Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-166/2024 23.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli ərizəyə (müqaviləyə) əsasən Cavabdeh İddiaçı QSC-nin xeyrinə 10196.64 manat məbləğində kredit bоrcu, 1197.18 manat məbləğində faiz bоrcu və 342.97 manat məbləğində cərimə olmaqla, cəmi 11736 (on bir yeddi yüz otuz altı) manat 79 (yetmiş doqquz) qəpik olmaqla, xx.xx.2022-ci il tariхdə bağladığı 014KK**********01 saylı kart kredit müqaviləsi üzrə 1000 manat manat məbləğində kredit bоrcu, 83.16 manat məbləğində faiz bоrcu və 10.91 manat məbləğində cərimə olmaqla, cəmi 1094 (min doxsan dörd) 07 (yeddi) qəpik məbləğində bоrcu və ödənilmiş 128.49 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.i İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.8333% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 (on iki min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1803.36 manat ödəniş etmiş və оnun iddiaçıya 10196.64 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin Dövlət rüsumunun ödənilməsi haqqında məlumat hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 166 gün üçün hesablanmış faiz borcu 1197.18 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 166 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 342.97 manat təşkil edir. Bundan başqa, İddiaçı QSC ilə əsasında aylıq 2% faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə müqavilə ilə müəyyən olunmuş 1000 (min) manat məbləğində kredit limiti açılmış və bank krediti emissiya edilmiş 5335********4997 nömrəli ödəniş kartı vasitəsilə verilmişdir. Kart krediti müqaviləsinin 1.3-cü bəndinə əsasən, Kredit alan kredit limitindən istifadə etdiyi təqdirdə, kredit borcunu və faizləri, olduğu halda cərimələri bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində Banka ödəməyi öz öhdəsinə götürür. İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş fakt və hallar: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh "xxxx" QSC ilə xx.xx.2022-ci il tarixdə bağlanmış ərizədən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh 48 ay müddətinə 22% dərəcəsi ilə faiz ödəmək şərti ilə 12000 manat məbləğində pulu kredit verilmişdir.. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 014KK**********01 saylı kredit xətti müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh 36 ay müddətinə 2% dərəcəsi ilə faiz ödəmək şərti ilə 1000 manat məbləğində pulu kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh kart təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 014KK**********01 saylı kredit xətti üzrə xx.xx.2023-cü il tarixə borcu aşağıdakı kimidir:1000 AZN əsas, 83,16 faiz, 10,91 AZN cərimə borcu olmaqla, cəmi 1094,07 manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə borcu aşağıdakı kimidir: -10196,64 manat əsas, 1197,18 manat faiz, 342,97 manat cərimə borcu olmaqla, cəmi 11736,79 manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı banka 12000 manat krediti 48 ay müddətinə 22% dərəcəsi ilə hər ay 383 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünür ki, İddiaçı QSC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 014KK**********01 saylı kredit xətti və xx.xx.2022-ci il tarixdə bağlanmış ərizədən görünür ki, xx.xx.2022-ci il tarixli 014KK**********01 saylı kredit xətti müqaviləsi üzrə İddiaçı QSC tərəfindən Cavabdeh 36 ay müddətinə olmaqla, 1000 manat məbləğində kredit xətti açılmış və xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə İddiaçı QSC tərəfindən Cavabdeh 48 ay müddətinə olmaqla, 12000 manat məbləğində kredit xətti verilmiş, “Kredit alan” isə verilmiş krediti qəbul edib, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödənişlər edilməsini öhdələrinə götürmüşlər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqavilələrindən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onun banka həmin müqavilələrə görə 10196.64 manat məbləğində kredit bоrcu, 1197.18 manat məbləğində faiz bоrcu və 342.97 manat məbləğində cərimə olmaqla, cəmi 11736,79 manat olmaqla, xx.xx.2022-ci il tariхdə bağladığı 014KK**********01 saylı kart kredit müqaviləsi üzrə 1000 manat manat məbləğində kredit bоrcu, 83.16 manat məbləğində faiz bоrcu və 10.91 manat məbləğində cərimə olmaqla, cəmi 1094 borcu yaranmışdır. Həmçinin məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə 100 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas pul ilə yanaşı, müvafiq olaraq müqaviləyə görə 100 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Sadalananan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının həmin müqaviləni lazımınca icra edilməməsi ilə əlaqədar tələbi əsaslıdır. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün ödənilmiş 128,49 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 127,76 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutlmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ddia qismən təmin edilərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 10196(on min bir yüz doxsan altı) manat 64(altmış dörd) qəpik məbləğində əsas bоrc, 1197(bir min bir doxsan yeddi) manat,18(on səkkiz) qəpik məbləğində faiz bоrc, 100(yüz) manat məbləğində cərimə borcu, xx.xx.2022-ci il tariхli 014KK**********01 saylı kart kredit müqaviləsi üzrə 1000(min) manat məbləğində kredit bоrcu, 83(səksən üç) manat 16(on altı) qəpik məbləğində faiz bоrcu, 10(on) manat 91(doxsan bir) qəpik cərimə borcu olmaqla, ümumilikdə iki müqavilə üzrə 12587(on iki min beş yüz səksən yeddi) manat 89(səksən doqquz) qəpik borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 127(yüz iyirmi yeddi) manat 76(yetmiş altı) qəpik məbləğində dövlət rüsumu tutulmalıdır.. İddia qalan hissədə rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 10196(on min bir yüz doxsan altı) manat 64(altmış dörd) qəpik məbləğində əsas bоrc, 1197(bir min bir doxsan yeddi) manat,18(on səkkiz) qəpik məbləğində faiz bоrc, 100(yüz) manat məbləğində cərimə borcu, xx.xx.2022-ci il tariхli 014KK**********01 saylı kart kredit müqaviləsi üzrə 1000(min) manat məbləğində kredit bоrcu, 83(səksən üç) manat 16(on altı) qəpik məbləğində faiz bоrcu, 10(on) manat 91(doxsan bir) qəpik cərimə borcu olmaqla, ümumilikdə iki müqavilə üzrə 12587(on iki min beş yüz səksən yeddi) manat 89(səksən doqquz) qəpik borc və ödənilmiş 127(yüz iyirmi yeddi) manat 76(yetmiş altı) qəpik məbləğində dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin.. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-166/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-166/2024
23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver