Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1549/2025 04.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh na qarşı kredit müqaviləsi üzrə pulun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə-8397,08 manat, faiz məbləği üzrə-593,75 manat, cərimə məbləği üzrə-41,99 manat, cəmi borc üzrə-9032,82 manat məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə köçürülmüş 110.32 manat məbləğində dövlət rüsumunun “X1 Azərbaycan” QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı «X1 Azərbaycan» QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə “X1 Azərbaycan” QSC və Cavabdeh arasında 297920 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 10000 manat məbləğində pul ayrılmışdır və о, 48 ay müddətində kreditin əsas məbləği və оna illik 15% faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən “X1 Azərbaycan” QSC-yə оlan bоrcu: əsas məbləğ üzrə: 8397,08 AZN faiz məbləği üzrə: 593,75 AZN cərimə məbləği üzrə: 41,99 AZN cəmi borc: 9032,82 AZN məbləğində təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında qeyd etdi ki, iddia tələbinə etiraz etmir, məbləğ ilə razıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 297920 nömrəli Kredit müqaviləsindən görünür ki, “X1 Azərbaycan” QSC Cavabdeh kartına illik 15 faiz dərəcəsi ilə 48 ay müddətinə 10000 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə görə borcu aşağıdakı kimidir:əsas məbləğ üzrə-8397,08 manat, faiz məbləği üzrə-593,75 manat, cərimə məbləği üzrə- 41,99 manat, cəmi borc üzrə-9032,82 manat məbləğində kredit borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh «X1 Azərbaycan» QSC-yə xx.xx.2023-cü il tarixli 297920 nömrəli Kredit müqaviləsi üzrə borcunu 48 ay müddətində illik 15 faiz dərəcəsi ilə hər ay 278,31 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, «X1 Azərbaycan» QSC tərəfindən Cavabdeh hesabına 10000 manat köçürülmüşdür. İş materiallarına əlavə olunmuş bildiriş məktubundan görünür ki, «X1 Azərbaycan» QSC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdi. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, «X1 Azərbaycan» QSC təyinatı Qaradağ Rayon Məhkəməsi olaraq xx.xx.2025-ci il tarixdə 110,32 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə köçürmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli müqaviləsinin surətindən görünür ki, iddiaçı «X1 Azərbaycan» QSC tərəfindən Cavabdeh illik 15 faiz dərəcəsi ilə 48 ay müddətinə 10000 manat məbləğində kredit verilmiş, “Kredit alan” isə verilmiş krediti qəbul edib, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödənişlər edilməsini öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onun banka həmin müqaviləyə görə 8397,08 manat əsas; 593,75 manat faiz, 41,99 manat dəbbə pulu olmaqlqa cəmi 9032,82 manat borcu yaranmışdır. Hazırda iddiaçı bank cavabdeh müqavilə üzrə yaranmış borcunu tələb etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddia tələbini müdafiə etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında olan öhdəliklərini tam yerinə yetirmədiyindən iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 101,45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin iddiaçı həmin məbləğində cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırda iddia tələbi təmin olunduğundan ödənilmiş 101,45 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı «X1 Azərbaycan» QSC xeyrinə 8397,08 manat əsas; 593,75 manat faiz, 41,99 manat dəbbə pulu olmaqla, borca görə cəmi 9032,82 manat və 110,32 manat dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə əsas borc görə 8397,08 manat, faiz borcuna görə 593,75, manat, dəbbə puluna görə 41,99 manat olmaqla, cəmi 9032,82(doqquz min otuz iki manat səksən iki qəpik) manat və 110,32(yüz on manat otuz iki qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti elektron kabinet vasitəsi ilə verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-1549/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1549/2025
04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver