Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-1326/2024 04.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 10736.00 AZN, faiz borcuna görə 1856.61 AZN,cərimə borcuna görə 789.62 AZN, cəmi 13382.23 (on üç min üç yüz səksən iki manat iyirmi üç qəpik) AZN məbləğində borcun və 130.15 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qanunun qeyd edilən tələbindən aydın olur ki, mübahisənin məhkəməyə qədər həlli qaydası ya müqavilədə, ya da həmin kateqoriya işlər üçün qanunda nəzərdə tutulduğu halda zəruridir. Hazırkı iddia tələbi tərəflər arasında bağlanmış 27 oktyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə bütün əsas borc məbləği tələb edildiyindən həmin iddia müqavilənin birtərəfli ləğvi ilə bağlıdır və bu iddia ilə bağlı pretenziya qaydası qanunla müəyyən olunmuşdur. Belə ki, Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Hazırkı işdə İddiaçı MMM QBKT tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış pretenziya məktubu iş materiallarına əlavə olunmamış, cavabdehlər tərəfindən qəbul edilməsinə və xəbərdarlığa cavab verilib-verilməməsinə dair hər hansı sübut (xəbərnamə, poçt qəbzi) əlavə edilməmişdir. Nəticədə, iddiaçı ilk növbədə müqavilənin ləğvi barədə təklifini və gecikdirilmiş öhdəliyin icrası barədə xəbərdarlığı cavabdehə çatdırmalı və cavab əldə etmə müddətini gözləməli olduğu halda, bu qaydaya riayət etmədən məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət edilmədiyindən iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən Bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 10736.00 AZN, faiz borcuna görə 1856.61 AZN,cərimə borcuna görə 789.62 AZN, cəmi 13382.23 (on üç min üç yüz səksən iki manat iyirmi üç qəpik) AZN məbləğində borcun və 130.15 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə İddiaçı X1-Bank Kredit Təşkilatına geri qaytarılsın. İş üzrə ödənilmiş 130.15 manat məbləğində dövlət rüsumu (mədaxil qəbzinin nömrəsi: **********71, ödənişin təyinatı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi, Büdcə təsnifatı kodu: 142211, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ17CTRE********************, ödəyicinin adı: İddiaçı X1-Bank Kredit Təşkilatı, VÖEN: **********) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı X1-Bank Kredit Təşkilatı-a geri qaytarılsın. Qərardad ödənilmiş dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №e-2(002)-1326/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-1326/2024
04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver