Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1334/2022 26.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehİddiaçı xeyrinə tərtib olunmuş akt üzrə1956.94 (min doqquz yüz əlli altı manat doxsan dprd qəpik) manat, 43.57 (qırx üç manat əlli yeddi qəpik) manat dövlət rüsumunun əvəzi və 400 (dörd yüz) manat vəkil xərci olmaqla, cəmi 2400.51 (iki min dörd yüz manat əlli bir qəpik) manat məbləğində pul tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11.01.2017-ci il tarixli 09/5591 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchizi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00330 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı **********2 nömrəli qazsayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı, sayğaca müdaxilə etmələri aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqındaaktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə 29.03.2019-cu il tarixli 02122422 saylı akt əsasında 1382.4 manat İddiaçıİB-nə zərər dəymişdir. Bundan əlavə, 09.07.2019-cu il tarixdə G-4 markal 1102AQ**********1 nömrəli qaz sayğacı Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və sayğacın klapanın şlək olmaması, yivli birləşmələrinin korroziyaya uğraması, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilərkən kənar təsir izləri aşkar edilmişdir. Bu barədə MSK-29/1710-01144 saylı 09.07.2019-cu il tarixli akt tərtib edilmişdir. 30.07.2019cu il tarixli ******* saylı akt əsasında 415.8 manat İddiaçı İB-nə zərər dəymişdir. Bundan başqa cavabdehin 166 manat borcu vardır. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 1964.2 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh borcundan müəyyən ödənişlər etmiş, hazırda cavabdehin iddiaçıya 1956.94 manat borcu vardır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd edilən halalrın nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çxıarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclaısnda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulduğundan, qaz itkisi yaranmışdır, bu hal 2019-cu ildə baş vermişdir, iddia tələbində qeyd eidlmiş məbləğ yalnız qanunsuz qoşulma nəticəsində dəymiş ziyanla bağlı olduğunu, qanunsuz qoşulma nəticəsində həmin ziyan hesablanmış, hazırda isə qanunsuz qoşulma yoxdur, bununla bağlı yeganə sübut qismində tərtib edilmiş akt çıxış edir,həmin aktın əsasında vurulmuş ziyan hesablanmış və 1956 manat müəyyən edilmiş, cavabdehin həmin aktın tərtib edildiyi zaman orada iştirak etməməsi barədə məlumatlı olmadığını, başqa sübut vasitələrinin olmadığını bildirərək, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və onun qanuni nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan 11.01.2017-ci il tarilxi 09/5591 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin məzmunundan aydın olur ki, Cavabdeh ilə Azəriqaz İB arasında qazdan istifadə olunmasına dair müqavilə bağlanılmışdır. İş materiallarında olan 29.03.2019-cu il tarixli İddiaçı İB-in ******* nömrəli aktdan görünür ki,Cavabdeh tərəfindən Sanqaçal qəsəbəsi, Suvarov küçəsi 33 ünvanında qazdan sayğacsız istifadə olunur, itiirlmiş qazın bərpası üzrə dəymiş ziyan hesablanmalı olduğu qeyd eidlmişdir. İş materiallarında olan 30 iyul 2019-cu il tarixli ******* № Lİ aktın məzmunundan aydın olur ki, istehlakçı Cavabdeh olduğu **********00330 № li abonent kodu üzrə ünvanda akta əsasən sayğaca müdaxilə aşkar edildiyi, dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd edilmiş, istehlakçı aktı imza etməkdən imtina etdiyi əks olunmuşdur. İş materiallarında olan 30 iyul 2019-cu il tarixlidəymiş ziyanın hesablanması haqqında tələbnamənin məzmunundan aydın olur ki, 30 iyul 2019-cu il tarixli ******* №li akta əsasən hesabat aparılmış, hesablanmış məbləğ 4158 m3 qeyd edilmişdir. «İstehlakçıların müdafiəsi haqqında» 19.09.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Buqaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 2.1-ci bəndinə əsasən yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinəəsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinnin 3-cü bəndinə əsasən qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə iddia tələbi ilə əlaqədar ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə sübut etmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Belə ki, iddiaçı iddia tələbini əsası kimi cavabdehin qanunsuz olaraq qaz xəttinə qoşulmasına dair hərəkətləri nəticəsində ona maddi ziyan vurulması halına istinad edir ki, həmin halın da sübut edilməsi öhdəliyi məhz iddiaçının üzərinə düşür. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyanın vurulduğunu bildirsə də, ona vurulmuş maddi ziyanın məhz cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulmasına, habelə cavabdehin təqsirli hərəkətləri ilə ona dəymiş maddi ziyan arasında səbəbli əlaqənin olmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, həmçinin, həmin hallar məhkəmə araşdırması çərçivəsində də öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş sübut vasitəsi qismində müvafiq aktla bağlı onu qeyd edir ki, həmin akt kserosurət olmaqla, əsli və ya təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qnaunvericiliyin tələbinə əsasən sübut qismində sənədlərin əsli və ya təsdiq olunmuş surəti təqdim eidlməlidir. Bundan əlavə, qeyd edilən hər iki akt (0233043 № li 30.07.2019-ci il tarixli və ******* №li 29.03.2019-ci il tarixli akt) iddiaçının özü tərəfindən tərtib edilmiş, cavabdehin həmin aktların tərtib edilməsində iştirakı təmin edilməmişdir (tanış olmamışdır, imtina etdiyi halda belə, həmin halı öz imzası ilə təsdiq etməmişdir). Qeyd edilən hallara əsasən iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş həmin aktlar hazırki mülki iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməz. İddiaçı tərəfindən isə həmin hallara dair başqa sübut vasitəsi təqdim edilməmişdir. Bununla da, hazırki mülki iş üzrə cavabdehin hansı təqsirli hərəkəti nəticəsində iddiaçıya maddi ziyan vurulması, vurulmuş ziyanla onun hərəkətləri arasında səbəbli əlaqənin olması halının müəyyən eidlməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin eidlməməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə xidmət haqqı ilə bağlı pul vəsaitinin ödənilməsi hissəsi ilə bağlı hesab edir ki,mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia tələbi təmin edilmədiyindən, iddia tələbi qeyd edilən hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı İB-nin cavabdeh X1 qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, ödənilmiş 43.57 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 43.57 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-1334/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1334/2022
26.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver