Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1463/2023 30.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 6383,65 (altı min üç yüz səksən üç manat, altmış beş qəpik) manat–bundan 6282,85 (altı min iki yüz səksən iki manat, səksən beş qəpik) manat əsas, 100,80 (bir yüz manat, səksən qəpik) manat faiz və iş üzrə ödənilmiş 84,88 (səksən dörd manat, səksən səkkiz qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli, 104.LN.1675.031219.00001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 6286,98 (altı min iki yüz səksən altı manat, doxsan səkkiz qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 6383,65 (altı min üç yüz səksən üç manat, altmış beş qəpik) manat təşkil edir. Bundan 6282,85 (altı min iki yüz səksən iki manat, səksən beş qəpik) manat əsas, 100,80 (bir yüz manat, səksən qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 7.1.5-ci bəndinə əsasən, borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********232 saylı, xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun, **********740 saylı, xx.xx.2022-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə edərək, cavabdehin kredit borcunun restruktrizasiya edildiyini, faiz borcunun 1%-dən hesablandığını, xx.xx.2022-ci il tarixə qədər olan borcun tələb edildiyini bildirərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 104.LN.1675.031219.00001 saylı kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfinən borcalan Cavabdeh 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6286.98 (altı min səksən altı manat doxsan səkkiz qəpik) manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlinin məzmunundan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 104.LN.1675.031219.00001 №-li kredit müqaviləsi üzrə 1 il güzəşt olmaqla, aylıq 130.98 manat ödəməklə, əsas məbləğə görə 6286.98 manat, 191.49 manat faiz borcuna görə olmaqla, cəmi 6478.47 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə eidlmiş xəbərdarlıq məktubunun məzmunundan aydın olur ki, Cavabdeh kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsitələb eidlmiş, əks halda məhkəmə qaydasında ödənilməsinin tələb olunacağı barədə məlumat verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixli 104.LN.1675.031219.00001 saylı kredit müqaviəsi üzrə 6282.85 manat əsas borc, 100.80 manat faiz borcu olmaqla, cəmi 6383.65 manat borcu mövcuddur. Bakı Apellyasiya Məhkəməsinin 2-3(103)-132/2020 nömrəli, 14 may 2020-ci il tarixli Qərarına əsasən, "xxxx" Bank ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu "xxxx" Bankın ləğvedicisi təyin edilmişdir. Məhkəmə baxışında təqdim edilmiş qeyd edilən müqavilə üzrə Cavabdeh məxsus hesabdan xx.xx.2021-xx.xx.2023-cü il dövrünü əhatə edən hesaban çıxarış məlumatlarından görünür ki, Cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ödəniş edilmişdir. Məhkəmə hazırkı iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarını qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü mçaddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcələnin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcələnin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı 60 ay müddətinə, 1 faiz dərəcəsi ilə, 6286.98 manat məbləğində kredit məbləğini borcalanın mülkiyyətinə verilmiş, borcalan isə həmin krediti müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. Bununla da, cavabdeh müqavilənin şərtlərini pozmuşdur və onun xx.xx.2022-ci il tarixə qalıq borcu əsas məbləğ üzrə 6282.85 manat, faiz borcu üzrə 100.80 manat təşkil edir. Ona görə də, məhkəmə iddia tələbi üzrə əsas və faiz borcunun hər birini ayrıayrılıqda nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 84.88 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi və iddiaçının rüsumla bağlı tələbi olduğundan mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 84.88 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddiaçı tərəfindən hesablanmış əsas borc və faiz borcunu ayrıayrılıqda nəzərdən keçirərərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6282.85 manat məbləğində əsas borc, 100.80 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 6383.65 manat məbləğində kredit borcu və ödənilmiş 84.88 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin (Ləğv prosesindədir) xeyrinə ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6282.85 manat məbləğində əsas borc, 100.80 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 6383.65 manat məbləğində pul vəsaiti və ödənilmiş 84.88 dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №e-2(002)-1463/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1463/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver