Məhkəmə qərarları › İş №e-2(002)-1448/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1448/2022

22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1448/2022 22.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı nağd pul krediti müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı nağd pul krediti müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 130941-CNS-8408 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə 36 ay müddətinə 11.000 manat məbləğində kredit verilmiş, kreditdən istifadəyə görə illik faiz dərəcəsi isə 20 faiz müəyyən edilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 130941-CNS- 8408 №- li “Nağd pul krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli, 1 saylı Razılaşmaya əsasən Cavabdeh 09 dekabr 2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 8.438,40 manat məbləğində müəyyən edilmiş və cavabdeh həmin borcu 60 ay müddətinə, yəni xx.xx.2020-ci il tarixədək qaytamağı və kreditdən istifadəyə görə illik 20 faiz ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2014-cü il tarixli, 130941-CNS-8408 №-li “Nağd pul krediti müqaviləsi” və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli, 1 saylı Razılaşma üzrə Banka olan əsas kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə əlaqədar olaraq restrukturizasiya edilməsi məqsədi ilə Bank ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 130941-CNS8408/2 №-li “Nağd pul krediti müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditin məbləği 8.084,46 manat məbləğində müəyyən edilmiş və Cavabdeh həmin kredit məbləğini illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2021-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 01 mart 2022-ci il tarixə 5.760,83 manat məbləğində əsas borc, 9,52 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5.770,35 manat məbləğində borcu qalmışdır. Göstərilənlərə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 130941-CNS-8408/2№-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 01 mart 2022-ci il tarixə Banka borclu olduğu 5.760,83 manat məbləğində əsas borc və 9,52 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5.770,35 manat pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 77,70 manat dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 qəpik xidmət haqqının Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 130941-CNS-8408/2№-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 18 may 2022-ci il tarixə Banka borclu olduğu 5.560.83 manat məbləğində əsas borc və 9,52 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5.770,35 manat pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 77,70 manat dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 qəpik məbləğində xidmət haqqının Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir.. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialına əlavə olunmuş xx.xx.2014-cü il tarixli, 130941-CNS-8408 №-li “Nağd pul krediti müqaviləsinin” surətindən görünür ki, Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 130941-CNS-8408 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 20 faiz hesablanması şərti ilə 36 ay müddətinə 11.000 manat məbləğində kredit verilmişdir. İş materialllarına əlavə edilmiş arayışdan görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh banka əsas borc məbləği üzrə 5760.83 manat, faiz borcu üzrə 9.52 manat, cəmi 5770.35 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 130941-CNS- 8408/2№-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 18 may 2022-ci il tarixə Banka borclu olduğu 5.560.83 manat məbləğində əsas borc və 9,52 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5.770,35 manat pul məbləğinin, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 77,70 manat dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 qəpik xidmət haqqının Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı nağd pul krediti müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası təmin edilsin. Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 130941-CNS-8408/2№-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 18 may 2022-ci il tarixə Banka borclu olduğu 5.560.83 manat məbləğində əsas borc və 9,52 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5.770,35 manat pul məbləği, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 77,70 manat dövlət rüsumu və onun ödənilməsi üçün 0,40 qəpik məbləğində xidmət haqqı Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar