Məhkəmə qərarları › İş №e-2(002)-1707/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1707/2022

05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1707/2022 05.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış borcu 603 əsas, 90.4 manat cərimə, cəmi 693.4 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 241.6 əsas, 36.2 manat cərimə, cəmi 277.8 manat,ümumilikdə 971.2 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbuledəsiniz. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu,aldığı «SAMSUNG» markalı paltaryuyana görə 18 ay ödəniş cədvəli üzrə hər ay 38 manat olmaqla cəmi 679 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu,aldığı «XİAOMİ REDMİ» markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla cəmi 493.6 manat, ümumilikdə hər iki müqavilə üzrə 1172.6 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 38 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 42 manat ödəniş etmiş və iki müqavilə üzrə qalıq qalmış 844.6 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir.Bildiririk ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1266.9 manat təşkil edir.Cavabdehin müqavilə üzrə hər günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1266.9 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i yəni 126.6 manat İddiaçı MMC-ə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nə borcu xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən,603 əsas,90.4 manat cərimə,cəmi 693.4 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən, 241.6 əsas,36.2 manat cərimə,cəmi 277.8 manat,hər iki müqavilə üzrə olan borcu,cəmi 971.2 manat təşkil etmişdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında, xx.xx.2021-ci il tarixli ********* saylı, xx.xx.2021-ci il tarixli ********* saylı alqı-satqı müqavilələri bağlanılmışdır, həmin müqvailələrə əsasən satıcı müqavilənin predmeti olan əşyaları alıcıya təhvil verməyi alıcı isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə məhsulun dəyərini satıcıya öədməyə dair öhdəlik götürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli ********* saylı müqavilənin predmeti «SAMSUNG» markalı paltaryuyana, xx.xx.2021-ci il tarixli ********* saylı müqavilənin predmeti «XİAOMİ REDMİ» markalı telefonu təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş ödəniş cədvəllərinə əsasən alıcı qismində çıxış edən cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 18 ay müddətində hər ay 38 manat ödəniş etməklə, xx.xx.2021-ci il tarixli ********* saylı müqvailə üzrə 12 ay müddətində hər ay 42 manat ödəniş etməklə müqavilə üzrə malların dəyərini öədməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, Cavabdeh alqı-satqı müqavilələri üzrə yaranmış cəmi 2111.5 manat borcunu ödənilməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdehnın İddiaçı MMCyə xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 603 manat, 904.5 manat cərimənin borcu olmaqla 1507.5 manat məbləğində , xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 241.6 manat, 362.4 manat cərimənin borcu olmaqla 604 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli ********* və ********* saylı iki nisyə alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilələrin predmeti qismində «Xiaomi Redmi» markalı telefon və «Samsung» markalı paltaryuyan çıxış etmişdir. Hər iki müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmetləri cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqaviləyə əsasən malların dəyərini hissə-hissə aylıq öədnişlər etməklə ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. Hazırda cavabdeh hər bir alğı-satqı müqaviləsi üzrə alınmış avadanlıqlar üçün müəyyən olunmuş ödəniş cədvəlinə uyğun ödəməli olduğu borcunu ödəməkdən yayınmışdır. Ona görə də, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Bu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun öədnilməsi hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, ********* saylı və ********* saylı müqavilə üzrə hesablanmış cərimə borcu əsas borcun məbləğinə mütənasib olmadığından azaldılmalı və ********* saylı müqavilə üzrə 60 manat məbləğində və ********* saylı müqavilə üzrə 24 manat məbləğində müəyyən edilməli, həmin məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.Ona görə də məhkəmə hesab edir ki,iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid eidlməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 603 manat əsas borcu və 60 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 241.6 manat əsas və 24 manat cərimə borcu, ümumilikdə cəmi 928,6 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "İddiaçı MMCnin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 603 manat əsas borcu və 60 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 241.6 manat əsas və 24 manat cərimə borcu, ümumilikdə cəmi 928.6 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar