Məhkəmə qərarları › İş №e-2(002)-1333/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1333/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1333/2022 10.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 dekabr 2019-cu il tariхli, 100821-63734/10 saylı kredit müqaviləsi üzrə 747.27 manat məbləğində əsas bоrcu, 11.53 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 758.80 (yeddi yüz əlli səkkiz manat, səksən qəpik) manat məbləğində kredit bоrcu, 04 dekabr 2019-cu il tariхli, 100821-63734/11 saylı kredit müqaviləsi üzrə 3694.74 manat məbləğində əsas bоrcu, 57.80 manat məbləğində faiz оrcu оlmaqla, cəmi 3752.54 (üç min yeddi yüz əlli iki manat, əlli dörd qəpik) manat məbləğində kredit borcu olmaqla, ümumilikdə 4511,34 (dörd min beş yüz on bir manat, otuz dörd qəpik) manat məbləğində kredit borcunun və 65,52 (altmış beş manat, əlli iki qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral2019-cu il tarixli, 551 nömrəli Fərmanına və Maliyyə Bazarlarına Nəzarət Palatasının 02 aprel 2019-cu il tarixli Qərarı ilə qüvvəyə minmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz, Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na uyğun olaraq, İddiaçı ASC ilə Cavabdeharasında bağlanmış 04 dekabr 2019-cu il tariхli, 100821-63734/10 nömrəli güzəştli krеdit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 1%dərəcəsi ilə 747.27 (yeddi yüz qırx yeddi manat, iyirmi yeddi qəpik) manat məbləğində krеdit vеrilmişdir. Bundan başqa, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 dekabr 2019-cu il tariхli, 100821- 63734/11 nömrəligüzəştli krеdit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 3694.74 (üç min altı yüz doxsan dörd manat, yetmiş dörd qəpik)manat məbləğində krеdit vеrilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Borclulara dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 29 mart 2022-ci il tarixinə cavabdehin 04 dekabr 2019-cu il tariхli, 100821-63734/10 saylı kredit müqaviləsi üzrə 747.27 manat məbləğində əsas bоrcu, 11.53 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 758.80 (yeddi yüz əlli səkkiz manat, səksən qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. 29 mart 2022-ci il tarixinə cavabdehin 04 dekabr 2019-cu il tariхli, 100821-63734/11 saylı kredit müqaviləsi üzrə 3694.74 manat məbləğində əsas оrcu, 57.80 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 3752.54 (üç min yeddi yüz əlli iki manat, əlli dörd qəpik) manat məbləğində kredit bоrc yaranmışdır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 04.12.2019-cu il tarixli 100821-63734/10 nömrəli güzəştli kredit müqaviləsinin məzmunundan görünür ki, kreditor borcalana bu müqavilədə nəzərdə tutulmuş qaydada 60 ay müddətinə, 1 faiz dərəcəsi ilə, 747.27 manat məbləğində kredit verir, borcalan götürdüyü kredit məbləğini müqavilə ilə şərtləşdirilmiş qaydada kreditora verməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 04.12.2019-cu il tarixli 100821-63734/11 nömrəli güzəştli kredit müqaviləsinin məzmunundan görünür ki, kreditor borcalana bu müqavilədə nəzərdə tutulmuş qaydada 60 ay müddətinə, 1 faiz dərəcəsi ilə, 3694.74 manat məbləğində kredit xətti açır, borcalan götürdüyü kredit məbləğini müqavilə ilə şərtləşdirilmiş qaydada kreditora verməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 19.11.2021-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Cavabdeh Banka olan əsas və faiz borcunu 5 gündən gec olmayaraq ödənilməsi tələb olunmuş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunması bildirilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh krediti 60 ay müddətinə hər ay 15.89 manat ödəməklə və hər ay 78.56 manat ödəməklə hər iki müqavilə üzrə krediti geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən Cavabdeh 04.12.2018-cu il traixli kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borc üzrə 747.27 AZN əsas, 11.53 AZN faiz borcu olmaqla, cəmi 758.8 manat məbləğində borcu, digər kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borc üzrə 3694.74 AZN əsas, 57.8 AZN faiz borcu olmaqla, cəmi 3752.54 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında 04.12.2019-cu il tarixli güzəştli kredit müqavilələri bağlanılmış, hər iki müqaviləyə əsasən iddiaçı 60 ay müddətinə, 1 faiz dərəcəsi ilə, 747.27 manat və 3694.74 manat məbləğində kredit vermiş, borcalan isə həmin krediti müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh isə müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdehin müqavilələr üzrə qalıq borcunun məbləği əsas borc üzrə 747.27 və 3694.74 manat, faiz borcu üzrə 11,53 manat və 57,80 manat təşkil edir. Ona görə də, məhkəmə iddia tələbi üzrə əsas və faiz borcunun hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək,borc öhdəliyinin aşkar olduğunu nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, iş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 65.52 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 65.52 manat məbləğində dövlət rüsumu və xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 29-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 04.12.2019-cu il tarixli 100821-63734/10 saylı kredit müqaviləsi üzrə yaranmış 747.27 manat əsas borc, 11.53 manat faiz borcu olmaqla, cəmi 758.80 manat məbləğində borc, 04.12.2019-cu il tarixli 100821-63734/11 saylı kredit müqaviləsi üzrə yaranmış 3694.74 manat əsas borc, 57.80 manat faiz borcu olmaqla, cəmi 3752.54 manat məbləğində borc olmaqla,ümumilikdə 4511.34 manat borc və ödənilmiş 65.52 manat məbləğində dövlət rüsumu və xidmət haqqı tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 293, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 04.12.2019-cu il tarixli 100821-63734/10 saylı kredit müqaviləsi üzrə yaranmış 747.27 manat əsas borc, 11.53 manat faiz borcu olmaqla, cəmi 758.80 manat məbləğində borc, 04.12.2019-cu il tarixli 100821-63734/11 saylı kredit müqaviləsi üzrə yaranmış 3694.74 manat əsas borc, 57.80 manat faiz borcu olmaqla, cəmi 3752.54 manat məbləğində borc olmaqla,ümumilikdə 4511.34 manat borc və ödənilmiş 65.52 manat məbləğində dövlət rüsumu və xidmət haqqı tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar