Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-1420/2022 19.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ X2 Hüseynovun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə 18.05.2022-ci il tarixdə elektron ərizə ünvanlayaraq 19.05.2022-ci il tarixli məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini və mülki işin məhkəmə baxışana təyin edilməsini xahiş etmişdir. Cavabdeh oğlu X1 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24.12.2021-ci il tarixdə vəfat etdiyini və bu barədə iddiaçı bankın məlumatlı olduğunu bildirmiş, Cavabdeh ölüm haqqında şəhadətnaməsinin surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Cavabdeh iddia ərizəsi məhkəməyə təqdim edildiyi tarixdən (20.04.2022-ci il) xeyli əvvəl (24.12.2021-ci il tarixdə) vəfat etmişdir və məhkəməyə müraciət edildiyi tarixdə onun işdə tərəf olması mümkün olmamışdır. Bu səbəbdən, mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilməli, iddiaçı banka qanunamüvafiq qaydada vəfat etmiş borclunun vərəsələrini müəyyən etməklə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 241224 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 22 dekabr 2021-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 890 nömrəsi ilə Qaradağ rayon Qeydiyyat şöbəsində qeydiyyat aprılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyətinə) malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 261 və 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-1420/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-1420/2022
19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver