Məhkəmə qərarları › İş №e-2(002)-1434/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1434/2022

20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1434/2022 20.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 01.01.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 30.12.2021-ci il tarixinə yaranmış borcu 149 manat əsas, 22.3 manat cərimə, cəmi 171.3 manat, 01.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 443 manat əsas, 66.4 manat cərimə, cəmi 509.4 manat, 16.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 550 manat əsas, 82.5 manat cərimə, cəmi 632.5 manat, ümumilikdə 1313.2 manat borcun və 33.2 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx"MMC-yə ödənilməsi barədə qətnamə qəbul edəsiniz. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu,aldığı “SAMSUNG A015” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 22 manat olmaqla cəmi 259 manat, 01.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu,aldığı «Samsung» markalı paltaryuyana və «Hi-Fi Samsung» adlı məhsula görə 18 ay ödəniş cədvəli üzrə hər ay 35 manat olmaqla cəmi 618 manat, 16.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu,aldığı “Honor 9X” markalı mobil telefona və “X1” adlı məhsula görə 12 ay ödəniş cədvəli üzrə hər ay 51 manat olmaqla cəmi 601 manat, ,ümumilikdə hər üç müqavilə üzrə 1478 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 01.01.2021-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsi üzrə sonuncu dəfə 30.10.2021-ci il tarixində 22 manat, 01.01.2021-ci il tarixli ********* saylımüddətli (nisyə) alqısatqımüqaviləsi üzrə sonuncu dəfə 30.10.2021-ci il tarixində 35 manat və 16.04.2021-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsi üzrə sonuncu dəfə 30.10.2021-ci il tarixdə 5 manat ödəniş etmiş və üç müqavilə üzrə cəmi qalıq qalmış 1142 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqımüqaviləsinin №1 saylıəlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcıtərəfindən Satıcıya ödənilir. Bildiririk ki,cavabdehin gecikdirdiyi günlərin faktikicərimə borcu hər üç müqavilə üzrə 1712 manat təşkiledir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər üç müqavilə üzrə 1712 manat təşkiletdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 171.2 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə,cavabdeh 30.12.2021-ciiltarixədək "xxxx"MMC-nə olan borcu 01.01.2021-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən, 149 manat əsas, 22.3 manat cərimə, cəmi 171.3 manat, 01.01.2021-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 443 manat əsas, 66.4 manat cərimə, cəmi 509.4 manat, 16.04.2021 -ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, 550 manat əsas, 82.5 manat cərimə, cəmi 632.5 manat, üç müqavilə üzrə 1142 manat əsas, 171.2 manat cərimə, cəmi 1313.2 manat təşkiletmişdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh arasında 01.01.2021-ci il tarixli ********* saylı, 01.01.2021-ci il tarixli ********* saylı və 16.04.2021-ci il tarixli ********* saylı alqı-satqı müqavilələri bağlanılmış, həmin müqavilələrə əsasən satıcı müqavilə üzrə göstərilmiş məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, məhsulun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materialalrından görünür ki, alıcı Cavabdeh 01.01.2021-ci il tarixli ********* saylı müqavilənin predmeti olan “SAMSUNG A015” markalı mobil telefonu, 01.01.2021-ci il tarixli ********* saylı müqavilənin predmeti olan «Samsung» markalı paltaryuyana və «Hi-Fi Samsung» markalı məhsulu markalı televizoru və 16.04.2021-ci il tarixli ********* saylı müqavilənin predmeti olan “Honor 9X” markalı mobil telefona və “X1” markalı məhsulu təhvil almışdır. İş materiallarından görünür ki, alıcı 01.01.2021-ci il tarixli ********* saylı müqvailə üzrə 12 ay müddətinə aylıq 22 AZN məbləğində ödəniş etməklə, 01.01.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 18 ay müddətinə aylıq 35 AZN məbləğində ödəniş etməklə və 16.04.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 12 ay müddətinə aylıq 51 AZN məbləğində ödəniş etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, Cavabdeh hər üç müqavilə üzrə cəmi 2854 manat borcunu ödənilməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş 30.12.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdehnın İddiaçı MMCyə 01.01.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 149 manat, 223 manat cərimənin borcu olmaqla 372 manat məbləğində, 01.01.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 443 manat, 664 manat cərimənin borcu olmaqla 1107 manat məbləğində,16.04.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 550 manat, 825 manat cərimənin borcu olmaqla 1375 manat məbləğində mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01.01.2021-ci il,01.01.2021-ci il,16.04.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmeti qismində “SAMSUNG A015” markalı mobil telefon, «Samsung» markalı paltaryuyana və «Hi-Fi Samsung» markalı məhsul, “Honor 9X” markalı mobil telefona və “X1” markalı məhsul çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmetləri cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqaviləyə əsasən malın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. Hazırda cavabdeh alğı-satqı müqaviləsi üzrə qalıq borcun məbləği 149 manat, 443 manat, 550 manat təşkil edir. Bu halda, məhkəməcavabdehin borc öhdəliyinin aşkar olduğunu əsas götürərək, hesab edir ki, iddia tələbi əsas borcun öədnilməsi hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmçinin, məhkəmə hesab edir ki, 01.01.2021-ci il tarixli ********* saylı müqavilə üzrə hesablanmış cərimə borcu əsas borcun məbləğinə mütənasib olduğundan, həmin müqvailə üzrə iddia tələbi cərimə borcunun tutulması hisəssində tam təmin edilməlidir. Bununla yanaşı, məhkəmə iddianın 01.01.2021-ci il tarixli ********* saylı və 16.04.2021-ci il tarixli ********* saylı müqavilələr üzrə əsas borca hesablanmış cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləğlərii əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 16.04.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 40 manat və 01.01.2021-ci il tarixli ********* müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməli, həmin məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən müqavilələr üzrə cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 33.2 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 33.2 manat məbləğində dövlət rüsumunun 32,54 manat məbləğində hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid eidlməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır;284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir;14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1254,3 manat borc və 32,54 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1254,3 manat borc pul vəsaiti və 32,54 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar