Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1587/2023 06.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən birgə borcalanlara 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 12740 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh3 (birgə borcalan) və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixli 330005561-ZM nömrəli kredit müqaviləsi üzrə vahid kredit şərtlərinə əsasən bankdan kredit götürmüş Cavabdeh1 və Cavabdeh3 (birgə borcalan)ın kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti zamin (Cavabdeh2) öz üzərinə götürmüşdür.
3. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı öhdəliyinin qalığı 12175,14 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 43 ay uzadılmışdır. Son müddət xx.xx.2018-ci il tarixinədək uzadılmışdır.
4. İddiaçı ASC ilə birgə borcalanlar Cavabdeh1 və Cavabdeh3 arasında imzalanmış, xx.xx.2017-ci il tarixli, ********* saylı xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə Əlavə Saziş № 2-dən görünür ki, 14070.78 ABŞ dolları məbləğində kredit borcu restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 faiz təşkil edir.
5. xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə 1 saylı Ödəniş cədvəlinə əsasən, Cavabdeh1 10531.05 ABŞ dolları məbləğində krediti 36 ay müddətində hər ay 330 ABŞ dolları ödəniş etməklə geri qaytarmağı öhdəsinə götürmüşdür.
6. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli Zaminlik Müqaviləsi üzrə Əlavə Saziş № 2-yə əsasən, zamin bu əlavə sazişi imzalamaqla ********* saylı, xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən 02 saylı xx.xx.2017-ci il tarixli Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzrəinə götürdüyünü təsdiq edir.
7. xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 23 fevral 2023-cü il tarixinə yaranmış borcu aşağıdakı kimidir: - cəmi borcu 17775.91 ABŞ dolları- bundan 8381.47 ABŞ dolları əsas, 2754.15 ABŞ dolları faiz, 5443.17 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanana illik faiz dərəcəsi 1197.12 ABŞ dolları.
8. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişin məzmunundan görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borcunun olduğunu, ödənilməsinin tələb edildiyi, əks halda borcun tutulması barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İddia tələbi
9. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 17775.91 (on yeddi min yeddi yüz yetmiş beş dollar, 91 sent) ABŞ dolları-bundan 8381.47 (səkkiz min üç yüz səksən bir dollar, 47 sent) ABŞ dolları əsas, 2754.15 (iki min yeddi yüz əlli dörd dollar, 15 sent) ABŞ dolları faiz, 5443.17 (beş min dörd yüz qırx üç dollar, 17 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1197.12 (bir min yüz doxsan yeddi dollar, 12 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 180.66 (yüz səksən manat, 66 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cəmi borcu 17775.91 (on yeddi min yeddi yüz yetmiş beş dollar, 91 sent) ABŞ dolları-bundan 8381.47 (səkkiz min üç yüz səksən bir dollar, 47 sent) ABŞ dolları əsas, 2754.15 (iki min yeddi yüz əlli dörd dollar, 15 sent) ABŞ dolları faiz, 5443.17 (beş min dörd yüz qırx üç dollar, 17 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1197.12 (bir min yüz doxsan yeddi dollar, 12 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 180.66 (yüz səksən manat, 66 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 (birgə borcalanlar) və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İçərişəhər filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə Şəxsi istehlak məqsədilə 36 ay müddətinə illik 20% dərəcəsi ilə 12470 (on iki min dörd yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1jdər qızına kredit verilərkən Cavabdeh2ilə Bank arasında 330005561-ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 12175.14 (on iki min yüz yetmiş beş dollar, 14 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 43 ay uzadılmışdır. Son müddət xx.xx.2018-ci il tarixinədək uzadılmışdır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin qalığı 14070.78 (on dörd min yetmiş dollar, 78 sent) ABŞ dolları hasablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********952 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilir.
12. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 421.2, 421.1, 427.3, 428.4, 442, 443, 445.2.1, 448.1, 448.2, 449.1, 449.3, 449.4, 462.1, 427.3ci maddələrinə istinad etmişdir.
13. Cavabdehlər iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, kredit müqaviləsini 2015-ci ildə bağladıqlarını, 2017-ci ildə son ödənişi etdikdən sonra bankı bağlanması səbəbindən ödəniş etmədiklərini və ödənişin təyinatı barəsində məlumatlandırılmadığını, altı il ərzində bank tərəfindən heç bir məlumat verilmədiyini və məhkəməyə müraciət olunmamışdır. Odur ki, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edərək iddia tələbini müdafiə etdiyini, cavabdehlərlə imzalanan müqavilənin müddətinin 2020-ci ilə qədər uzadıldığını, kredit borcunun restrukturizasiya olunmadığını, kredit müqaviləsi üzrə borcun faiz dərəcəsi 8% olduğunu və dollarla təzə cədvəl açıldığını, cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə razı olmadıqlarını, 3 illik iddia müddətini ötürmədiklərini, iddia müddəti 28 aprel 2023-cü ildə tamam olduğunu, onlar isə iddia ərizəsini 27 aprel 2023-cü ildə poçt xidməti vasitəsi ilə məhkəməyə ünvanlamış, kredit borcu 10000 manatdan artıq olduğuna görə restruktizasiya olunmadığını, cavabdehin borcu bununla bağlı portalda qeyd edilmədiyini, əlavə sazişdə borcun məbləği 14000 manat qeyd edildiyi, cavabdehlərə verilən borcu dollarla təzə cədvəl açıldığını, bu da cavabdehlərə edilən müəyyən güzəşt hesab edildiyini bildirmişdir.
16. İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən məhkəmə iclasına ərizə ünvanlanaraq iddia tələbini müdafiə etdikləri və məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
17. Cavabdeh1 məhkəmə hazırlıq iclaslarında iştirak edərək, iddia tələbində göstərilən qədər borcu olmadığını, dolların Azərbaycan manatına olan əvvəlki məzənnəsi ilə ödədiyini, o zaman bir dolların 0.78 manata bərabər olduğunu, digər cavabdehlərdən birinin zamin, digərinin birgə borclu olduğunu, iddiaçıdan 2015-ci ildə 9000 manat kredit götürdüyünü, kredit götürən zaman bank kredit müqaviləsində onun 9000 ABŞ dolları kredit verildiyini devalvasiyadan sonra bir dollar 1.70 manata bərabər olması ilə əlaqdar banka 14 ay boyunca 400 manat ödədiyini bildirmiş, əlavə olaraq göstərmişdir ki, əvvəllər "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləmiş, işdən çıxarıldığı üçün hazırda işsizdir, onkoloji xəstədir, sonuncu ödənişi 21 dekabr 2017-ci ildə etmiş, həmin vaxtdan sonra ödəniş etməmiş, bank bağlandığı üçün bankın ofisini tapa bilmədiyindən ödənişləri dayandırmışdır, 2023-cü ilə qədər ona heç bir məlumat verilməmişdir.
18. Cavabdeh2 məhkəmə iclaslarında iştirak edərək iddia tələbini qismən qəbul etmiş, Cavabdeh1 zamin olduğunu, özünün də ləğv prosesində olan İddiaçı ASC-yə borcunun olduğunu, devalvasiyadan sonra bankın borcun bir dolları 1.05 manatla ödəməyə icazə verdiyini, o da digər cavabdeh kimi borcunu ödəmək üçün həmin bankı tapa bilmədiyini, iddiaçının uzun müddət ərzində iddia tələbini irəli sürməməklə iddia müddətini ötürdüyünü və borc məbləğini əsassız şişirtdiyini bildirmişdir.
19. Cavabdeh3 məhkəmə iclaslarında iştirak edərək, iddia tələbini qəbul etmədiyini, devalvasiya olana kimi borcu rahat ödədiklərini, sonradan çətinlik çəkdiklərini, ödənişi qrafiklə ödədiklərini bildirmişdir.
20. Cavabdehlərə məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. 372.1-ci maddəsinə əsasən, bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
22. 373.2-ci maddsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
23. 377.1-ci maddəsinin tələbinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
24. 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
25. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
26. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
27. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
33. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
34. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
35. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
37. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
38. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
39. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı
41. Bənd 1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin:
42. Bənd 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;
43. Bənd 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 39. Bənd 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. 40. Bənd 2. Bu Fərmanın 1ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında xx.xx.2019-cu il tarixli Qərarı
44. Bənd 5.1. Kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə Palataya məlumat verir.
45. Bənd 5.2. Kredit təşkilatı fiziki şəxsin xarici valyutada olan əsas kredit borcları üzrə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan faiz və dəbbə puluna dair kredit təşkilatının tələblərindən aşağıdakı həcmdə imtina edilməsi haqqında qərar qəbul edir: 5.2.1. Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir; 5.2.2. əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir; b) Əsaslandırma
46. İddia qismən əsaslıdır.
47. İşin faktiki halları bundan ibarətdir ki, İddiaçı ASC ilə birgə borclular Cavabdeh1 və Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı bank tərəfindən cavabdehə 12470 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdehlər isə həmin kredit məbləğini təhvil almaqla, hər ay ödəniş etməklə geri qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra İddiaçı ASC ilə cavabdehlər arasında bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Saziş- 2 ilə kredit borcunun qalığı restrukturizasiya edilmiş və kredit müqaviləsinin müddəti xx.xx.2020ci il tarixədək uzadılmışdır.
48. Eyni zamanda, yuxarıda qeyd edilmiş kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Eyni zamanda, Zaminlik müqaviləsi üzrə Əlavə Saziş 2 ilə Cavabdeh2 xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə razılığa gəlmişlər, borcalanın kreditor qarşısındakı 14070,78 USD təşkil edən kredit öhdəliyinin qalığı (restrukturizasiya edilmiş kredit) təşkil etmişdir.
49. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, birgə borclular müqavilə üzrə öz üzərinə götürdükləri öhədlikləri tam, vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə müqavilə üzrə kredit borcu yaranmışdır. Cavabdehlər həmin müqavilə üzrə borcun qalmadığını bildirsələr də, həmin hala dair heç bir sübutu (ödəniş qəbzi və digər sənədlər) məhkəməyə təqdim etməmişdirlər. Bununla da, məhkəmə araşdırması zamanı etirazın əsası kimi istinad olunan halın müəyyən edilməsi mümkün olmamışdır.
50. Bundan əlavə, iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/6821 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı ASC-nin (Ləğv prosesindədir) tərəfindən Cavabdeh1 və Cavabdeh3 (birgə borcalan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli Kredit Müqaviləsi və xx.xx.2017-ci il tarixli əlavə sazişin şərtləri və maliyyə arayışı nəzərə alınaraq Cavabdeh1 İddiaçı ASC-ə olan borcu aşağıdakı kimi müəyyən edilir: Müqavilənin müddətinin bitmə tarixinə yəni xx.xx.2020-ci il tarixə: əsas borc üzrə 10830.18 ABŞ dolları; faiz borcu üzrə 2868.06 ABŞ dolları. Maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2023-cü il tarixə illik 5% hesablanmaqla: əsas borc üzrə 10830.18 ABŞ dolları; faiz borcu üzrə 4396.32 ABŞ dolları; faiz 5% ilə 1528.26 ABŞ dolları.
51. Bu halda məhkəmə hesab edir ki, İddiaçı ASC-nin (Ləğv prosesindədir) kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, Cavabdeh1 və Cavabdeh3 (birgə borcalanlar) bank qarşısında götürdükləri öhdəlikləri icra etməmiş, müqavilə şərtlərini pozmuş, bununla da, onların bank qarşısında mülki hüquqi məsuliyyətinə səbəb olan borc öhdəliyi yaranmışdır.
52. Məhkəmə hesab edir ki, borcalanlar tələb olunan əsas borcu ödəməli olduğu halda, faiz və cərimə borcuna aid hissədə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının tələbləri nəzərə alınaraq tələb rədd edilməlidir.
53. Çünki tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələri bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank Fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermişdir, onda, Fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir.
54. Qalıq borcun restrukturizasiya olunub-olunmaması borcluya dövlət vəsaiti hesabına güzəşt edilməsinin qarşısını ala bilməz, faiz və dəbbə pulunun silinməsi restrukturizasiyadan öncə atılmalı olan addımdır, lakin hazırkı işin hallarından görünür ki, bank tərəfindən cavabdehin faiz borcu silinməmişdir.
55. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə olan kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Prezidentin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsində cavabdehlərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməsinə və sonuncunun bundan imtina etməsinə dair məhkəməyə hər hansı bir sübutu təqdim etməmişdir. Halbuki, işin bu halını sübut etmək yükü iddiaçının üzərinə düşür. İddiaçı bank həm əsas borc məbləğini, həm də hesabladığı cərimə və faiz məbləğlərini cavabdehdən tələb edir ki, bu da Fərmanın və onun çərçivəsində qəbul edilən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə görə hesablanmış faiz və dəbbə pulu (cərimə) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının tələblərinə ziddir.
56. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, iddiaçı tərəfindən cavabdehlərlə yuxarıda qeyd edilən fərman çərçivəsində borcun restrukturizasiyası barədə müqavilə bağlanmaması əsas borcun ödənilməsi hissəsində iddianın rədd olunması üçün əsas deyildir. Çünki restrukturizasiyanın məqsədlərindən biri də, əsas borcun güzəştli faizlə qaytarılması üçün müddət təyin olunmasından ibarətdir. Odur ki, iddia tələbi yalnız 2754.15 ABŞ dolları faiz və 5443,17 ABŞ dolları dəbbə pulunun tutulması hissəsində təmin edilməməlidir.
57. Məhkəmə tələbin 1197.12 manat faiz borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinin göstərişinə istinad edərək həmin faizin ödənilməsini tələb edir. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
58. Bununla bağlı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələri)... Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ Mülki Məcəllənin 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir.
59. Göstərilənlərə əsasən, məhkəmə kreditorun müqavilə üzrə öhdəliklərin icrasını gecikdirməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin yenidən istifadə oluna bilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçı gecikməyə görə hesablanan 5% borcu tələb etməkdə haqlı olmuşdur.
60. Göstərilənlərdən əlavə məhkəmə cavabdehlər tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında əks olunan mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış “Əlavə Saziş 2” adlı xx.xx.2017-ci il tarixli müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə bitdiyindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən aydın olur ki, iddia ərizəsi poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə təqdim edildiyindən üç illik iddia müddəti ötürülməmişdir. Məhkəmə xərcləri
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
62. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 180.66 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 180.66 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 138,75 manat hissəsi, eyni zamanda ekspertiza xərcinin dəyəri olan 100 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir.
63. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 8381.47 ABŞ dolları məbləğində əsas borc və kredit müqaviləsi bitəndən sonra hesablanmış 1197.12 ABŞ dolları faiz borcu olmaqla, cəmi 9578.59 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə) və ödənilmiş 153.15 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100,00 (yüz) manat pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X1, VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova