Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1762/2023 10.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, faizlərin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, faizlərin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 40100***-*******02L saylı, xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 xx.xx.2032-ci il tarixədək 50000.00 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh X1 ilə iddiaçı arasında bağlanmış 40FİZAM138767901 saylı, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh2 40100***-*******02L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşması üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh2 40100***-*******02L saylı, xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşması çərçivəsində bankdan xx.xx.2024-cü il tarixədək qaytarmaq və illik 18.00 % ödəmək şərti ilə xx.xx.2022-ci il tarixdə aldığı 4200.00 manat krediti və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 10-dək ayda 209.72 msanat ödəməklə) Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. 40100***-*******02L saylı, xx.xx.2022-ci il tarixli əsas ktredit limiti razılaşması çərçivəsində xx.xx.2022-ci il tarixdə aldığı kredit üzrə xx.xx.2023-cü il tarixə olan borcun məbləği a) əsas borc üzrə 2973.49 manat; b) faizlər üzrə 193.37 manat; c) cərimə borcu üzrə 45.14 manat təşkil edir. Cavabdeh2 40100***-*******02L saylı, xx.xx.2022-ci il tarixli əsas ktredit limiti razılaşması çərçivəsində bankdan xx.xx.2025-ci il tarixədək qaytarmaq və illik 15.00 % ödəmək şərti ilə xx.xx.2022-ci il tarixdə aldığı 17000.00 manat krediti və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 16-dək ayda 589.89 manat ödəməklə) Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. 40100***-*******02L saylı, xx.xx.2022-ci il tarixli əsas ktredit limiti razılaşması çərçivəsində xx.xx.2022-ci il tarixdə aldığı kredit üzrə xx.xx.2023-cü il tarixə olan borcun məbləği a) əsas borc üzrə 14685.56 manat; b) faizlər üzrə 1001.68 manat; c) cərimə borcu üzrə 95.59 manat təşkil edir. Göstərilənlərə əsasən, Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 40100***- *******02L saylı, xx.xx.2022-ci il tarixli əsas ktredit limiti razılaşması çərçivəsində verilmiş xx.xx.2022-ci il tarixli kredit üzrə 2973.49 manat əsas kredit borcu, 193.37 manat kreditdən istifadəyə görə faiz borcu və 45.14 manat cərimə borcu olmaqla,cəmi 3212 manat; 40100***-*******02L saylı xx.xx.2022-ci il tarixl iəsas ktredit limiti razılaşması çərçivəsində verilmiş xx.xx.2022-ci il tarixli kredit üzrə 14685.56 manat əsas kredit borcu, 1001.68 manat kreditdən istifadəyə görə faiz borcu və 95.59 manat cərimə borcu olmaqla, cəmi 15782.83manat; ümumilikdə 17659.05 manat əsas kredit borcu, 1195.05 manat kreditdən istifadəyə görə faiz borcu və 140.73 manat cərimə borcu olmaqla,cəmi 18994.83 manat və iddianın verilməsi üçün ödənilmiş 146.98 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətmamə qəbul edilməsini xahiş etmiş, cavabdehlər isə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə iddiaçının nümayənəsinin işə onların iştirakı olmadan baxılması barədə ərizəsini, cavabdehlərin isə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasını, lakin onların məhkəmə iclasına uzürsüz səbəbdən gəlməmələrini nəzərə alıb işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Məhkəmədə həmin işə başdıldıqda müəyyən edildi ki, Cavabdeh2 onunla bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin şərtlərinə əməl etməmiş, kredit müqaviləsindən irəli gələn tələbləri lazımi qaydada icra etməmişdir. Belə ki, onun özünə eləcə də öhdəlik üzrə zamininə dəfələrlə müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün hər hansı tədbir görülməmişdir. Belə ki, iş materiallarında olan 40100***-*******02L saylı, xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 xx.xx.2032-ci il tarixədək 50000.00 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan cavabdeh X1 ilə iddiaçı arasında bağlanmış 40FİZAM138767901 saylı, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən o,Cavabdeh2 40100***-*******02L saylı, xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşması üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zamini xəbərdar etmişdir. Azərbaycan Rüspublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 146.98 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 40100***-*******02L saylı, xx.xx.2022-ci il tarixli əsas ktredit limiti razılaşması çərçivəsində verilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2973.49 manar əsas kredit borcu, 193.37 manat kreditdən istifadəyə görə faiz borcu və 45.14 manat cərimə borcu olmaqla, cəmi 3212 manat; 40100***-*******02L saylı, xx.xx.2022-ci il tarixli əsas ktredit limiti razılaşması çərçivəsində verilmiş xx.xx.2022-ci il tarixli kredit üzrə 14685.56 manat əsas kredit borcu, 1001.68 manat kreditdən istifadəyə görə faiz borcu və 95.59 manat cərimə borcu olmaqla, cəmi 15782.83 manat; ümumilikdə 17659.05 manat əsas kredit borcu, 1195.05 manat kreditdən istifadəyə görə faiz borcu və 140.73 manat cərimə borcu olmaqla,cəmi 18994.83 manat və iddianın verilməsi üçün ödənilmiş 146.98 manat manat pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 40100***-*******02L saylı, xx.xx.2022-ci il tarixli əsas ktredit limiti razılaşması çərçivəsində verilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2973.49 manat əsas kredit borcu, 193.37 manat kreditdən istifadəyə görə faiz borcu və 45.14 manat cərimə borcu olmaqla, cəmi 3212 manat; 40100***-*******02L saylı, xx.xx.2022-ci il tarixli əsas ktredit limiti razılaşması çərçivəsində verilmiş xx.xx.2022-ci il tarixli kredit üzrə 14685.56 manat əsas kredit borcu, 1001.68 manat kreditdən istifadəyə görə faiz borcu və 95.59 manat cərimə borcu olmaqla,cəmi 15782.83 manat; ümumilikdə 17659.05 manat əsas kredit borcu, 1195.05 manat kreditdən istifadəyə görə faiz borcu və 140.73 manat cərimə borcu olmaqla, cəmi 18994.83 manat və iddianın verilməsi üçün ödənilmiş 146.98 manat manat pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-1762/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1762/2023
10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver