Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1498/2022 29.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı "xxxx" X2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" X2 Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X2 Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X3 vurulmuş 1060 (min altmış) manat məbləğində maddi ziyanın Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri,Səbail rayonu,Salyan şossesində idarə etdiyi “Opel Astra minik” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X2 balansında olan 1 ədəd “Sink” örtüklü vuraraq onun dayaq hissəssini, işıqlandırıcı plafonlarını və dirəyin özul hissəsini sıradan çıxarmış və nəticədə müəssisəmizə 1060 (bir min altmış) manat dəyərində maddi ziyan yetirmişdir. Hadisə yerinə gəlmiş Səbail rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında Protokola və xx.xx.2021-ci il tarixli, TP ******* saylı X8 haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-OB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Qeyd edirik ki, yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh tərəfindən idarə edilən “Opel Astra minik” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası olmamışdır. Aşağıda göstərilənlərə əsasən, iddiamızı qanuni və əsaslı sayaraq hesab edirik ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəmizə dəymiş 1060 (bir min altmış) manat məbləğində maddi ziyan Cavabdeh tutularaq "xxxx" X4 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisəmizə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtinaetmişdir.Qeyd edilən halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı "xxxx" X2 nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" X5 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın məzmunundan görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri,Səbail rayonu,Salyan şossesində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində,həmin ərazidə quraşdırılmış, 1 ədəd “Sink” örtüklü vuraraq onun dayaq hissəssini, işıqlandırıcı plafonlarını və dirəyin özul hissəsinə dəyən zərərin məbləği 1060 manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli X8 haqqında protokoldan da görünür ki, yol nəqliyyat hadisəsi saat 02:40 radələrində köhnə Salyan şosesi ilə şəhər istiqamətinə gedərkən baş vermişdir.Hadisə yeri asfalt örtüklüdür. İş materialalrında olan xx.xx.2021-ci il tarixli Smetanın məzmunundan aydın olur ki, Salyan şossesində **-OB- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə vurulmuş dirəyin bərpasına sərf olunan xərclər- Sink örtüklü işıq dirəyinin dayaq hissəsi 1 ədəd, 499 manat, İşıqlandırıcı plafon 2 ədəd, 1 ədədinin qiyməti 97 manat olmaqla, cəmi 194 manat,İşıq dirəyinin özül hissəsinin bərpası 1 ədəd-173 manat olmaqla,cəmi 1060 manat olduğu qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasınad tədqiq edilmiş xx.xx.2021-ci il tarixli izahatın məzmunundan görünür ki,saat 02:40 radələrində köhnə Salyan şosesi ilə şəhər istiqamətində etibarnamə ilə idarə etdiyi “Opel Astra minik” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dönmə yerinə yerinə gələn zaman qarşısından pişik keçdiyi üçün sola manevr etdiyinə üçün idarə etməni itirərək dönmə olan yol ayrıcında üç künc olan işıq dirəyinə çırpılmışdır.Hadisə zamanı bədən xəsarəti almamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən idarə olunan “Opel Astra minik” markalı AZ **-OB-*** dövlət nömrə nişanlı avtomobil tərəfindən yol nəqliyyat hadisəsi törətmişdir. Həmçinin, məhkəmə araşdırması zamnaı müəyyən edilmidşir ki, cavabdeh tərəfindən törədilmiş yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" X2 balansında olan 1 ədəd “Sink” örtüklü işıq dirəyini vuraraq onun dayaq hissəsini,işıqlandırıcı plafonlarını və dirəyin özül hissəsinə maddi ziyan vurulmuşdur. Həmçinin, iş materiallarından görünür ki, iddiaçının balansında olan qeyd edilən əmlaka vurulmuş maddi ziyanın ümumi məbləği 1060 manat təşkil edir. Bu halda, məhkəmə qeyd eidlən halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" X3 məxsus əmlaka vurulmuş ziyanın əvəzi olaraq 1060 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" X2 xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" X3 məxsus əmlaka vurulmuş maddi ziyanın əvəzi kimi 1060 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" X2 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-1498/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1498/2022
29.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver