Məhkəmə qərarları › İş №e-2(002)-1538/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-1538/2024

02.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-1538/2024 02.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" QSC-in Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC-in Cavabdeh qarşı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 211.10 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində, 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində, 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində, 8.1.5-ci maddəsinə əsasən iddia qiyməti 1.000.000 manatdan çox olduqda1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) məbləğində dövlət rüsumu ödənilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı mülki iş üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada iddia qiymətinə uyğun olaraq (211.10 manat) 30 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, dövlət rüsumunun ödənilməsi barədə iddiaçı tərəfindən təqdim edilmiş ********** nömrəli qəbz 2(002)- 980/2023 saylı mülki işə aiddir. İş materiallarına əlavə olunmuş dövlət rüsumunun ödənilməsi barədə iddiaçı tərəfindən təqdim edilmiş ********** nömrəli 38.27 manat dəyərində olan qəbz 2(002)- 2768/2023 saylı mülki işə aiddir. Həmin mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması barədə qərardad isə qanuni qüvvəyə minmiş və dövlət rüsumunun iddiaçıya qaytarılması icra olunmuş, daha sonra ********** nömrəli 38.27 manat dəyərində olan qəbz 2(002)- 3120/2023 saylı mülki işə əlavə olunmuş həmin mülki iş üzrə iddia tələbi təmin edilmişdir. Bu halda məhkəmə hesab edir ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunu ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "xxxx" QSC-in Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar