Məhkəmə qərarları › İş №e-2(002)-1431/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1431/2022

13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1431/2022 13.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 06.08.2020-ci il tarixli ********* saylıMüddətli (Nisyə) alqı-satqımüqaviləsi üzrə 08.04.2022-ci il tarixinə yaranmış borcu 56.5 manat əsas, 8.4 manat cərimə, cəmi 64.9 manat, 05.06.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 338 manat əsas, 50.7 manat cərimə, cəmi 388.7 manat, ümumilikdə 453.6 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06.08.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən,aldığı “HONOR” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 34 manat olmaqla cəmi 406 manat, 05.06.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən, sonuncu,aldığı “XİAOMİ REDMİ NOTE” markalı istilik sisteminə görə 12 ay ödəniş cədvəli üzrə 24 manat olmaqla cəmi 576 manat, ümumilikdə ikimüqavilə üzrə 982 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 06.08.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsi üzrə sonuncu dəfə 18.10.2021-ci il tarixdə 50 manat və 05.06.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsi üzrə sonuncu dəfə 25.09.2021-ci il tarixdə 31 manat ödəniş etmiş və ikimüqavilə üzrə qalıq qalmış 394.5 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) % dərəcəsi ilə (minimum50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləriəşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olanmüddət üçün ödənilir. Bildiririk ki,cavabdehin gecikdirdiyi günlərin faktikicərimə borcu 591 manat təşkiledir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı həriki müqavilə üzrə 591 manat təşkil ediyi halda,humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 59.1 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh 08.04.2022-ci il tarixədək "xxxx" MMC-nə olan borclu 06.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 56.5 manat əsas, 8.4 manat cərimə, cəmi 64.9 manat, 05.06.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən, 338 manat əsas, 50.7 manat cərimə, cəmi 388.7 manat, hər ikimüqavilə üzrə olan borcu cəmi 453.6 manat təşkiletmişdir Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 06.08.2020-ci il tarixli ********* nömrəli, 05.06.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqavilələrinin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqavilələrə əsasən satıcı müqavilə üzrə göstərilmiş məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, məhsulun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlinə əsasən alıcı 06.08.2020-ci il tarixli müqavilə üzrə 11 ay müddətinə aylıq 34 AZN məbləğində ödəniş etməklə, 12-ci ayda isə 32 AZN məbləğində ödəniş etməklə, cəmi 406 AZN məbləğində ödəniş etməklə, 05.06.2020-ci il tarixli müqavilə üzrə 18 ayda isə 24 AZN məbləğində ödəniş etməklə, cəmi 576 AZN məbləğində ödəniş etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən 06.08.2020-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan HONOR markalı əşyanı, tərəfindən 05.06.2020-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan XİAOMİ REDMİ NOTE markalı əşyanı təhvil almışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, Cavabdeh hər iki müqavilə üzrə cəmi 980.5 manat borcunu ödənilməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən Cavabdeh İddiaçı MMC-yə 05.06.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 338 manat, 507 manat cərimənin borcu olmaqla 845 manat, 06.08.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 56.5 manat, 84 manat cərimənin borcu olmaqla 140.5 manat məbləğində mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 06.08.2020-ci il və 05.06.2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilələrnin predmeti qismində “HONOR” və “XİAOMİ REDMİ NOTE” markalı mobil telefon çıxış etmişdir. Həmin müqavilənin predmeti qismində “İNDESİT” markalı soyuducu çıxış etmişdir. Lakin cavabdeh müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlıqların əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malların dəyərini ödəməkdən 56,5 manat və 338manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin borc öhdəliyi aşkar oluğundan, iddia tələbi əsas borcun tutulması hissədə təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, cərimə borcunun məbləği indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olduğundan, iddia tələbi cərimə borcunun tutulması hissəsində də təmin olunmalıdır. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir;284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 06.08.2020-ci il tarixli ********* saylı və 05.06.2020-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış ümumilikdə 453.6 manat məbləğində borc pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 06.08.2020-ci il tarixli ********* saylı və 05.06.2020-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqavilələri üzrə yaranmış ümumilikdə 453.6 manat məbləğində borc pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar