Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1548/2025 01.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X13 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştiraki ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. X7 xx.xx.2022-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. (xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV 792699 nömrəli doğum haqqında şəhadətnamə).
2. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(002)- 3148/2023 saylı qətnaməsi ilə, xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay Cavabdeh qazancının (başqa gəlirlərin) ¼ hissəsi pul məbləğində aliment tutulması qət edilmişdir.
3. "xxxx" MMC-in xx.xx.2025-ci il tarixli arayışa əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixindən "xxxx" MMC şirkətində işləyir. Hal-hazırda satış üzrə nümayəndə vəzifəsini tutur. "xxxx" MMC şirkətinin ümumi ştat cədvəlinə uyğun olaraq, əmək haqqı 400 AZN məbləğində təşkil etmişdir. Qeyd edilən rəsmi əmək haqqından əlavə başqa gəliri yoxdur. Əmək haqqı nağd şəkildə təqdim edildiyindən aliment ödənişləri hər ayın 4-8 tarixləri aralığında həyata keçirilir, ödəniş qəbzləri həm şirkətə, həm də icraçıya təqdim edilir.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməyinin 3-17-5/2-53394/2025 nömrəli 12 iyun 2025-ci il tarixli, Cavabdeh adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində 2023-cü ildə daxil edilmiş əmək müqaviləsi üzrə əməkhaqqı barədə məlumatları təqdim edilimişdir. Həmin məlumatlara əsasən, Cavabdehxx.xx.2024-cü il tarixdən "xxxx" MMC ilə əmək müqaviləsinə xitam verilmişdir.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3-17-1/2-136625/2025 nömrəli 12 iyun 2025ci il tarixli məktuba əsasən, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən sığortaedən "xxxx" MMC (SUN: **********3) tərəfindən 2023-cü ilin İ-İV rübləri, 2024-cü ilin İ rübü üzrə, "xxxx" MMC (SUN: **********2) tərəfindən 2024-cü ilin İİ-İV rübləri, 2025-ci ilin İ rübü üzrə təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyənnamə”lərə əsasən Cavabdeh (FİN: xxxxxxx) **********670 nömrəli fərdi şəxsi hesabında əks olunmuş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar təqdim edilir. Həmin məlumatlardan aydın olur ki, Cavabdeh məcburi dövlət sosial sığortasına cəlb edilən gəlirləri 2025-ci ilin yanvar ayı üçün 360 manat, fevral ayı üçün 400 manat, mart ayı üçün 400 manat təşkil etmişdir. İddia tələbi
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə birgə nikahından olan 19 avqust 2022-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Qaradağ Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(002)-1348/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Qaradağ Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(002)-1348/2023 saylı qətnamənin xx.xx.2022-ci il təvəllüdlü X7 üç yaşına çatandǝk 50 (alli) manat aliment Cavabdeh tutularaq X2 xeyrinə tutulması hissəsi dəyişdirilmədən qalmaq şərti ilə, xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 üçün hər ay sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində (400 x 0.615 = 246 manat) sabit pul məbləğində alimentin və həmçinin mediasiya arayışının əldə edilməsi üçün tərəfindən ödənilən 50 manat rüsum pulunun cavabdehdən onun xeyrinə alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 18 noyabr 2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq cavabdehlə ailə qurmuşdur. Nikah 3 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsində 3108 № ilə qeydə alınmışdır. Birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X10 anadan olmuşdur. Sonradan xasiyyət uyğunsuzluğundan ailə münasibətləri pozulmuşdur. Qaradağ Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(002)- 1348/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə nikahının pozulması, xx.xx.2022-ci il təvəllüdlü X5 anası X2 yanında qalması (saxlanılması) və birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı X2 xeyrinə hər ay Cavabdeh qazancın (başqa gəlirlərin) 4 (dördǝ bir) hissəsi pul məbləğində alimentin tutulması və xx.xx.2022-ci il təvəllüdlü X7 üç yaşına çatandǝk 50 (ǝlli) manat aliment Cavabdeh tutularaq X2 xeyrinə tutulması qət edilmişdir. Borclu əvvəllər Veysǝoğlu Şirkətlər Qrupunda çalışıb yüksək əmək haqqı alsa da, sonradan həmin işdən ayrılaraq daha az əmək haqqı (minimum əməkhaqqı) olan işə qəbul olmuş və nəticədə hal-hazırda ona 140 manat aliment ödəyir. Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş borclunun qazancın (başqa gəlirlərin) 14 (dördə bir) hissəsi olan 140 manatla indiki çətin dövürdə uşağın gündəlik tələbatını, geyimini, sağlamlığını, maddi təminatını və digər xərclərinin ödənilməsi üçün kifayət etmir. Məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra keçən müddətdə ərzaq və gündəlik təlabat mallarının, o cümlədən kommnal xidmətlərin qiymətləri xeyli bahalaşmışdır, yaşayış minimumu uşaqları üçün dəyişmişdir. Uşaq böyüdükcə tələbatı artsa da, buna cavabdeh olan borclu Cavabdeh uşağa qarşı demək olar ki, heç bir diqqət və qayğı göstərmir. Hazırkı dövrdə uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatını ödəməkdə tək qadın olaraq çox çətinliklərlə üzləşir. Cavabdeh isə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməklə öz valideylik borcunu bitmiş hesab edir. Göründüyü kimi məhkəmə qətnaməsi ilə aliment qət edildikdən keçən müddətdə şərait dəyişmiş, qət edilmiş alimentin miqdarı uşağın qanunla müəyyən edilmiş minimum həddə saxlanılması üçün kifayət etmir. Ölkə üzrə 2025-ci il üzrə minimum əmək haqqı 400 manat müəyyən edilmişdir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2025-cü ildə hər uşaq üçün 246 manat müəyyən edilmişdir. Tərəfimdən aramızdakı mübahisənin Mediasiya ilə həlli təklif edilmiş və mübahisə üzrə xx.xx.2025-ci il tarixdə ilkin mediasiya prosesi keçirilmiş, lakin cavabdehlə razılıq əldə edilməməsi səbəbidən əlavə mediasiya prosesi baş tutmamış yaranmış mübahisənin həlli üçün tərəfimdən məhkəmədə iddia tələbi ilə çıxış etmək zərurəti yaranmışdır. Bununla bağlı mediator X4 tərəfindən müvafiq arayış verilmişdir.
8. İddiaçı tələbin hüququ əsası kimi Ailə Məcəlləsinin 751, 75,4 və 78.1-ci maddələri, Uşaq Hüquqları haqqında Qanunun 13-cü maddəsinə istinad etmişdir.
9. İddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək bildimişdir ki, əvvəl aliment məhkəmə qətnaməsi ilə cavabdehin əmək haqqısından hissə şəklində tutulmuşdu, lakin indi cavabdehin əmək haqqısı azalıb, ona görə də cavabdehin sabit pul məbləğində aliment ödəməsini istəyir. Cavabdeh uşağın yaş yarımına qədər cavabdeh uşaqla maraqlanmayıb, özü uşağı tək böyütmüşdür. Cavabdeh qardaşı üçün ev alıb, amma uşağına kömək etməyib. Alimentin dəyişdirilməsi üçün yeni əsaslar yaranmışdır. Uşağın mənafeyi alimentin sabit məbləğdə tutulmasını tələb edir. Mediasiyada ödədiyi rüsumu da cavabdehin ödəməsini istəyir.
11. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, aliment məbləğinin sabit məbləğdə müəyyən edilməklə indeksasiya edilməsini xahiş etmişdir.
12. Cavabdeh məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, alimentin məbləğinin artırılmasına razı deyil, iddiaçının tələb etdiyi aliment məbləğini ödəməyə imkanı yoxdur. Hazırkıı əmək haqqısı və gəliri 400 manatdır, yenidən ailə həyatı qurmuşdur, həmin nikahdan uşağı var, həm də, başqa şəxslərə borcu var. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş edir.
Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Konstitusiyası: 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
14. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.
15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın: 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar.
16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 110.1-ci maddəsinə görə, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə görə, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5.10.2012-ci il tarixli qərarı: Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır.
20. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il 15 saylı qərarı: 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. b) Əsaslandırma
21. İddia qismən əsaslıdır.
22. İşin mübahisəsiz halları bundan ibarətdir ki, məhkəmə qətnaməsi əsasında tərəflərin birgə nikahından doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqının dörddə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir.
23. İddiaçı uşağın gündəlik xərcinin artmasını, yaşayış minimumu məbləğinin artmasını, cavabdehin maddi vəziyyətinin kəskin azalmasını, alimentin əmək haqqından tutulmasının uşağın və ananın mənafelərini ciddi şəkildə pozduğunu, iddiaçının uşağı saxlamaqda tək qadın olaraq çətinlik çəkdiyini əsas gətirərək alimentin sabit məbləğdə artırılması tələbi irəli sürmüşdür.
24. Yuxarıda sadalanan dövlətdaxili və beynəlxalq hüquq normalarının tələbinə əsasən, valideynlər uşağın saxlanmasına borcludurlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
25. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Bu hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
26. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il 15 saylı qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
27. Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur.
28. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
29. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.
30. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanması üçün alimentin cavabdehin əmək haqqının 1/4 hissəsi miqdarından tutulması uşaqların ölkə üzrə müəyyən edilmiş yaşayış minimumumdan aşağı (hər ay cəmi 100 manat) təminat alması ilə nəticələnməklə, uşağın onların yerli və beynəlxalq qanunvericiliklə qorunan hüquqlarını və üstün mənafelərini pozur. Odur ki, aliment hər ay ödənilməli olan sabit pul məbləği üzrə müəyyən edilməli və müvafiq il üzrə minimum əmək haqqı məbləğinin mislinə uyğun indeksasiya edilməlidir.
31. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, iddiaçının alimenti sabit pul məbləğində istəməsi və ölkə üzrə yaşayış minimumu və minimum əmək haqqı məbləği nəzərə alınaraq, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 19 mart 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, cavabdehdən iddiaçının xeyrinə hər ay minimum əmək haqqı məbləğinin 0,62 misli həddində (riyazi yuvarlaqlaşdırma tətbiq ediməklə) sabit pul məbləğində aliment tutulmaldır. Məhkəmə xərcləri
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
33. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
34. Həmin qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
35. Məhkəmə hazırkı tələb üzrə ödənilməli olan dövlət rüsumunun “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən 49.76 manat təşkil etməsini, iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu və iddianın təmin edilməsini əsas götürərək qeyd edir ki, iş üzrə ödənilməli olan 49.76 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir.
36. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
37. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
38. İş materiallarından göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi zamanı cavabdeh iştirak etmiş və iddiaçı 60 (altmış) manat ödəniş etmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində 60 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını barədə tələbini göstərmişdir.
39. Odur ki, İddiaçının mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulması ilə bağlı tələbinə münasibətdə məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən 30 manat mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə
40. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş beynəlxalq və milli qanunvericilik normalarına uyğun toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalı, İddiaçı tərəfindən ödənilmiş 30 manat mediasiya xərcinin əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməli iş ödənilməli olan 49.76 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir.
41. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(002)-1348/2023 saylı qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin 30 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının azad olunduğu 49.76 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova