Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1465/2022 25.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 18.06.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqımüqaviləsi üzrə 31.03.2022-ci il tarixinə yaranmış borcu 210 manat əsas, 31.5 manat cərimə, cəmi 241.5 manat, 20.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 176 manat əsas, 26.4 manat cərimə, cəmi 202.4 manat, ümumilikdə 443.9 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18.06.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən,aldığı “Samsung” markalı paltaryuyana görə 18 ay ödəniş cədvəli üzrə hər ay 66 manat olmaqla cəmi 1182 manat, 20.11.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən, sonuncu,aldığı “HONOR 9X” markalı mobil telefon,”HONOR” markalı qulaqcığa və üç ədəd telefon aksesuarına görə 12 ay ödəniş cədvəli üzrə 65 manat olmaqla cəmi 769 manat, ümumilikdə ikimüqavilə üzrə 1951 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 18.06.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 24.02.2022ci il tarixdə 77 manat və 20.11.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsi üzrə sonuncu dəfə 20.08.2021-ci il tarixdə 65 manat ödəniş etmiş və iki müqavilə üzrə qalıq qalmış 386 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqısatqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) % dərəcəsi ilə (minimum50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləriəşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olanmüddət üçün ödənilir. Bildiririk ki,cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 579 manat təşkiledir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı həriki müqavilə üzrə 579 manat təşkil ediyi halda,humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 57.9 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh 31.03.2022-ci il tarixədək "xxxx" MMC-nə olan borclu 18.06.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, 210 manat əsas, 31.5 manat cərimə, cəmi 241.5 manat, 20.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən, 176 manat əsas, 26.4 manat cərimə, cəmi 202.4 manat, hər ikimüqavilə üzrə olan borcu 443.9 manat təşkiletmişdir Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 18.06.2020-ci il tarixli ********* nömrəli, 20.11.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqavilələrinin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqavilələrə əsasən satıcı müqavilə üzrə göstərilmiş məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, məhsulun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlinə əsasən alıcı 18.06.2020-ci il tarixli müqavilə üzrə 17 ay müddətinə aylıq 66 AZN məbləğində ödəniş etməklə, 18-ci ayda isə 60 AZN məbləğində ödəniş etməklə, cəmi 1182 AZN məbləğində ödəniş etməklə, 20.11.2020-ci il tarixli müqavilə üzrə 11 ay müddətinə aylıq 65 AZN məbləğində ödəniş etməklə, 12-ci ayda isə 54 AZN məbləğində ödəniş etməklə, cəmi 769 AZN məbləğində ödəniş etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən 18.06.2020-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan Samsung markalı əşyanı, tərəfindən 20.11.2020-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan “HONOR 9X” markalı mobil telefon,”HONOR” markalı qulaqcığa və üç ədəd telefon aksesuarı əşyanı təhvil almışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, Cavabdeh onunla 18.06.2020ci il tarixdə bağlanmış 18 ay müddətli alğı-satqı müqaviləsinə əsasən 176 manat əsas borc və müqavilənin şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış 264 manat cərimə borcu, cəmi 440 manat, 20.11.2020-ci il tarixdə bağlanmış 12 ay müddətli alğı-satqı müqaviləsinə əsasən 210 manat əsas borc və müqavilənin şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış 315 manat cərimə borcu, cəmi 525 manat olmaqla hər iki müqavilə üzrə cəmi 965 manat borcunu ödənilməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən Cavabdehnun İddiaçı MMC-yə 18.06.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 176 manat, 264 manat cərimənin borcu olmaqla 440 manat, 20.11.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 210 manat, 315 manat cərimənin borcu olmaqla 525 manat məbləğində mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 18.06.2020-ci il tarixli və 20.11.2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsi bağlanılmışdırHəmin müqavilənin predmeti qismində “Samsung” və “HONOR 9X” markalı mobil telefon,”HONOR” markalı qulaqcığa və üç ədəd telefon aksesuarı çıxış etmişdir. Lakin cavabdeh müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlıqların əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malların dəyərini ödəməkdən yayınmışdır. İş materialları əsasında müəyyən eidlmişdir ki, cavabdehin müqavilələr üzrə qalıq borcun məbləği 176 manat və 210 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin borc öhdəliyi aşkar oluğundan, iddia tələbi həmin hissədə təmin edilməlidir. Həmçinin, məhkəmə cərimə borcunun tutulması hissəsi ilə bağlı hesab edir ki, müqavilə üzrə cərimə borcunun məbləği əsas borcun məbləğinə mütənasib olmadığından,cərimə borcunun məbləği azaldılmalı və 18.06.2020-ci il tarixli müqavilə üzrə 21 manat və 20.11.2020-ci il tarixli müqavilə üzrə 17 manat məbləğində müəyyən edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, qalan hissədə təmin edilməməlidir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 18.06.2020-ci il tarixli ********* saylı nisyə alğısatqı müqaviləsi üzrə yaranmış 210 manat məbləğində əsas borc, 21 manat məbləğində cərimə borcu, 20.11.2020-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 176 manat əsas borc, 17 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 424 manat məbləğində borc pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 424 manat məbləğində borc pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-1465/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1465/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver