Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1319/2022 26.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsinin iştirakı ilə, İddiaçı BOKT "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2,Cavabdeh1,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 qarşı «kreditin,kredit faizlərinin və cərimənin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2,Cavabdeh1,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 qarşı «kreditin,kredit faizlərinin və cərimənin ödənilməsi» qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank Olmayan Kredit Təşkilatı"xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış «17» Dekabr 2021-ci il tarixli, LD********** saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsinə əsasən əsas borc üzrə 3000.00 (üç min) manat, faiz borcu üzrə 199.38 (yüz doxsan doqquz 38 qəpik) manat, cərimə üzrə 375.00 (üç yüz yetmiş beş) manat olmaqla ümumilikdə 3574.38 (üç min beş yüz yetmiş dörd 38 qəpik) manat və dövlət rüsümu kimi ödənilmiş 56 AZN pul vəsaitinin Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 , Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada Bank Olmayan Kredit Təşkilatı"xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi təqdim edərək, borclu Cavabdeh1 ilə bağlanmış 16.12.2021-ci il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1,Cavabdeh2,Cavabdeh5,Cavabdeh3 və Cavabdeh4 əsas məbləğ üzrə 3000 manat,faiz üzrə 291.01 manat,cərimə üzrə 677.5 manat,cəmi 3968.51 manat və dövlət rüsumu kimi ödənilmiş 56 manat pul vəsaiti BOKT "xxxx" ASC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bank Olmayan Kredit Təşkilatı"xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış «17» Dekabr 2021-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə «19» Dekabr 2022-ci il tarixə qədər aylıq qalıq borcun 29% dərəcəsini tətbiq etməklə 3000 manat (üç min manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçıBank Olmayan Kredit Təşkilatı"xxxx" ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında «17» Dekabr 2021-ci il il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci maddəsində qeyd olunur ki, borclu öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 «07» Aprel 2022-ci il tarixli arayışa əsasən BOKT "xxxx" ASC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 3000.00 (üç min) manat, faiz üzrə 199.38 (yüz doxsan doqquz 38 qəpik) manat, cərimə üzrə 375.00 (üç yüz yetmiş beş) manat olmaqla ümumilikdə 3574.38 (üç min beş yüz yetmiş dörd 38 qəpik) manat təşkil edir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, izahatında faiz borcunun məhz gecikdirilmiş borcun məbləğinə uyğun hesablandığını, bütün ödənişlər, borcun məbləği hamısı hesabdan çıxarış məlumatlarında öz əksini tapmışdır, bu halların nəzərə alınaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 17.12.2021-ci il tarixli LD********** saylı kredit müqaviləsindən görünür ki, iddiaçı BOKT "xxxx" ASC tərəfindən Cavabdeh1, 12 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. İş materialalrından görünür ki, Cavabdeh1 tərəfindən 3000 manat məbləğində kredit təhvil alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh1 12 ay müddətində hər ay 250 manat öədniş etməklə, kredit məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 17.12.2021-ci il tarixli LD********** saylı zaminlik müqaviləsinin məzmunundan görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh3,Cavabdeh2,Cavabdeh4 və Xudamova X1 Ümid Əlisahib oğlu ilə birgə kreditor qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh2,Cavabdeh1,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 borcun ödənilməsini tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş arayışın məzmunundan görünür ki, BOKT "xxxx" ASC-nin müştərisi olan Cavabdeh1 LD********** saylı 16.12.2021-ci il tarixli kredit razılaşması üzrə əsas məbləğ üzrə borc 3000 manat, faiz üzrə 291.01 manat, cərimə borcu 677.5 manat, cəmi 3968.51 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanılmış 17.12.2021-ci il tarixdə LD********** saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 3000 manat məbləğində pul vəsaitini kredit vermiş, cavabdeh isə həmin kredit məbləğini müqavilədə göstərilən müddətdə və qaydada ödəniş etməklə həmin krediti qaytarmağı öz öhdəsinə götürsə də,müqvailə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmişdir. Hazırda həmin müqvailə üzrə qalıq borcun məbləği əsas borc üzrə 3000 manat faiz borcu üzrə 291 manat təşkil edir.Həmçinin, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh2, Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 ilə 17.12.2021-ci il tarixli LD********** saylı zaminlik müqaviləsi bağlanılmış və onlar kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər.Bu halda,məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuş və cavabdehlər onalrın risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə birgə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Həmçinin, məhkəmə iddia tələbinin kredit müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən Mülki Məcəllənin 423-cü maddəsinin tələblərinə riayət edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin cərimə borcunun tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın müqavilə üzrə əsas borca hesablanmış cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləğləri əsas borc məbləğlərinə mütənasib olmadığından azaldılmalı və 200 manat məbləğində müəyyən edilməli, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. İş materialalrından görünür ki, iddiaçı tərəfindən 56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 56 manat məbləğində dövlət rüsumunun 54.91 manat məbləğində olan hissəsi (iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, iddiaçı tərəfindən hesablanmış iddia tələbinin əsas borc və faiz borcu hissəsinin hər birini ayrılıqda nəzərdən keçirdərək, hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış 17 dekabr 2021-ci il traixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh2,Cavabdeh1,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 17.12.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 3000 manat məbləğində əsas borcu,291.01 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3491.01 məbləğində borcu və ödənilmiş dövlət rüsumunun 54,91 manat məbləğ hissəsi tutularaq iddiaçı “Azkredit ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış 17 dekabr 2021-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2,Cavabdeh1,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 3491.01 məbləğində borc pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 54.91 manat məbləği hissəsi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-1319/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1319/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver