Məhkəmə qərarları › İş №e-2(002)-1513/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1513/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1513/2023 24.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanmaya görə 164.64 manat məbləğində əsas borc, 0.00 manat məbləğində faiz borcu, cəmi 164.64 manat məbləğində pul vəsatinin, həmçinin 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli İddiaçı ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair” Müqaviləyə əsasən sonuncuya debet (VİSA Classic) kartı verilmişdir. Cavabdeh İddiaçı ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqavilə əsasında yaradılmış **********279887001 saylı kart hesabına həmin müqavilə şərtlərinə uyğun olaraq müxtəlif tarixlərdə öz pul vəsaitinin daxil edərək istifadə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat etmişdir. Lakin xx.xx.2014-cü il tarixdə yaranan texniki xəta səbəbindən həmin vaxt qeyd olunan kart hesabında 143.93 manat məbləğində pul vəsaiti olduğu təqdirdə o, 317.57 manat məbləğində pul vəsaitinı istifadə etmişdir. Bundan sonra isə əlavə olaraq xx.xx.2014-cü il tarixdə banka aid 3 manat məbləğində pul vəsaitinı də, istifadə etmişdir. Nəticədə (143.93-317.57=173.64+3=176.64) 176.64 manat məbləğində overdraft yaranmışdır. Bununla da Cavabdeh tərəfindən banka məxsus 176.64 manat məbləğində pul vəsaiti əsassız olaraq mənimsənilmişdir. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq qanunsuz istifadə edilmiş vəsaitin geri qaytarılması istiqamətində işlər görülmüş, həmin vəsaitin 12 manat məbləğində olan hissəsi geri qaytarılmış, lakin banka məxsus qalan 164.64 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən istifadə olunduğundan həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Həmin pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda onun banka 164.64 manat məbləğində əsas, 0.00 manat məbləğində faiz olmaqla,cəmi 164.64 manat məbləğində borcu yaranmışdır. Qeyd olunan fakt 2022-ci il üzrə bankda aparılan daxili audit yoxlaması nəticəsində “Kompleks bank xidməti üzrə əməliyyatlara nəzarət prosesinin auditi” zamanı aşkar edilmişdir. xx.xx.2012-ci il tarixli “Bank Respublika ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair„ müqavilənin 6-cı maddəsinə əsasən istifadəçi plastik kartdan istifadə ilə bağlı yaranan borcu, faizləri, komisiyon haqqları və digər ödəmələri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 10-cu maddəsinə əsasən istifadəçi yaranmış borcu banka ödəməlidir. Nağd pulalma əməliyyatına görə hesablanan komisiyon haqqı Bank tərəfindən nağd pulalma tarixindən etibarən tətbiq olunur. xx.xx.2012-ci il tarixli İddiaçı ASCnin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair„ müqavilənin və Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətləri nəticəsiz qalmışdır. Qeyd edilən halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2014-cü il tarixdə, **********031703 nömrəli elektron bank xidmətinin göstərilməsi barədə tərəflər arasında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli İddiaçı ASC-nin bank kartlarının əldə edilməsi və istifadəsinə dair” müqaviləyə əsasən Cavabdeh debet Visa Classic bank kartı verilmişdir. Ödəniş kartı üzrə xx.xx.2014-xx.xx.2014-cü il dövrünü əhatə edən Cavabdeh məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, borclunun overdraft nəticəsində yaranan borcunun məbləği 164.64 manat təşkil edir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışının məzmunundan aydın olur ki, Cavabdeh overdraft üzrə 164.64 manat əsas borcu, 0 manat faiz borcu təşkil edir. Bildiriş vərəqəsinin surətindən görünür ki, Cavabdeh overdraft üzrə öhdəsinə götürdüyü borc məbləğini İddiaçı ASC-yə tam ödənilməsi tələb olunmuş və ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı tərəfindənverilmiş plastik kart hesabına müqavilənin şərtlərinə uyğunmüxtəlif vaxtlarda pul vəsaiti daxil edilərək idtifadə edilmişdir. İşdə olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2014-cü il tarixdə kart hesabında texniki xəta səbəbindən 143.93 manat məbləğində pul vəsaiti olduğu təqdirdə Cavabdeh 317.57 manat məbləğində pul vəsaiti istifadə etmişdir. Bundan sonra xx.xx.2014-cü il tarixdə banka aid 3 mant məbləğində pul vəsaitini də istifadə etmişdir. Nəticədə (143.93-317.57=173.64+3=176.64) 176.64 manat məbləğində overdraft yaranmışdır. Bank tərəfindən aparılmış danışıqlardan sonra artıq mənimsənilmiş həmin vəsaitdən cavabdeh tərəfindən 12 manat qaytarılmış, nəticədə 164.64 manat məbləğində cavabdehin borcu qalmışdır. Bu halda, məhkəmə iddia tələbi üzrə əsas borcun nəzərdən keçirərək, yaranmış borc öhdəliyinin aşkar olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi tam təmin edildiyi üçün məhkəmə hesab edir ki, dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 29-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsassız varlanmaya görə yaranmış əsas borc üzrə 164.64 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar