Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1408/2023 07.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri QaradağRayon Məhkəməsinin 2(002)-1178//2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı artırılaraq, xx.xx.2006-ci il təvəllüdlü X1 vəxx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün üçün Cavabdeh hər ay hər uşaq üçün 250(iki yüz əlli), cəmi 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, m İddiaçı hazırki iş üzrə Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə ailə qurmuş, nikahları Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə, 677 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2006-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-91/2017 saylı iş üzrə xx.xx.2017- ci il tarixli qətnaməsi ilə tərəflərin arasında olan nikah pozulmuş və birgə nikahdan doğulmuş xx.xx.2006-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X4 hazırkı iş üzrə İddiaçı yanında qalması, xx.xx.2006-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 117 manat, cəmi 234 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq CəfərovaCəmilə Ağakərim qızına verilməsi qət edilmişdir. Daha sonra İddiaçı alimentin artırılması tələbi ilə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1178/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2006-ci il təvəllüdlü X1 vəxx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçına verilməsi qət edilmişdir. X7 fevralın 8-də imzaladığı sərəncamla minimum əməkhaqqının məbləğini 180 manat müəyyən etmişdir, lakin artıq 2023-cü il üçün bu məbləğ artıq 345 manat müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, ölkədə 2018-ci ildən bəri inflyasiya kəskin şəkildə surətlənmiş, bunu müəyyən etmək üçün Azərbaycan hökümətinin müvafiq statistik hesabatlarına nəzər salmaq kifayət edir. Uşaqlar böyüdükcə, onların təlabatları da artmaqdadır. Təyin olunmuş alimentin məbləği, onların gidalanması, geyim və digər ehtiyaclarının ödənilməsi üçün kifayət etmir. Eyni zamanda bildirirəm ki,Respublika üzrə orta aylıq əmək haqqı da 2018-ci ilə nisbətən xeyli artmışdır. Cavabdeh işləmədiyini bildirərək, alimentin mediasiyada artırılmasına razılıq verməmiş, lakin məhkəmənin nəzərinə çatdırıram ki, o işsiz kimi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində işsiz kimi qeydiyyata alınması üçün hər hansı bir müraciət etməmişdir. Bu öz növbəsində ona dəlalət edir ki, o işləməyə ehtiyac duymur. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumuhaqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayışminimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, orta aylıq əmək haqqı artıb, inflyasiya ilə bağlı olaraq qiymətlər qalxıb, cavabdehin işləməməsi onu aliment ödəmək öhdəliyindən azad etmir və eyni zamanda cavabdeh issiz kimi qeydiyyatda deyildir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 16 may 2023-cü il tarixli məhkəmə iclasında izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, onun mütəmadi işi olmur, ona 308 manat məbləğində aliment tutlması qət edilmiş olsa da o, 350 manat hərdən 400 manat məbləğində ödənişlər edir. Aylıq 500 manat əmək haqqı alır. Bu səbəbdən iddianın təmin edilməmisini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1178/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2006-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş və tədqiq edilmiş AZ-İ seriyalı № 895456 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-ci il təvəllüdlü X1 atası Cavabdehdur, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş və tədqiq edilmiş AZ-İİ seriyalı № 673138 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X2 atası Cavabdehdur, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar.Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Tərəflərin iki övladlarının olması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki,tərəflərin iki övladlarının olması, uşağların iddiaçının yanında olması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində alimentin tutulması işin mübahisəsiz hallarıdır. Məhkəmə hesab edir ki, hazırda yetkinlik yaşına çatmamış uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda (iki uşağa görə 308 manat məbləğində) aliment uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Məhkəmə qeyd edilənləri, həmçinin hər iki tərəfin maddi vəziyyətini, uşaqları saxlamanın hər iki valideynin vəzifəsi olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2006-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1178/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə 210 manat, iki uşağa görə cəmi 420 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddianın qalan hissəsi rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2006-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-1178/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2006-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 210(iki yüz on) manat, iki uşağa görə cəmi 420(dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-1408/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1408/2023
07.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver