Məhkəmə qərarları › İş №e-2(002)-1500/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1500/2023

28.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1500/2023 28.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X6 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında qazdan istifadə olunmasına dair xx.xx.2020-ci il tarilxi AKX-02098xx/xx-2020 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanılmışdır.

2. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən, ünvan 1 ünvanında (abonent kodu **********00000) quraşdırılmış **********6 nömrəli qaz sayğacından kənar xətlə qeyri-qanuni istifadə olunması müəyyən edilmişdir.

3. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, təbii X5nın pozulması haqqında ******* nömrəli akta əsasən **********00000 saylı abonent Cavabdeh itirilmiş qazın bərpası üçün 5832 m3 dəymiş ziyan həcmi hesablanmışdır.

4. İddiaçı BRQSD-nin mühəndisləri Məmmədov S., Bağırov Y, Mustafayev Ş, çilingər F.Əliyev tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli Akta əsasən, ünvan 1 ünvanının sahibi Cavabdeh qəsdən həmin ünvana məxsus b**********6 nömrəli qaz sayğacını çəkiclə vuraraq sındırması, aktı tərtib edənlərə yaxınlaşaraq nalayiq ifadələr işlədərək ərazidən uzalaşmaqlarını istəməsi müəyyən edilmiş, sayğacın əvəzlənməsinə mənzil sahibi şərait yaratmamışdır.

5. İddiaçı tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli ******* nömrəli Akta əsasən, ünvan 1 ünvanının sahibi Cavabdeh (abonent kodu **********00000) mənzilə aid **********6 nömrəli qaz sayğacını çəkiclə sındırıb, xətdən ayırıb rezin boru ilə sayğacsız birləşmə ilə sayğacdankənar istifadə etməsi müəyyən edilmişdir.

6. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli təbii X5nın pozulması haqqında ******* nömrəli akta əsasən **********00000 saylı abonent Cavabdeh itirilmiş qazın bərpası üçün 17280 m3 dəymiş ziyan həcmi hesablanmışdır.

7. İddiaçı BRQSD-nin mühəndisləri Səməndər Məmmədov, Şahmar Mustafayev, çilingər Zaur Cəfərov bu aktı tərtib edərək təsdiq etmişlər ki, ünvan 2 ünvanında Cavabdeh fərdi yaşayış evində təbii qazdan qeyri-qanuni istifadə olunduğu üçün mənzilin qaz təchizatı qaynaq vasitəsilə dayandırılmışdır.

8. İddiaçı tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli ******* nömrəli Akta əsasən, ünvan 1 ünvanında (abonent kodu **********00000) quraşdırılmış **********6 nömrəli qaz sayğacından kənar xətlə qeyri-qanuni istifadə olunması müəyyən edilmişdir.

9. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli təbii X5nın pozulması haqqında ******* nömrəli akta əsasən **********00000 saylı abonent Cavabdeh itirilmiş qazın bərpası üçün 1728 m3 dəymiş ziyan həcmi hesablanmışdır.

10. xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sultanov küçəsi, ev 7 ünvanında yaşayan Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır.

11. Qaradağ Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən Azərbaycan Respubliası CM-in 186.1 və 189-1.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir.

12. Qaradağ rayon prokuroru, baş ədliyyə müşaviri X4 xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sultanov küçəsi, ev 7 ünvanında yaşayan Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır.

13. AREN-in tabeliyində X2 Agentliyinin Bakı filialı tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN № ******* “İnzibati tənbeh vermə haqqında qərar”dan görünür ki, xx.xx.2023-cü il tarixli prokurorun qərarına və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq vətəndaş Cavabdeh tərəfindən yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində sayğacdan kənar qaz paylayıcı şəbəkəyə qoşularaq 2981.52 manat məbləğində təbii qazın talanması xx.xx.2023-cü il tarixdə aşkar olunmuş nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və 120 manat məbləğində inzibati cərimə edilmişdir. İddia tələbi

14. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə 2961,75 manat məbləğində zərərin və 49,62 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3011,37 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı İBi ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində AKX-02098xx/xx-2020 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X5”nın tələblərinə əməl etmək) və “X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X5nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 699,84 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2073,60 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 207,36 manat; Cəmi 2980,80 (iki min doqquz yüz səksən manat 80 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən aktları iddia ərizəsinə əlavə edilir). Həmçinin cavabdehin uçotu pozulmuş qaz sərfinin 0,72 manat borc müvcüddür (2980,80+0,72=2981,52). Həmin zərərdən cavabdeh 19,77 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İByə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və GAZREP üzrə ümum2i961,75 (iki min doqquz yüz altmış bir manat 75 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İByə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

16. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il tarixi 12 may qərarına, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.6, 21.1, 2, 386, 442, 443.1, 448.2, 1096.1, 1097.1-ci maddəsinə istinad etmişdir.

17. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.

19. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edərək iddia tələbini müdafiə etmiş, cavabdehin fərdi yaşayış evində yaşadığını, ödəniş etmədən sayğaca kənar xətt çəkərək sayğacdan qanunsuz istifadə etdiyini, sayğaca müdaxilə etmələrinə icazə vermədiyini, evə gələn əməkdaşları təhqir etdiyini, ekspertiza keçirilməsinə mane olduğu üçün rəy tərtib edilə bilmədiyini, sayğacla bağlı üç akt tərtib edildiyini, cavabdehin ümumi borcunun 2961 manat olduğunu bildirmişdir.

20. X2 Agentliyinin Bakı filialının baş müfəttişi X3 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edərək ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, cavabdehin sayğacdan qanunsuz istifadə etməsi ilə bağlı Qaradağ Rayon Prokurorluğunda iş araşdırılıb, dəymiş ziyanın məbləği az olduğu üçün cinayət işinin başlanması rədd edilib. Nümayəndəsi olduğu orqan tərəfindən Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və vətəndaş Cavabdeh cərimələnmişdir. Vətəndaş Cavabdeh heç bir çağırışa gəlməmişdir. “X5”na əsasən iddiaçı tərəf vurulmuş ziyanı tələb edə bilər.

21. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.

26. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikasının Qanunu

28. Maddə 17. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu

29. 6-cı maddəsinin 2-ci hissəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

30. 13-cü maddəsinin 6-cı hissəsinə görə, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandırır: ...- istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda; - istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə.

31. 13-cü maddəsinin 7-ci hissəsinə görə, istehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qazın verilməsi bərpa edilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

32. 13-cü maddəsinin 8-1-ci hissəsinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «X5»nın

33. 2.1-ci bəndinə əsasən yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

34. 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

35. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

36. 6-cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

37. 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

38. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

39. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

40. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

41. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

43. 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

44. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

45. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

46. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

48. Məhkəmə proses iştirakçısının izahatını dinləyib iş mаtеriаllаrını аrаşdırаrаq və sübitları birlikdə qiymətləndirərək hеsаb еdir ki, iddia qismən təmin edilməlidir.

49. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) (Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələri) dizpozisiya şərtləri aşağıdakı ünsürlərdən ibarətdir: əməl (hərəkət və hərəkətsizlik); əməlin hüquqazidd olması; təqsir.

50. Hazırkı işdə əməlin baş verib-vermədiyi, cavabdehin hüquqazidd hərəkət etməsi və bu zaman təqsirli olmasının yoxlanması zamanı ilk növbədə sübutetmə yükünün düzgün müəyyən edilməsi zəruridir. Məhkəmə qeyd edir ki, sayğaca kənar müdaxilə edilməklə qaz itkisinin baş verməsinin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutları təqdim etmək vəzifəsi həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə məhz İddiaçı İB-nin üzərinə düşür.

51. İddiaçı tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı sübut qismində xx.xx.2022-ci il; xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli aktlar, ziyanın ödənilməsi barədə tələbnamələr, İddiaçı mühəndisləri tərəfindən qaz təsərrüfatına növbəti baxış zamanı tərtib edilmiş aktlar və müvafiq müdaxiləyə dair fotoşəkillərə istinad edilmişdir.

52. Məhkəmə tərəfindən qeyd edilən ünvanda cavabdeh tərəfindən qaz sayğacına kənar müdaxilənin olub-olmamasının iş materiallarına əlavə edilmiş sənədlər əsasında müəyyən edilməsi məqsədilə məhkəmə-mühəndis texniki ekspertizası təyin edilmiş,Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən ekspertizanın keçirilməsindən imtina edilməsi barədə məlumat məhkəməyə göndərilmişdir.

53. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Eergetika Nazirliyi X2 Agentliyi Bakı Filialının xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Qeyd edilən rəyə əsasən, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı İB-nin abonent bazasında Cavabdeh adına **********00000 kodu ilə 2010-cu il tarixdən qeydiyyatdadır. xx.xx.2022-ci il tarixində İddiaçı İB-nin əməkdaşları tərəfindən yuxarıda göstərilən ünvanda yerləşən mənzildə baxış zamanı sayğacdan kənar qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazdan istifadə olunması aşkar olunmuş və bu barədə 'Təbii X5nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib olunmuşdur. Sayğacdan kənar təbii qazdan istifadə olunduğu üçün qaz paylayıcısı tərəfindən 1 ədəd PQ-4 qaz plitəsi və 1 ədəd QSQ su qızdırıcısı üçün 90 gün qəbul edilməklə 5832 m3 həcmində 699,84 manat məbləğində itirilmiş təbii qaza görə hesabat aparılaraq abonentin hesabına işlənilmişdir Həmçinin, xx.xx.2022-ci il tarixində göstərilən ünvanda yerləşən mənzildə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış zamanı sayğacdan kənar qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazdan istifadə olunması aşkarlanmış, bu barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib olunmuş, qaz paylayıcısı tərəfindən 180 gün qəbul edilməklə 17280 m3 həcmində 2073,6 manat məbləğində itirilmiş təbii qaza görə hesabat aparılaraq abonentin hesabına işlənilmişdir. Eyni zamanda 30.01,2023-ci il tarixində göstərilən ünvanda yerləşən mənzildə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış zamanı sayğacdan kənar qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazdan istifadə olunması aşkarlanmış, bu barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib olunmuş, qaz paylayıcısı tərəfindən 18 gün qəbul edilməklə 1728 m3 həcmində 207,36 manat məbləğində itirilmiş təbii qaza görə hesabat aparılaraq abonentin hesabına işlənilmişdir Ümumilikdə qanunsuz istifadəyə görə istehlakçı Cavabdeh tərəfindən İddiaçı İB-yə 2981,52 manat məbləğində ziyan vurulması müəyyən edilmişdir. Toplanmış sənədlər və fotolardan görünür ki, xx.xx.2022-ci ıl tarixində İddiaçı İB- nin əməkdaşları tərəfindən Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən Cavabdeh yaşadığı mənzilin qaz xətti üzərindəki İtron G-4 markalı **********6 nömrəli öncədən ödənişli (smart-kart tipli) qaz sayğacının yararsız vəziyyətdə olması məlum olmuş, yerində araşdırma zamanı sayğacın istehlakçı tərəfindən çəkiclə qəsdən sındırıldığı müəyyən edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Əlavə olaraq məlumat üçün bildirirəm Ki, İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentindən ünvan 1 ünvanında yerləşən Cavabdeh yaşadığı mənzildə rezin boru vasitəsilə təbii qazdan qanunsuz istifadə olunması, qaz sayğacının istehlakçı tərəfindən sındırılması faktları ilə bağlı Qaradağ rayon Prokurorluğuna daxil olmuş müraciət əsasında prokurorluqda araşdırma aparılmışdır. Araşdırmanın nəticəsi olaraq vətəndaş Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1 -ci maddəsi (təbii qazın az miqdarda talanması hissəsi üzrə) ilə 18 mart 2023-cü il tarixli qərarla inzibati xəta haqında iş üzrə icraat başlanılmış və inzibati tənbeh tətbiq edilməsi üçün materiallar Energetika Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Bakı filialının 30 may 2023-cü il tarixli MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 282.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törətdiyinə görə vətəndaş Cavabdeh barəsində 120 (yüz iyirmi) manat məbləğində inzibati tənbeh növü tətbiq edilmişdir.

54. Məhkəmə Cavabdeh barəsində xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara, AREN-in tabeliyində X2 Agentliyinin Bakı filialı tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN № ******* “İnzibati tənbeh vermə haqqında qərar”a, mütəxəssis rəyində göstərilənlərə əsasən hesab edir ki, cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı İB-yə maddi ziyan vurulması və vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması halı sübut edilmişdir. Bununla da, hazırkı mülki iş üzrə istehlakçı qismində çıxış edən cavabdehin sayğaca müdaxiləsi nəticəsində qaz paylayıcısına ziyan vurulması halı müəyyən edilmişdir.

55. Məhkəmə vurulmuş ziyanın məbləğinə münasibətdə isə qeyd edir ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən ilk dəfə xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanında yerləşən mənzildə baxış zamanı sayğacdan kənar qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazdan istifadə olunması aşkar olunmuş, müvafiq akt və dəymiş ziyanın hesablanması barədə tələbnamə tərtib edilərək abonent Cavabdeh 699,84 manat məbləğində vurulmuş ziyan məbləği hesablanmışdır. Bundan sonra eyni ünvana xx.xx.2022-ci il tarixli akta əsasən 2073,6 manat və xx.xx.2023-cü il tarixli akta əsasən 207,36 manat məbləğində vurulmuş ziyan hesablanmış və 18 yanvar 2023-cü il tarixdə göstərilən ünvana qaz təchizatı dayandırılmışdır.

56. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 13-cü maddəsinin 6-cı və 8-1-ci hissəllərinin tələbinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmalı, eləcə də istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda qazın verilməsi dayandırılmalı olduğu halda, işin hallarından və iş materiallarından görünür ki, iddiaçı qeyd edilən maddələrin tələblərini ilk Aktın tərtib edilməsindən 1 ilə yaxın müddət keçdikdən sonra yerinə yetirmiş və bu müddət ərzində iki əlavə akt tərtib edilməklə itirilmiş qazın bərpası üçün istehlakçıya 2073,60 manat və 207,36 manat ziyan məbləğləri hesablanmışdır.

57. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli ilk aktdan sonra qaz paylayıcısının qeyri-qanuni qoşulma yolu ilə əldə edilmiş qaz sərfiyyatının qarşısının alınması üçün tədbirlər görməməsi cavabdehin kənar xətdən uzun müddət qeyri-qanuni istifadə etməsinə zəmin yaratdığından xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli Aktlar əsasında hesablanmış ziyan məbləğləri əsassız olmaqla həmin hissələrdə iddia təmin edilə bilməz.

58. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə məhkəmə həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

59. Göstərilənlər “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında da öz əksini belə tapmışdır ki, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Məhkəmə xərcləri

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

61. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən iddia tələbinin irəli sürülməsi üçün iddianın qiymətinə uyğun olaraq 49,62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 49,62 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Nəticə

62. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh 699.84 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı İB-nın xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

63. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 699.84 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar