Məhkəmə qərarları › İş №e-2(002)-1474/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1474/2022

23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1474/2022 23.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı borc tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 Qüdrət oğlu və Cavabdeh2 ümumilikdə 2869.19 ABŞ dolları olmaqla, bundan əsas borc üzrə - 1226.86 ABŞ dolları, faiz borcu üzrə - 1642.33 ABŞ dolları məbləğində pulun və ödənilmiş 69 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X5 arasında xx.xx.2015-ci il tarixli, 50-xx-xx-019708 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, X4 48 ay müddətinə, illik 29 (iyirmi doqquz) % olmaqla 2048 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli, 50-xx-xx-019708 saylı Kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borcu - 1226.86 ABŞ dolları, faiz borcu - 1642.33 ABŞ dolları, ümumilikdə 2869.19 ABŞ dolları məbləğində borc təşkil edir. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X2 vərəsələri - Cavabdeh3, Cavabdeh1 Qüdrət oğlu və Cavabdeh2dır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Azərbaycan Respublikası MPM-in 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən onlara göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, X4 48 (qırx səkkiz) ay müddətinə, illik 29 (iyirmi doqquz) % olmaqla, 2048 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli, 50-xx-xx-019708 saylı Kredit müqaviləsi üzrə onun İddiaçı ASC-yə əsas borcu - 1226.86 ABŞ dolları, faiz borcu - 1642.33 ABŞ dolları, ümumilikdə borcu 2869.19 ABŞ dolları təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X3 vərəsələri - X1, Cavabdeh1 Qüdrət oğlu və Cavabdeh2dır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Həmin Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul ertdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 69 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq, İddiaçı ASC-yə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216-480, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh3, Cavabdeh1 Qüdrət oğlundan və Cavabdeh2 ümumilikdə 2869.19 ABŞ dolları olmaqla bundan - 1226.86 ABŞ dolları əsas, 1642.33 ABŞ dolları faiz məbləği (manatın ödəniş gününə olan məzənnəsi ilə) və ödənilmiş 69 (altmış doqquz) manat dövlət rüsumu tutularaq, İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar