Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-160/2023 14.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı ASC-nin X4 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması barədə tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli, DK9978621/14 saylı müqaviləyə əsasən 199 manat əsas, 0.65 manat faiz, cəmi 199.65 manat borcun və 30 manat məbləğındə ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, X5 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, DK9978621/14 saylı müqavilələrə əsasən bank ona ümumilikdə 200 manat məbləğlərində kredit vermişdir. Hazırda mərhum X2 Banka 199.65 manat borcu vardır. X5 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Cavabdeh (qızı) X2 qanuni vərəsəsidir. X5 tərəfindən vərəsələrinə qalan miras əmlak Azərbaycan Beynəlxalq Bankın Qaradağ filialının xx.xx.2016-cı il tarixli 291 nömrəli məktubuna əsasən 2424.08 manat pul məbləğindən ibarətdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə göndərərək, Cavabdeh xx.xx.2014-cü il tarixli, DK9978621/14 saylı müqaviləyə əsasən 199 manat əsas, 0.65 manat faiz, cəmi 199.65 manat borcun və 30 manat məbləğındə ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarmağınızı xahiş etmişdir. Həmin iş üzrə mərhumun digər krediti də olduğu üçün həmin kreditlər üzrə də borc məbləğləri tələb edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixli, MM/32503/50/21 saylı müqaviləyə əsasən bank mərhum X3 3524 ABŞ dolları, xx.xx.2013-cü il tarixli, BAL0025225/13 saylı digər müqaviləyə əsasən 500 manat məbləğlərində kredit vermişdir. Odur ki, həmin kreditlər üzrə də borc tələb edilməlidir. Həmçinin onu da qeyd etmiş ki, həmin kreditlər üzrə məhkəməyə müraciət edilməsi üçün lazım olan 71 və 30 manat dövlət rüsumlar da yüklənmiş və iddia ərizəsinə əlavə edilmişdir. Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Həmçinin onu da qeyd etmiş ki, cavabdeh tərəfdən heç bir ödəniş həyata keçirilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və AR MPM-nin 53-cü maddəsinin tələbini rəhbər tutaraq tələbin həcmini artırır və məhkəmədən xahiş edir ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, DK9978621/14 saylı müqavilə üzrə İddiaçı ASC-nin xeyrinə 199 manat əsas, 0.65 manat faiz, xx.xx.2013-cü il tarixli, BAL0025225/13 saylı digər müqavilə üzrə 496.29 manat əsas, 1.32 manat faiz borcunun, xx.xx.2015-ci il tarixli, MM/32503/50/21 saylı müqavilə üzrə 4884.29 ABŞ dolları əsas, 163.05 ABŞ dolları faiz və 25.09 ABŞ dolları cərimə borcunun, cəmi 5072.43 ABŞ dolları və 697.26 manat borcun və ödənilmiş 131 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi 15 dekabr 2022-ci il tarixli məhkəmə iclasında dəqiqləşmə barədə ərizə təqdim edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli, DK9978621/14 saylı müqaviləyə əsasən 199 manat əsas, 0.65 manat faiz, cəmi 199.65 manat borcun, xx.xx.2013-cü il tarixli BAL0025225/13 saylı müqavilə üzrə 496,29 manat əsas borcun, 1,32 manat borc və xx.xx.2015-ci il tarixli MM/32503/50/21 saylı müqavilə üzrə 4884,29 ABŞ dollar əsas borc, 163,05 ABŞ dollar faiz borcunun tutulması barədə qətnamə çıxarmağınızı xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında məhkəmədən iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə iclasında izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, atası-anası vəfat edib, vərəsəlik haqqında şəhadətnaməsini onun özü imzalayıb. Atası neft-qaz sahəsində 30 il işlədiyinə görə iş yerindən ona pul mükafatı verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 18 mart 2015-ci il tarixli, MM/32503/50/21 saylı Kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdeh mərhum X3 36 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 3524 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş DK9978621/14 saylı xx.xx.2014-cü il tarixli müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X3 36 ay müddətinə məbləği 200 manat olan “X10” adlı kart istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2014-cü il tarixli məxaric orderindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə “X10” adlı kartı təhvil almışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2013-cü il tarixli BAL0025225/13 saylı müqaviləsindən görünür ki, Bank of Baku ” ASC tərəfindən X3 məbləği 500 manat olan “Balcards” adlı kart istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2013-cü il tarixli məxaric orderindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə “Balcards” adlı kartı təhvil almışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, X2 xx.xx.2014-cü il tarixli, DK9978621/14 saylı müqaviləyə əsasən 199 manat əsas, 0.65 manat faiz, cəmi 199.65 manat borcun, BAL0025225/13 saylı müqavilə üzrə 496,29 manat əsas borcun, 1,32 manat faiz borc və MM/32503/50/21 saylı müqavilə üzrə 4884,29 ABŞ dollar əsas borc, 163,05 ABŞ dollar faiz borcu və 25,09 ABŞ dollar cərimə borcu vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 18 mart 2015-ci il tarixli, MM/32503/50/21 saylı Kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, X3 3524 ABŞ dolları krediti 36 ay müddətində aylıq 140,12 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri 8 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X2 ölümünüdən sonra Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş, 23/2016 nömrəli vərəsəlik işi açılmış və vərəsələri mərhumun arvadı X6 və qızı Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2016-ci il tarixli vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X1 vərəsəsi Cavabdeh miras əmlakdan 1/2 hissədə pay almış və şəhadətnamədə verilən əmlak-2424,08 manatdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun tutulması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı borcun tutulması məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində borcun tutulması borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə X5 arasında kredit müqavilələri bağlanmış, X5 müqavilə üzrə öhdəlikləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. X5 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, X2 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutların araşdırılması nəticəsində məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir, belə ki, Bakı şəhəri 8 saylı notariat ofisinin xx.xx.2016-ci il tarixli vərəsəlik şəhadətnaməsində mərhumdan vərəsələrinə miras qalmış əmlakın məbləği 2428 manat pul vəsaiti olmuş və Cavabdeh isə həmin məbləğin ½ hissəsinə uyğun pay qalmışdır. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən vərəsə ona çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyır. Bu səbəbdən hal-hazırkı mülki iş üzrə iddiaçının iddia tələbi yalnız cavabdehə miras əmlakdan qalmış miras payı həcmində-1214 manat (2428 manatın ½-i) məbləğində təmin edilməli qalan hissəddə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 131 manat məbləğində dövlət rüsumundan iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 32,14 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, xx.xx.2016-cü il tarixdə ölmüş X2 vərəsəsi-Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1214 manat pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1214(bir min iki yüz on dörd)manat pul tutulsun. Ödənilmiş dövlət rüsumunun 32(otuz iki) manat,14(on dörd) qəpik hissəsi cavabdehə, qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-160/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-160/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver