Məhkəmə qərarları › İş №e-2(002)-1276/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1276/2025

22.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1276/2025 22.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi Məcidli Aysel Əli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8000 (səkkiz min) manat sığorta ödənişi məbləğinin və 100 (yüz) manat dövlət rüsumunun, cəmi 8100,00 (səkkiz min yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Məlumat üçün bildiririk ki, "xxxx" ASC ilə X8 arasında xx.xx.2023-cü il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və "X13" markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə "X13" markalı, 77FG103 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Biləsuvar rayonu ərazisində yolnəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində X2 və X1 az ağır xəsarət yetirilmiş, “Ford Transit” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 8000 (səkkiz min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Biləsuvar Rayon Məhkəməsinin Hökmünə əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin qeyd olunan Hökmdə Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt "X13" markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. Bildirmək istəyir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bildiririk ki, Cəmiyyəti tərəfindən Cavabdeh ünvanına xx.xx.2025-ci il tarixli, AS-25/211 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. Bildirir ki, Cəmiyyəti tərəfindən Cavabdeh ünvanına xx.xx.2025-ci il tarixli, AS-25/211 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşmə verərək, ki, 20 fevral 2025-ci il tarixli iddia ərizəsi ilə iddiaçı "Ata ASC-nin Cavabdeh 8000 (səkkiz min) manat sığorta məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə 8000 manat məbləğinin və 100,00 (yüz manat) manat dövlət rüsumunun cəmi 8100,00 (səkkiz min yüz) manat dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.Cavabdeh məhkəməyə verildikdən sonra Cəmiyyəti tərəfindən 14 aprel 2025-ci il tarixdə yol nəqliyyat hadisəsinə əsasən zərər çəkən tərəfə əlavə 5000.00 (bes min) manat sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşa qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır.Belə ki, MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmi artırılaraq, Cavabdeh 13000 (on üç min) manat sığorta ödənişi məbləğinin və 129 (yüz iyirmi doqquz) manat dövlət rüsumu olmaqla cəmi 13129 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddia tələbinin təmin edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında qeyd etdi ki, hadisəyə onun yuxusuzluğu səbəb olmuşdur. Hazırda məntəqətipli cəzaçəkmə müəssəsində cəza çəkir. 2 il 8 aylıq məhkumluğu vardır. Tələb olunan pulu ancaq işləyəndə ödəyəcəkdir. Hadisə nəticəsində bir şəxs ölmüş, ikisi xəsarət almışdır. 5000 manatı maşına görə, digər 5000 manat ölən şəxsin nümayəndəsinə, qalanları isə xəsarət alanlara ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixində PAA********** saylı icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “X13" markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü ildən xx.xx.2024-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. İş materiallarına əlavə olunmuş sığorta aktından görünür ki, xx.xx.2024-cü il tarixdə "X13" markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Biləsuvar rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində X2 və X1 az ağır xəsarət yetirilmiş, “Ford Transit” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi “Ford Transit” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə həyata keşirilmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327-ci maddələri ilə təqsirli bilinmiş və Cavabdeh 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il hesablama aktından “Ford Transit” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7900 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan ödəniş cədvəlindıən görünür ki, "xxxx" ASC tərəfindən “Ford Transit” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə 5000 manat sığorta ödənişi X7 ödənilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC tərəfindən X3 1500 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC tərəfindən X6 1500 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan ödəniş cədvəlindıən görünür ki, "xxxx" ASC tərəfindən X4 5000 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 1(022)-149/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilmesində təqsirli bilinsin və ona, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 3 (c) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi hökm edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli AS 08-015/25 saylı rəyindən görünür ki, “Ford Transit" markalı, **- EB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsinə dair hesabatında göstərilən materialların və xidmətlərin qiyməti xx.xx.2024-cü il tarixinə real bazar qiymətlərinə qismən uyğundur. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsinə dair hesabatında "Ford Transit" markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilən və ya təmir edilən hissələrinin və həmin hissələrə aid görülmüş işlərin (xidmətlərin) ümumi dəyəri xx.xx.2024-cü il tarixinə 6815 manat təşkil edir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh "X13" markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Biləsuvar rayonu ərazisində "Ford Transit" markalı, **-EB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və hadisə zamanı Cavabdeh "X13" markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Bu hal iş materiallarından olna inzibati tənbeh vermə haqqında qərarı və məhkəmə hökmü ilə də öz təsdiqini tapmışdır. Eyni zamanda hadisə nəticəsində "Ford Transit" markalı, **-EB-*** dövlət nömrə nişanlı avtomobilə zərər dəymiş, bir nəfər şəxs vəfat etmiş, iki nəfər isə yaralanmışdır. Beləliklə, "xxxx" ASC tərəfindən maşına dəymiş zərər üçün-5000 manat, vəfat etmiş şəxsin nümayəndəsinə-5000 manat və 2 nəfər yaralı olan şəxslərinə hərəsinə 1500 manat sığorta aktına və dəymiş zərərin hesablanması aktına əsasən sığorta ödənişini etmişdir. Hazırda iddiaçı cavabdehdən həmin məbləği- 13000 manat,eyni zamanda iddia tələbi ilə məhkəməyə müraciət üçün ödənilmiş 129 manat dövlət rüsumunu tələb edir, cavabdeh isə iddia tələbinə etiraz etməmişdir. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-ci maddəsinin məzmunundan görünür ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Cavabdeh təqsiri, etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmək və hadisə nəticəsində maddi ziyan vurması qanuni qüvvəyə minmiş inzibati xəta haqqında qərar,protokol və məhkəmə hökmü ilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş materiallarına əlavə edilmiş sığorta aktı, ödəniş tapşırıqlarını, mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yarandığından, iddiaçı tərəfindən ödənilmiş 13000 manat məbləğində sığorta odənişi subroqasiya qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin əlavə edir ki, cavabdehin təqsiri inzibati xəta haqqında qərarı ilə təsdiq edilmiş və həmin qərar artıq qanuni qüvvəsini almış, eyni zamanda cavabdeh də hadisənin törətməsini inkar etməmiş və inzibati qərarı mübahisələnirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia qaldırmaq üçün 129 manat dövlət rüsumu ödənilmiş və həmin məbləği cavabdehdən tutulmasını tələb etmişdir. Hazırda iddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 129 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir, Cavabdeh 13000 manat məbləğində maddi ziyan və ödənilmiş 129 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 11815 manat və ödənilmiş 129(yüz iyirmi doqquz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. 300(üç yüz) manat məbləğində müstəqil ekspertiza xərci isə Cavabdeh "xxxx" MMC-nin xeyrinə ödənilsin. (VÖEN:**********,Hesab: AZ74AİİB400600F**********112, Bank: Kapital Bank ASC-nin Mərkəzi filialı, Bankın VÖENİ: №**********, Müxbir hesab: AZ37NABZ********************, KOD:200026, SWİFT: AİİBAZ2XXXX) Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar