövlət rüsumu ödənilmiş və buna dair müvafiq qəbz iş materiallarına əlavə edilmişdir. Bu halda, məhkəmə mülki prosessual qanunvericiliyin tələbini əsas götürərək, iddia tələbinin təmin edilmiş hissəsini nəzərə alaraq, hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumunun 60 manat məbləğində hissəsi cavabdehdən tutularaq iddiaçıya öədnilməli, qalan hissədə iddiaçıya aid eidlməlidir. İş materiallarından görünür ki, hazırki mülki iş üzrə aparılmış ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4000 manat məbləğində kredit borcu və 60 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, qiddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, aparılmış ekspert tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti tərəflərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4000 manat məbləğində kredit borcu və 60 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Aparılmış ekspert tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti tərəflərdən-İddiaçı ASC-dən və Cavabdeh müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-1253/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1253/2022
13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver