Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-1409/2023 22.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, digər Cavabdeh1 Firmasının təsisçisi və direktoru X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Firmasına və Ləğv prosesində olan QSC “Bank Standard” KB-nə qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə öhdəliyin ötürülməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 Firmasına və Ləğv prosesində olan QSC “Bank Standard” KB-nə qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə öhdəliyin ötürülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli, ********** nömrəli və xx.xx.2008-ci il tarixli, ********** nömrəli kredit müqavilələrinin ləğv edilməsi və həmin müqavilələr üzrə öhdəliklərin Cavabdeh1 Firmasına ötürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərin qarşılıqlı razılığa gəlməklə barışıq sazişi bağladıqlarını bildirdi, buna görə də 22 iyun 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 izahat verərərək bildirdi ki, tərəflər qarşılıqlı razılığa gəlməklə barışıq sazişi bağlamışlar, buna görə də 22 iyun 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə baxışı zamanı Cavabdeh1 Firmasının təsisçisi və direktoru X4 izahat verərərək bildirdi ki, tərəflər qarşılıqlı razılığa gəlməklə barışıq sazişi bağlamışlar, buna görə də 22 iyun 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə, izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış 22 iyun 2023-cü il tarixli barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər arasında Bakı şəhərində bağlanmış 22 iyun 2023-cü il tarixli barışıq sazişinə görə: “Bir tərəfdən ləğv prosesinde olan QSC "Bank Standard" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi X6 şəxsində, "xxxx" Firması, direktoru X4 şəxsində (şəxsiyyət vəsiqəsi: AZE16600788, xx.xx.2016-ci il tarixdə verilmişdir) (bundan sonra "Cavabdehlər" adlanacaq); Digər tərəfdən İddiaçı (şəxsiyyət vəsiqəsi: AZE********, etibarlılıq müddəti xx.xx.2025-ci il tarixədək), Cavabdehlər və İddiaçı (bundan sonra "Tərəflər") aşağıdakı şərtlər əsasında qarşılıqlı razılıqla bu Sazişi imzaladılar. Maddə 1. Sazişin predmeti: İddiaçı ilə cavabdeh QSC "Bank Standard" KB arasında bağlanmış xx.xx.2009-cu il tarixli, ********** saylı ve xx.xx.2009-cu il tarixli, ********** saylı kredit müqavilələri üzrə kredit öhdəliklərinin cavabdeh "xxxx" Firmasına ötürülməsi tələbinə dair mübahisə. Maddə 2. Sazişin şərtləri: 2.1. İddiaçı xx.xx.2009-cu il tarixli, ********** saylı kredit müqaviləsi üzrə 307.05 manat məbləğində əsas borc, 223.19 manat məbləğində faiz borcu, 236.39 manat məbləğində cərimə borcu, 179.80 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 946.43 manat icra edilməmiş borc öhdəliyinin olduğunu tərəflər təsdiq edirlər. 2.2. Tərəflər razılaşırlar ki, İddiaçı X5 tərəfindən 307.05 manat məbləğində əsas borc, 92.95 manat məbləğində faiz borcu olmaqla cəmi 400 manat ödənildiyi təqdirdə Bank tərəfindən hesablanmış digər faiz və cərimə borclarına güzəşt tətbiq edilir. 2.3. İddiaçı xx.xx.2009-cu il tarixli ********** saylı kredit müqaviləsi üzrə 3868.52 manat məbləğində əsas borc, 6576.69 manat məbləğində faiz borcu, 1272.79 manat məbləğində cərimə borcu, 2438.64 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 14156.64 manat icra edilməmiş borc öhdəliyinin olduğunu tərəflər təsdiq edirlər. 2.4. Tərəflər razılaşırlar ki, İddiaçı tərəfindən 3868.52 manat məbləğində əsas borc, 1131.48 manat məbləğində faiz borcu olmaqla cəmi 5000 manat ödənildiyi təqdirdə Bank tərəfinden hesablanmış digər faiz və cərimə borclarına güzəşt tətbiq edilir. 2.5. Bu Sazişin 2.2 və 2.4-cü bəndlərində göstərilən ümumilikdə 5400 manat borc məbləğinin bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən başlayaraq 36 ay müddətinə, hər ayın 5-ində 150 manat ləğv prosesində olan QSC "Bank Standard" KB-yə ödənilməsi öhdəliyini "xxxx" Firması öz üzərinə götürür. 2.6. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.5-ci bəndində göstərilən şərtlər "xxxx" Firması tərəfindən pozulduğu halda bu Sazişin 2.2-ci ve 2.4-cü bəndlərində göstərilən güzəştlər ləğv ediləcək və ümumilikdə 15 103.07 manat məbləğinde borc "xxxx" Firmasından tələb ediləcəkdir. 2.7. Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin "xxxx" Firması tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.5-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və QSC "Bank Standard" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qərardadın icraya yönəldilməsi üçün məhkəməyə müraciət olunacaqdır.
3. Sazişin qüvvədə olma müddəti: 3.1. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq olunduğu andan qüvvəyə minir. 3.2 Bu Saziş tərəflərin öz öhdəliklərini tam icra etməsi anınadək qüvvədədir. 3.3. Tərəflər öhdələrinə götürürlər ki, bu Saziş üzrə öhdəliklərini tam, vaxtnda icra etdikdən sonra bir-birinə qarşı gələcəkdə hər hansı bir tələbləri və şikayətləri olmayacaqdır.
4. Sazişə dəyişikliklər və əlavələr edilməsi qaydası: 4.1. Bu Sazişə əlavə və dəyişikliklərin edilməsi tərəflərin razılığı ilə həyata keçirilir. 4.2. Bu Sazişə edilən hər bir əlavə və dəyişiklik onun ayrilmaz tərkib hissəsi hesab edilir.
5. Yekun müddəalar: 5.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 5.2. Bu Sazişin hər hansi müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və onun bütövlükdə etibarsızlığına səbəb olmur. 5.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 5 (beş) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Sazişi təsdiq edən məhkəməyə, digər nüsxələri isə tərəflərə təqdim edilir.” Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə müəyyən edir ki, tərəflər arasında mübahisə barışıq yolu ilə aradan qaldırılmışdır, barışıq sazişinin şərtləri tərəflərin və üçüncü şəxslərin mənafeyinə zidd deyildir. Odur ki, barışıq sazişi təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 191, 261-262, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Tərəflər arasında aşağıdakı məzmunda bağlanmış 22 iyun 2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilsin: “Bir tərəfdən ləğv prosesinde olan QSC "Bank Standard" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi X6 şəxsində, "xxxx" Firması, direktoru X4 şəxsində (şəxsiyyət vəsiqəsi: AZE16600788, xx.xx.2016-ci il tarixdə verilmişdir) (bundan sonra "Cavabdehlər" adlanacaq); Digər tərəfdən İddiaçı (şəxsiyyət vəsiqəsi: AZE********, etibarlılıq müddəti xx.xx.2025-ci il tarixədək), Cavabdehlər və İddiaçı (bundan sonra "Tərəflər") aşağıdakı şərtlər əsasında qarşılıqlı razılıqla bu Sazişi imzaladılar. Maddə 1. Sazişin predmeti: İddiaçı ilə cavabdeh QSC "Bank Standard" KB arasında bağlanmış xx.xx.2009-cu il tarixli, ********** saylı ve xx.xx.2009-cu il tarixli, ********** saylı kredit müqavilələri üzrə kredit öhdəliklərinin cavabdeh "xxxx" Firmasına ötürülməsi tələbinə dair mübahisə. Maddə 2. Sazişin şərtləri: 2.1. İddiaçı xx.xx.2009-cu il tarixli, ********** saylı kredit müqaviləsi üzrə 307.05 manat məbləğində əsas borc, 223.19 manat məbləğində faiz borcu, 236.39 manat məbləğində cərimə borcu, 179.80 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 946.43 manat icra edilməmiş borc öhdəliyinin olduğunu tərəflər təsdiq edirlər. 2.2. Tərəflər razılaşırlar ki, İddiaçı X5 tərəfindən 307.05 manat məbləğində əsas borc, 92.95 manat məbləğində faiz borcu olmaqla cəmi 400 manat ödənildiyi təqdirdə Bank tərəfindən hesablanmış digər faiz və cərimə borclarına güzəşt tətbiq edilir. 2.3. İddiaçı xx.xx.2009-cu il tarixli ********** saylı kredit müqaviləsi üzrə 3868.52 manat məbləğində əsas borc, 6576.69 manat məbləğində faiz borcu, 1272.79 manat məbləğində cərimə borcu, 2438.64 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 14156.64 manat icra edilməmiş borc öhdəliyinin olduğunu tərəflər təsdiq edirlər. 2.4. Tərəflər razılaşırlar ki, İddiaçı tərəfindən 3868.52 manat məbləğində əsas borc, 1131.48 manat məbləğində faiz borcu olmaqla cəmi 5000 manat ödənildiyi təqdirdə Bank tərəfinden hesablanmış digər faiz və cərimə borclarına güzəşt tətbiq edilir. 2.5. Bu Sazişin 2.2 və 2.4-cü bəndlərində göstərilən ümumilikdə 5400 manat borc məbləğinin bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən başlayaraq 36 ay müddətinə, hər ayın 5-ində 150 manat ləğv prosesində olan QSC "Bank Standard" KB-yə ödənilməsi öhdəliyini "xxxx" Firması öz üzərinə götürür. 2.6. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.5-ci bəndində göstərilən şərtlər "xxxx" Firması tərəfindən pozulduğu halda bu Sazişin 2.2-ci ve 2.4-cü bəndlərində göstərilən güzəştlər ləğv ediləcək və ümumilikdə 15 103.07 manat məbləğinde borc "xxxx" Firmasından tələb ediləcəkdir. 2.7. Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin "xxxx" Firması tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.5-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və QSC "Bank Standard" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qərardadın icraya yönəldilməsi üçün məhkəməyə müraciət olunacaqdır.
3. Sazişin qüvvədə olma müddəti: 3.1. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq olunduğu andan qüvvəyə minir. 3.2 Bu Saziş tərəflərin öz öhdəliklərini tam icra etməsi anınadək qüvvədədir. 3.3. Tərəflər öhdələrinə götürürlər ki, bu Saziş üzrə öhdəliklərini tam, vaxtnda icra etdikdən sonra bir-birinə qarşı gələcəkdə hər hansı bir tələbləri və şikayətləri olmayacaqdır.
4. Sazişə dəyişikliklər və əlavələr edilməsi qaydası: 4.1. Bu Sazişə əlavə və dəyişikliklərin edilməsi tərəflərin razılığı ilə həyata keçirilir. 4.2. Bu Sazişə edilən hər bir əlavə və dəyişiklik onun ayrilmaz tərkib hissəsi hesab edilir.
5. Yekun müddəalar: 5.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 5.2. Bu Sazişin hər hansi müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və onun bütövlükdə etibarsızlığına səbəb olmur. 5.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 5 (beş) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Sazişi təsdiq edən məhkəməyə, digər nüsxələri isə tərəflərə təqdim edilir.” İddiaçı cavabdehlər Cavabdeh1 Firmasına və ləğv prosesində olan QSC “Bank Standard” KB-nə qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə öhdəliyin ötürülməsi tələbinə dair iddiası barədə e-2(002)-1409/2023 saylı mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim : Fuad Hüseynov