Məhkəmə qərarları › İş №e-2(002)-151/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-151/2024

11.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-151/2024 11.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı «X2» QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “X2” ASC ilə "xxxx" MMC arasında xx.xx.2016-cı il tarixində hüquqi xidmət haqqında müqavilə imzalanmışdır. Müqavilənin 2-ci bəndinə əsasən bu müqavilə istehlak kreditləri, kredit kartları və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1182/2021 saylı qətnaməsi ilə Cavabdeh “X2 Azərbaycan” QSC-in xeyrinə əsasə məbləğ üzrə 1060.75 manat, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 136.62 manat, cərimə borcu üzrə 292.56 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri üzrə 4.80 manat olmaqla, cəmi 1494.73 manat məbləğində kredit kartı borcu və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir.

3. "xxxx" MMC ilə “X2” QSC tərəfindən imzalanmış təhvil təslim aktlarında görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “World” kart krediti üzrə 102.24 manat ödəniş etməklə ödənişin 15%-i 15.33 manat, xx.xx.2021-ci il tarixdə “World” kart krediti üzrə 113.31 manat ödəniş etməklə ödənişin 15%-i 16.99 manat, xx.xx.2021-ci il tarixdə “World” kart krediti üzrə 70 manat ödəniş etməklə ödənişin 15%-i 10.05 manat, xx.xx.2021-ci il tarixdə “World” kart krediti üzrə 162.20 manat ödəniş etməklə ödənişin 15%-i 24.33 manat, xx.xx.2021-ci il tarixdə “World” kart krediti üzrə 77.85 manat ödəniş etməklə ödənişin 15%-i 11.67 manat, xx.xx.2021ci il tarixdə “World” kart krediti üzrə 72.44 manat ödəniş etməklə ödənişin 15%-i 10.86 manat, xx.xx.2022-ci il tarixdə “World” kart krediti üzrə 133 manat ödəniş etməklə ödənişin 15%-i 19.95 manat, xx.xx.2022-ci il tarixdə “World” kart krediti üzrə 211.29 manat ödəniş etməklə ödənişin 15%-i 31.69 manat, xx.xx.2022-ci il tarixdə “World” kart krediti üzrə 105.16 manat ödəniş etməklə ödənişin 15%-i 15.77 manat, xx.xx.2022-ci il tarixdə “World” kart krediti üzrə 100.98 manat ödəniş etməklə ödənişin 15%-i 15.14 manat, xx.xx.2022-ci il tarixdə “World” kart krediti üzrə 100.02 manat ödəniş etməklə ödənişin 15%-i 15 manat, xx.xx.2022-ci il tarixdə “World” kart krediti üzrə 82.50 manat ödəniş etməklə ödənişin 15%-i 12.37 manat, xx.xx.2022ci il tarixdə “World” kart krediti üzrə 47.50 manat ödəniş etməklə ödənişin 15%-i 7.12 manat, xx.xx.2022-ci il tarixdə “World” kart krediti üzrə 79 manat ödəniş etməklə ödənişin 15%-i 10.5 manat, xx.xx.2022-ci il tarixdə “World” kart krediti üzrə 62 manat ödəniş etməklə ödənişin 15%-i 9.3 manat, xx.xx.2022-ci il tarixdə “World” kart krediti üzrə 232 manat ödəniş etməklə ödənişin 15%-i 35.7 manat, 31.1.2022-ci il tarixdə “World” kart krediti üzrə 46 manat ödəniş etməklə ödənişin 15%-i 6.9 manat büroya ödənilməlidir.

4. “X2” ASC tərəfindən tərtib edilmiş maliyyə arayışının məzmunundan görünür ki, “X2 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq “X2 Azərbaycan” QSC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2017-ci il tarixli kart krediti müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2022-ci il ilə təmin edilmiş 1794.49 manat məbləğində pul vəsaitinə görə “X2 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-ə 269.20 manat məbləğində xidmət haqqı ödənilmişdir.

5. “X2” ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-ci il tarixli pretenziya məktubunda qeyd edilmişdir ki, «X2 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cü il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq, onun tərəfindən xx.xx.2021-ci il tarixində ödənilən 102.24 manat, xx.xx.2021-ci il tarixində ödənilən 113.31 manat, xx.xx.2021-ci il tarixində ödənilən 70 manat, xx.xx.2021-ci il tarixində ödənilən 162.20 manat, xx.xx.2021-ci il tarixində ödənilən 77.85 manat, xx.xx.2021-ci il tarixində ödənilən 72.44 manat, xx.xx.2022-ci il tarixində ödənilən 133 manat, xx.xx.2022-ci il tarixində ödənilən 211.29 manat, xx.xx.2022-ci il tarixində ödənilən 105.16 manat, xx.xx.2022-ci il tarixində ödənilən 100.98 manat, xx.xx.2022-ci il tarixində ödənilən 100.02 manat, xx.xx.2022ci il tarixində ödənilən 82.50 manat, xx.xx.2022-cü il tarixində ödənilən 47.50 manat, xx.xx.2022-cü il tarixində ödənilən 79 manat, xx.xx.2022-ci il tarixində ödənilən 62 manat, xx.xx.2022-ci il tarixində ödənilən 232 manat, xx.xx.2022-cü il tarixində ödənilən 46 manat məbləğindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna göra da «X2 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 269.20 manat məbləğində xidmət haqqı ödənilmişdir. Onunla «X2 Azərbaycan» QSC arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqavilənin 4.19-cu bəndində qeyd edilmişdir ki «bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tatbiqini hayata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın galacak hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Bu səbəbdən də tərəfində "xxxx" MMC-ya köçürülmüş 269.20 manat məbləğində xidmət haqqı onun tərəfindən ödənilməlidir. İddia tələbi

6. İddiaçı «X2» ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 269.20 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2014-cü il tarixli Bank hesabı, debetkartı, kreditkartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli, e-2(002)-1182/2021 saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “İnternational Legal Services MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixində ödənilən 102.24 manat, xx.xx.2021-ci il tarixində ödənilən 113.31 manat, xx.xx.2021-ci il tarixində ödənilən 70 manat, xx.xx.2021-ci il tarixində ödənilən 162.20 manat, xx.xx.2021-ci il tarixində ödənilən 77.85 manat, xx.xx.2021-ci il tarixində ödənilən 72.44 manat, xx.xx.2022-ci il tarixində ödənilən 133 manat, xx.xx.2022-ci il tarixində ödənilən 211.29 manat, xx.xx.2022-ci il tarixində ödənilən 105.16 manat, xx.xx.2022-ci il tarixində ödənilən 100.98 manat, xx.xx.2022-ci il tarixində ödənilən 100.02 manat, xx.xx.2022-ci il tarixində ödənilən 82.50 manat, xx.xx.2022-cü il tarixində ödənilən 47.50 manat, xx.xx.2022cü il tarixində ödənilən 79 manat, xx.xx.2022-ci il tarixində ödənilən 62 manat, xx.xx.2022-ci il tarixində ödənilən 232 manat, xx.xx.2022-cü il tarixində ödənilən 46 manat məbləğlərindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 269.20 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 269.20 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.19-cu bəndində qeyd edilmişdir ki «bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyə!ndə qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

8. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107, 121.1, 21.1, 21.2, 149.3, 284.1-ci maddələrinə istinad etmişdir.

9. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı “X2” ASC tərəfindən məhkəməyə elektron ərizə ünvanlanaraq məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin tam təmin edilməsi xahiş edilmişdir.

11. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericliyin tələbinə əsasən məhkəmə baxışını cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

12. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

13. Maddə 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

14. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

15. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 445.1 İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16]

19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

21. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

22. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

23. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

25. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

26. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. b) Əsaslandırma

28. İddia qismən əsaslıdır.

29. İşin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçı “X2” ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. İşdə olan sənədlərdən aydın olur ki, cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bununla bağlı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1182/2021 saylı qətnaməsi ilə Cavabdeh 1494.73 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir.

30. İş materiallarından görünür ki, “X2” ASC qeyd edilən “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən məhkəmə qərarı üzrəborcun tələb edilməsini "xxxx" MMC-yə sifariş vermişdir.

31. İddiaçı “X2” ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci maddəsinə əsasən, yerinə yetirmiş olduğu xidmətlərə görə, sifarişçi "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən “X2” ASC-yə ödənilmiş hər məbləğin 15%-i həcmində xidmət haqqı ödəyir.

32. İşdə olan "xxxx" MMC ilə “X2” QSC tərəfindən imzalanmış təhvil təslim aktlarında görünür ki, Cavabdeh müxtəlif tarixlərdə ödənişlər etməklə həmin ödənişlərin 15%-i büroya ödənilməlidir.

33. X2” ASC tərəfindən tərtib edilmiş maliyyə arayışının məzmunundan görünür ki, “X2 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq “X2 Azərbaycan” QSC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2017-ci il tarixli kart krediti müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2022-ci il ilə təmin edilmiş 1794.49 manat məbləğində pul vəsaitinə görə “X2 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-ə 269.20 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə xərcləri

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

35. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

36. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh borclu olduğu 269.20 manat məbləğində maddi zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı «X2» QSC-nin xeyrinə ödənilməlidir.

37. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 269.20 manat məbləğində maddi zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı «X2» QSC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar