Məhkəmə qərarları › İş №e-2(002)-1590/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1590/2023

23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1590/2023 23.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 və Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X3 və Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 7556,28 manat əsas borc, 25,18 manat faiz borcu, 0,01 manat cərimə olmaqla, cəmi 7581,47 manat məbləğində borcun, 122,15 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 izahat verərək bildirdi ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********92 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 45 saylı Notariat ofisi tərəfindən verilən məlumata əsasən mərhum X2 xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəlik işi açılmış, xx.xx.2020-ci il tarixdə oğulları Cavabdeh2 və Cavabdeh1 miras əmlakdan ½ hissədə pay almaqla qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlak Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş, **********87-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 104.7 kv.m olan fərdi yaşayış evi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.1979 ha olan torpaq sahəsindən ibarətdir. Miras əmlak üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Cavabdeh2 və Cavabdeh1 verilmişdir. Maliyyə arayışına əsasən, hazırda X2 banka ödənilməmiş borcu – 7556,28 manat əsas borc, 25,18 manat faiz borcu, 0,01 manat cərimə olmaqla, cəmi 7581,47 manatdır. Əvvəlcə iddia tələbi 10706,82 manat borc və 122,15 manat dövlət rüsumu həddində irəli sürülmüş, sonradan borc tələbinin həcmi azaldılmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 X2 vərəsələri kimi müəyyən olunmalarına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Bu səbəbdən iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh2 izahat verərək bildirdi ki, həqiqətən mərhum atası X5 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən illik 24 faizlə 24 ay müddətinə 10000 manat kredit götürmüş, lakin xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Hazırda tələb olunan borc məbləği ilə qismən razıdır, belə ki, iddia ərizəsində göstərilən əsas borc məbləğinin müştərək qaydada tutulmasına etiraz etmir, faiz borcunun tutulması ilə bağlı tələbin isə qismən, yəni ekspert rəyi ilə müəyyən edilmiş həddə təmin olunmasını xahiş edir. Qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsini xahiş edir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135, 185-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, təqdim edilmiş sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıda göstərilən əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, BPM**********92 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 24 faizlə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş 192 saylı, 12 iyul 2023-cü il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, X2 xx.xx.2019-cu il tarixli, BPM**********92 saylı kredit müqaviləsi üzrə 7556,28 manat əsas borc, 25,18 manat faiz borcu, 0,01 manat cərimə olmaqla, cəmi 7581,47 manat məbləğində borcu vardır. İş materiallarında olan AZ-İİ No 085990 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 09 may 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 14 may 2020-ci il tarixində 265 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 45 saylı Notariat ofisinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 adına xx.xx.2020ci il tarixdə vərəsəlik işi açılmışdır. İş materiallarında olan Bakı şəhəri 45 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-cı il tarixdə vəfat etmiş X2 vərəsələri Cavabdeh2 və Cavabdeh1dur. Şəhadətnamə verilən miras əmlak: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş, **********87-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 104.7 kv.m olan fərdi yaşayış evi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.1979 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2023-cü il tarixli, 9/4438 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli, BPM**********92 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən, X2 xx.xx.2020-ci il tarixə "xxxx" ASC-nə 7569,18 manat əsas borcu, 15,14 manat faiz borcu müəyyən edilir. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdehlər mirası qəbul edən qanun üzrə vərəsələr kimi miras qoyanın vəfat etdiyi tarixə yaranmış kredit borcunu iddiaçıya ödəmək öhdəliyinin daşıyıcısı olmuşlar. Lakin cavabdehlər iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişlər. Buna görə də iddiaçı təşkilatın 7556,28 manat əsas borc, 0,01 manat cərimə ilə bağlı tələbi tam, faiz borcu ilə bağlı tələbi isə qismən – ekspert rəyi ilə müəyyən edilmiş həddə təmin edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun və bank xidməti haqqının tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, ilkin iddia tələbi üzrə hesablanmış dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, ekspertiza xərci ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı və cavabdehlərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7556,28 manat məbləğində əsas borc, 15,14 manat məbləğində faiz borcu, 0,01 manat cərimə olmaqla, cəmi 7571,43 manat (yeddi min beş yüz yetmiş bir manat 43 qəpik) məbləğində borc pul vəsaiti, 86,38 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə cavabdehər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 49,50 manat (qırx doqquz manat əlli qəpik), iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 0,50 manat (əlli qəpik) məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı: X4, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar