Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1755/2022 30.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 və Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2819,74 manat borcun, 48,19 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 izahat verərək bildirdi ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə X5 arasında bağlanmış BPM**********72 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən X3 illik 25 faizlə 60 ay müddətinə 4970 manat kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 1 saylı Bakı Asan Xİdmət Mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən, X2 adına xx.xx.2021-i il tarixdə açılmış vərəsəlik işi üzrə vərəsələrin dairəsi müəyyənləşdirilərək miras əmlaka tam hissədə arvadı-Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, X2 vəfat etdiyi tarixə qədər banka ödənilməmiş 2819,74 manat borcu qalmışdır. Cavabdeh X4 vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, həqiqətən mərhum həyat yoldaşı X5 xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən illik 25 faizlə 60 ay müddətinə 4970 manat kredit götürmüş, lakin xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Hazırda onun vəfat etdiyi tarixə qədər hesablanaraq tələb olunan borc məbləği ilə razıdır, lakin maddi imkanı olmadığı üçün birdəfəyə ödəmək imkanı yoxdur, özü pensiyaçıdır, borcu gələcəkdə hissə-hissə ödəyə bilər. Məhkəmə, izahatları dinləyib, işdə olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıda göstərilən əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 mart 2018-ci il tarixli, BPM**********72 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış 15 mart 2018-ci il tarixli, BPM**********72 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 25 faizlə 4970 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş MXK-622 saylı, 23 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, X2 15 mart 2018-ci il tarixli, BPM**********72 saylı kredit müqaviləsi üzrə vəfat etdiyi tarixə 2819,74 manat məbləğində borcu vardır. İş materiallarında olan AZ-İİ No 168677 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 01 may 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Nizami rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 04 may 2021-ci il tarixində 664 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 1 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Ofisinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı 376 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 adına xx.xx.2021-ci il tarixdə açılmış vərəsəlik işi üzrə vərəsələrin dairəsi müəyyənləşdirilərək miras əmlaka tam hissədə arvadı-Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq miras qoyanın vəfat etdiyi tarixə yaranmış kredit üzrə borcu iddiaçıya ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı təşkilatın qeyd olunan müqavilə üzrə borc tələbi tam əsaslıdır. Məhkəmə iddianın dövlət rüsumunun və bank xidməti haqqının cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2819,74 manat (iki min səkkiz yüz on doqquz manat yetmiş dörd qəpik) məbləğində borc pul vəsaiti, habelə 48,19 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-1755/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1755/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver