Məhkəmə qərarları › İş №e-2(002)-1435/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1435/2022

13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1435/2022 13.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 20.06.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 07.04.2022-ci il tarixinə yaranmış borcu 33 manat əsas, 4.9 manat cərimə, cəmi 37.9 manat, 24.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 58 manat əsas 8.7 manat cərimə, cəmi 66.7 manat, 20.06.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 140.7 manat əsas, 21.1 manat cərimə, cəmi 161.8 manat, 22.01.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 208.7 manat əsas, 31.3 manat cərimə, cəmi 240 manat, 24.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 328.9 manat əsas, 49.3 cərimə, cəmi 378.2 manat, ümumilikdə 884.6 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx"MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20.06.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən, sonuncu,aldığı “HONOR” markalı qulaqcığa görə 6 ay ödəniş cədvəli üzrə hər 11 manat olmaqla cəmi 66 manat, 24.08.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən, sonuncu,aldığı “HONOR 8S” markalımobil telefona və iki(2) ədəd telefon aksesuarına görə 12 ay ödəniş cədvəli üzrə hər 5 manat olmaqla cəmi 63 manat, 16.06.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqısatqımüqaviləsinə əsasən, sonuncu,aldığı üç (3)ədəd telefon aksesuarına görə 12 ay ödəniş cədvəli üzrə hər 16 manat olmaqla cəmi 188.7 manat, 22.01.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən, sonuncu,aldığı “SAMSUNG” markalımobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 36 manat olmaqla cəmi 427.7 manat, 24.08.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən, sonuncu,aldığı “HONOR 8S” markalımobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 28 manat olmaqla cəmi 328.9 manat, ümumilikdə beş müqavilə üzrə 1074.3 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə 20.06.2020-ci il tarixlimüqavilə üzrə 19.09.2020-ci il tarixində 11 manat, 24.08.2020- ci il tarixlimüqavilə üzrə 17.09.2020-ci il tarixində 5 manat, 16.06.2020-ci il tarixlimüqavilə üzrə 17.09.2020-ci il tarixində 16 manat, 22.01.2020-ci il tarixlimüqavilə üzrə 22.08.2020-ci il tarixində 36 manat, 24.08.2020-ci il tarixlimüqavilələr üzrə heç bir ödəniş etməmiş və beş müqavilə üzrə qalıq qalmış 769.3 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcıtərəfindən Satıcıya ödənilir. Bildiririk ki,cavabdehin gecikdirdiyi günlərin faktikicərimə borcu altımüqavilə üzrə 1153 manat təşkiledir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər altı müqavilə üzrə 1153 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 115.3 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh 07.04.2022-ci il tarixədək "xxxx" MMC-nə olan borcu 20.06.2020-cu il tarixli ********* saylı müddətli(nisyə)alqısatqımüqaviləsinəəsasən, 33 manatəsas, 4.9 manatcərimə, cəmi 37.9 manat, 24.08.2020-ciiltarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən, 58 manat əsas, 8.7 manat cərimə, cəmi 66.7 manat, 16.06.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 140.7 əsas, 21.1 manat cərimə, cəmi 161.8 manat, 22.01.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqımüqaviləsinəəsasən, 208.7 manatəsas, 31.3 manatcərimə,cəmi 240 manat, 24.08.2020-ciiltarixli ********* saylımüddətli(nisyə)alqısatqı müqaviləsinəəsasən, 328.9 manatəsas, 49.3 manatcərimə,cəmi 378.2 manat, beş müqavilə üzrəcəmi 884.6 manat, təşkiletmişdir.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 20.06.2020-ci il tarixli ********* nömrəli, 24.08.2020-ci il tarixli ********* nömrəli, 20.06.2020-ci il tarixli ********* nömrəli, 22.01.2020-ci il tarixli ********* nömrəli, 24.08.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqavilələrinin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqavilələrə əsasən satıcı müqavilə üzrə göstərilmiş məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, məhsulun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlinə əsasən alıcı 20.06.2020-ci il tarixli müqavilə üzrə 6 ay müddətinə aylıq 11 AZN məbləğində ödəniş etməklə, cəmi 66 AZN məbləğində ödəniş etməklə, 24.08.2020-ci il tarixli müqavilə üzrə 11 ay müddətinə aylıq 5 AZN məbləğində ödəniş etməklə, 12-ci ayda isə 8 AZN məbləğində ödəniş etməklə, cəmi 63 AZN məbləğində ödəniş etməklə, 16.06.2020-ci il tarixli müqavilə üzrə 11 ay müddətinə aylıq 16 AZN məbləğində ödəniş etməklə, 12-ci ayda isə 12.7 AZN məbləğində ödəniş etməklə, cəmi 188.7 AZN məbləğində ödəniş etməklə, 22.01.2020-ci il tarixli müqavilə üzrə 11 ay müddətinə aylıq 36 AZN məbləğində ödəniş etməklə, 12-ci ayda isə 31.7 AZN məbləğində ödəniş etməklə, cəmi 427.7 AZN məbləğində ödəniş etməklə, 24.08.2020-ci il tarixli müqavilə üzrə 11 ayda isə 28 AZN məbləğində ödəniş etməklə, 12-ci ayda isə 20.9 AZN məbləğində ödəniş etməklə, cəmi 328.9 AZN məbləğində ödəniş etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən 20.06.2020-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan HONOR markalı əşyanı, tərəfindən 24.08.2020-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan HONOR 8S markalı əşyanı və 2 ədəd telefon aksesuarı, 16.06.2020-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan 3ədəd telefon aksesuarı markalı əşyanı, 22.01.2020-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan Samsung markalı əşyanı, 24.08.2020-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan HONOR 8S markalı əşyanı təhvil almışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, Cavabdeh müqavilələr üzrə cəmi 1922.3 manat borcunu ödənilməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən Cavabdeh İddiaçı MMC-yə 20.06.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 33 manat, 49 manat cərimənin borcu olmaqla 82 manat, 24.08.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 58 manat, 87 manat cərimənin borcu olmaqla 145 manat, 16.06.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 140.7 manat, 211 manat cərimənin borcu olmaqla 351.7 manat, 24.08.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 328.9 manat, 493 manat cərimənin borcu olmaqla 821.9 manat, 22.01.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 208.7 manat, 313 manat cərimənin borcu olmaqla 521.7 manat məbləğində mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə cavabdeh arasında 20.06.2020-ci il tarixli,24.08.2020-ci il tarixli,16.06.2020-ci il tarixli,22.01.2020-ci il tarixli və 24.08.2020-ci il tarixli nisyə alğı-satqı müqavilələri bağlanılmışdır. Həmin müqavilələrnin predmeti qismində “HONOR”, 2 ədəd HONOR 8S,5 ədəd telefon aksesuarı və “Samsung” markalı mobil telefon çıxış etmişdir. Lakin cavabdeh müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlıqların əldə etməsinə, həmin malların dəyərini hissəhissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malların dəyərini ödəməkdən yayınmışdır. İş materialları əsasında müəyyən eidlmişdir ki, cavabdehin müqavilələr üzrə qalıq borcun məbləği 33 manat, 58 manat, 140,7 manat, 208,7 manat, 328,9 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin borc öhdəliyi aşkar oluğundan, iddia tələbi əsas borcun tutulması hissəsində həmin hissədə təmin edilməlidir. Həmçinin, məhkəmə cərimə borcunun tutulması hissəsi ilə bağlı hesab edir ki, müqavilələr üzrə cərimə borcunun məbləği əsas borcun məbləğinə mütənasib olduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir;284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 884.6 manat məbləğində borc pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 884.6 manat məbləğində borc pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar