Məhkəmə qərarları › İş №e-2(002)-1373/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1373/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1373/2025 22.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Babayeva Nərmin Sahib qızının katibliyi, İddiaçı QSC-nin cavabdehlər X3 və Cavabdeh1 qarşı müqavilə üzrə borcun tutulması barədə tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin cavabdehlər X3 və Cavabdeh1 barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 9492.3 manat məbləğində kredit bоrcu, 2052.94 manat məbləğində faiz bоrcu və 613.78 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 12159 (on iki min yüz əlli doqquz) manat 02 (iki) qəpik məbləğində bоrcun və tərəfindən ödənilmiş 126.48 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh3 İddiaçı QSC iləxx.xx.2022-ci il tarixdə bağladığı 061A********** saylıərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh3 aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylıəlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11500 (on bir min beş yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 2007.7 manat ödəniş etmiş və оnun iddiaçıya 9492.3 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün Dövlət rüsumunun ödənilməsi haqqında məlumat xx.xx.2024-cü il tarixə 540 gün üçün hesablanmış faiz borcu 2052.94 manat təşkiledir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 540 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 613.78 manat təşkiledir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağımüştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumişərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumişərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. İş materiallarına əlavə edilmiş AR DİN- in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan borcluCavabdeh3 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından Cavabdeh3 adında xx.xx.2022-ci il tarixdən “İNFİNİTİ FX-35” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olduğu və həmin nəqliyyət vasitəsinin ən son X4 istifadəsində olduğu məlum olmuşdur. Daha sonra iddiaçı əlavə cavabdehlərin cəlb edilməsi barədə vəsatət verərək X5, Cavabdeh2, Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 9492.3 manat məbləğində kredit bоrcu, 2052.94 manat məbləğində faiz bоrcu və 613.78 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 12159 (on iki min yüz əlli doqquz) manat 02 (iki) qəpik məbləğində bоrcun və tərəfimizdən ödənilmiş 126.48 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra ərizə yazaraq cavabdeh X6 cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə yazaraq, iddia tələbini qəbul etmədiyini və Cavabdeh3 əmisi oğlu olduğunu bildirmişdir. Cavabdehlər X3 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 061A********** nömrəli xx.xx.2022-cü il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh3 illik 1.5833 faizlə 36 ay müddətinə 11500 AZN məbləğində nağd krediti verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-ci il tarixli maliyyə arayışlarının surətlərindən görünür ki, Cavabdeh3 061A********** nömrəli xx.xx.2022-cü il tarixli Kredit müqaviləsinə əsasən 1430.81 manat əsas borc, 387.08 manat faiz borcu olmaqla, ümumilikdə 1817.89 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-ci il tarixli maliyyə arayışlarının surətlərindən görünür ki, Cavabdeh3 061A********** nömrəli xx.xx.2022-cü il tarixli Kredit müqaviləsinə əsasən 9492.3 manat, 2052.94 manat, 613.78 manat cərimə olmaqla, ümumilikdə 12159.02 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 8 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 1459 nömrəli məktubuna əsasən, Elektron notariat avtomatlaşdırılmış informasiya sistemində yoxlama aparılmış xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh3 vərəsəlik işi barədə Bakı şəhəri 8 saylı notariat ofisində heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 45 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 240 nömrəli məktubuna əsasən, xx.xx.2023cü il tarixdə vəfat etmiş Cavabdeh3 adına onların ofisində vərəsəlik işi açılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı” ASAN xidmət” mərkəzi Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 1564 nömrəli məktubuna əsasən, Elektron notariat avtomatlaşdırılmış informasiya sistemi üzrə axtarış zamanı 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində xx.xx.1997-ci il tarixdə anadan olmuş Cavabdeh3 adına vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü i il tarixli məktubuna əsasən, Cavabdeh3 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasını Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh3 adına xx.xx.2022-ci il tarixdən “İnfiniti FX-35” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/4871 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli 061A********** nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh3 İddiaçı QSC-ə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2023-cü ilə qədər əsas borc-9470.75 manat, faiz borcu-39.99 manatdır. İş matariallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1142/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, iş üzrə maddi sübut imi tanınmış və 13 saylı Cərimə Meydançasında saxlanılan “İnfinity FX-35” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı minik avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxs Cavabdeh3 hüquqi varisi –X7 qaytatılması hökm edilmişdir. İş materiallarına əlavə edilmi elektron mhkəmə sisyemindən çıxarışdan örünür ki, X9 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında 061A********** nömrəli xx.xx.2022-cü il tarixli Kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 illik 1.5833 faizlə 36 ay müddətinə 11500 AZN məbləğində nağd krediti verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1142/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilir ki, 14 iyun 2023-cü il tarixdə Cavabdeh3 yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Həmin hökmə əsasən maddi sübut imi tanınmış və 13 saylı Cərimə Meydançasında saxlanılan Cavabdeh3 məxsus “İnfinity FX- 35” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı minik avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi –X7 qaytatılması hökm edilmişdir. X9 isə xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İddiaçı bank iddia tələbini cavadehər X3 və Cavabdeh1 qarşı irəli sürmüşlər. Məhkəmə iddia tələbinin cavabdehər Cavabdeh1 münasibətdə qeyd edir ki, o mərhumun(kredit götürənin) əmisi oğlu olmaqla 1-ci növbəli vərəsəlik statusu daşımadığından ona münasibətdə iddia təmin oluna bilməz. O ki, qaldı digər cavabdeh X3 o mərhumun (kredit götürənin) anası olmaqla 1-ci növbəli vərəsəlik statusu daşıyır. Həmçinin hökmlə müəyyən edilmişdir ki, “İnfinity FX-35” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı minik avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi –X7 qaytatılmış, elektron sistemlə müəyyən edilir ki, X9 ilə X1 nikahları pozulmamışdır. Ona görə iddia tələbi X2 münasibətdə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun tutulması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı borcun tutulması məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində borcun tutulması borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, kredit müqaviləsinin bağlanılma tarixini və müqavilənin bitmə tarixini nəzərə alır və 613.78 manat dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, dəbbə pulu təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla 150 manat məbləğində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının həmin müqaviləni lazımınca icra edilməməsi ilə əlaqədar yaranmış borc tələbi qismən əsaslı olmaqla, əsas və faiz borcu hissəsində tam, dəbbə pulu hissəsində isə qismən təmin edilməlidir. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 126.48 manat dövlət rüsumu ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Hazırda iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə (cəmi 9810.74) manat tutulduğunu nəzərə alaraq) mütənasib olaraq 116.61 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-ci il tarixdə ölmüş Cavabdeh3 vərəsəsi-Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 061A********** nömrəli xx.xx.2022-cü il tarixli Kredit müqaviləsinə əsasən 9470.75 manat məbləğində əsas, 39.99 manat faiz, 150 manat cərimə borcu olmaqla cəmi 9660.74 və 116.61 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Məhkəmə həmçinin bildirir ki, ekspetiza xərci 100 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 061A********** nömrəli xx.xx.2022-cü il tarixli Kredit müqaviləsinə əsasən 9470.75 manat məbləğində əsas, 39.99 manat faiz, 150 manat cərimə borcu olmaqla cəmi 9660.74 və 116.61 manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Məhkəmə həmçinin bildirir ki, ekspetiza xərci 100 manat Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar