Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1750/2022 20.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlu, İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin hər iki müqavilə üzrə ümumilikdə 4670 manat məbləğində əsas borcu, 253 manat məbləğində hesablanmış gecikmə faiz borcu, cəmi 4923 manat məbləğində borcu və ödənilmiş 69,23 manat dövlət rüsumunun müştərək qaydada alınaraq ona ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində ona mağazadan aylara bölünmüş şəkildə nisyə ödəməklə razılaşdırılmış alğı-satqı ilə əlaqədar müraciətlər etmişdir. Cavabdehin müraciətlərinə müvafiq olaraq tərəflər arasında xx.xx.2021-ci il tarixli, 1947 saylı və xx.xx.2021-ci il tarixli, 1988 saylı alğı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrin 1.2-ci bəndinə əsasən borclu, 2.1-ci bəndində göstərilən pul məbləğlərini 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə müvafiq olaraq 1436 manat məbləğində bir ədəd kompüter – (HP 250 G7) və 5513 manat məbləğində iki ədəd televizor (Samsung UE50TU7140UXRU; UE70TU7100UXR) və bir ədəd soyuducu (Hitachi RVG540PUC7 GBK) alışları məqsədilə borclanmışdır. Həmçinin, xx.xx.2021-ci il tarixli, 1988 saylı alğı-satqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, Zamin sözügedən müqavilə üzrə cavabdehin zamini qismində tanınmışdır. Borclu alğı-satqı müqavilələrinin bağlandığı xx.xx.2021-ci il tarixli, 1947 saylı müqavilə üzrə borcdan 439 manat, xx.xx.2021-ci il tarixli, 1988 saylı müqavilə üzrə borcdan isə 1840 manat ödəniş etmişdir. Beləliklə, hal-hazırda borclu mağazaya ödənilməmiş xx.xx.2021-ci il tarixli, 1947 saylı müqavilə üzrə 997 manat məbləğində əsas borcu, müqavilənin 6.1-ci bəndinə əsasən 88 manat məbləğində hesablanmış gecikmə borcu, cəmi 1085 manat, xx.xx.2021-ci il tarixli, 1988 saylı müqavilə üzrə isə 3673 manat məbləğində əsas borcu, müqavilənin 6.1-ci bəndinə əsasən 165 beş manat məbləğində hesablanmış gecikmə borcu, cəmi 3838 manat borcu qalmışdır. Yekun olaraq, borclu Cavabdeh ümumilikdə mağazaya ödənilməmiş 4670 manat məbləğində əsas borcu, 253 manat məbləğində hesablanmış gecikmə faiz borcu, cəmi 4923 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 740-cı və 445.2.1-ci maddəsinə əsasən öhdəliyin on ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, 1947 saylı müqavilənin surətindən görünür ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə alğı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı qiyməti 1436 manat məbləğində bir ədəd kompüter –HP 250 G7-nı alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, 1988 saylı müqavilənin surətindən görünür ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə alğı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı qiyməti 5513 manat məbləğində iki ədəd televizor (Samsung UE50TU7140UXRU; UE70TU7100UXR) və bir ədəd soyuducu (Hitachi RVG540PUC7 GBK) alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında zaminlik müqaviləsi bağlanmışdır. Zamin Cavabdeh xx.xx.2021-ci il tarixli 1988 saylı müqaviləsinə görə İddiaçı qarşısında birgə məsuliyyət daşımağa razıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Maliyyə cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 1947 saylı müqaviləyə əsasən əşyaya görə, 997 manat əsas hissə, 88 manat gecikmə faizi olmaqla cəmi 1085 manat pul borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Maliyyə cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 1988 saylı müqaviləyə əsasən əşyaya görə, 3673 manat əsas hissə, 165 manat gecikmə faizi olmaqla cəmi 3838 manat pul borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş bildirişdən və əşyanın təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh ona verilmiş malları tam qüsursuz halda təhvil almış, bu barədə bildirişi oxumuş və imzalamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 1947 saylı müqaviləyə əsasən borcunu iddiaçıya 12 ay müddətində aylıq 120 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 1988 saylı müqaviləyə əsasən borcunu iddiaçıya 12 ay müddətində aylıq 460 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, İddiaçı pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış malın nisyə satış müqavilələrinə əsasən, satıcı əşyaları alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır. İddia ərizəsində İddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixli, 1947 saylı müqaviləyə əsasən 997 manat əsas hissə, 88 manat gecikmə faizi olmaqla, cəmi 1085 manat pul borcu və xx.xx.2021-ci il tarixli, 1988 saylı müqaviləyə əsasən 3673 manat əsas hissə, 165 manat gecikmə faizi olmaqla, cəmi 3838 manat pul borcunun olduğunu qeyd edir və həmin məbləğin ödənilməsini tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 69,23 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən bildiriş və iddia ərizəsinin surəti qəbul edilsə də, onun tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin təlıəbkar qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki İddiaçı ilə Zamin arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Zamin Cavabdeh xx.xx.2021-ci il tarixli, 1988 saylı alğı-satqı müqaviləsinə görə, tələbkar İddiaçı qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öz öhdəsinə götürmüşdür. Beləliklə, iddiaçı iddia tələbinin Zamin dair hissədə yalnız xx.xx.2021-ci il tarixli, 1988 saylı alqısatqı müqaviləsinə görə 3673 manat əsas hissə, 165 manat gecikmə faizi olmaqla, cəmi 3838 manat borc tələbi hissəsində haqlıdır. İş materiallarından göründüyü kimi, Zamin tələbkar-iddiaçı qarşısında Cavabdeh yalnız xx.xx.2021-ci il tarixli, 1988 saylı alğı-satqı müqaviləsinə görə borclu ilə eyni həcmdə məsuliyyət daşımağa razı olmuşdur. Bu səbəbdən, hazırkı halda mülki iş üzrə iddia tələbi qismən təmin edilərək, İddiaçı xx.xx.2021-ci il tarixli, 1947 saylı müqaviləyə üzrə 997 manat əsas hissə, 88 manat gecikmə faizi olmaqla cəmi 1085 manat pul borcu və cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada isə xx.xx.2021-ci il tarixli, 1988 saylı müqaviləyə əsasən 3673 manat əsas hissə, 165 manat gecikmə faizi olmaqla, cəmi 3838 manat pul borcu və 69,23 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən borca dair maliyyə və ödəniş cədvəlini əsas götürüb, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 69,23 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, həmçinin cavabdeh iddia ərizəsini lazimi qaydada almasına baxmayaraq, məhkəməyə onun tərəfindən heç bir etiraz daxil olmadığını, habelə iddiaçının tələbinin aşkar və əsaslandırılmış olduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, 1947 saylı müqaviləyə üzrə 997 manat əsas hissə, 88 manat gecikmə faizi olmaqla cəmi 1085 manat pul borcu və cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada isə xx.xx.2021-ci il tarixli, 1988 saylı müqaviləyə əsasən 3673 manat əsas hissə, 165 manat gecikmə faizi olmaqla, cəmi 3838 manat pul borcu və 69,23 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı xeyrinə tutulmalı və iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 1947 saylı müqaviləyə üzrə 997 manat əsas hissə, 88 manat gecikmə faizi olmaqla cəmi 1085 manat pul borc və cavabdehlər Cavabdeh və Zamin isə müştərək qaydada xx.xx.2021-ci il tarixli, 1988 saylı müqaviləyə əsasən 3673 manat əsas hissə, 165 manat gecikmə faizi olmaqla cəmi 3838 manat pul borcu və 69,23 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-1750/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1750/2022
20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver