Məhkəmə qərarları › İş №e-2(002)-18/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-18/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-18/2025 23.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının Məcidli Aysel Əli qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı «Dəmirbank” ASC-nin ləğvedicisi ƏSF-nun Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Dəmirbank” ASC-nin ləğvedicisi ƏSF cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 15592,66 (on beş min beş yüz doxsan iki ABŞ dolları 66 sent) ABŞ dolları- bundan 7048,53 (yeddi min qırx səkkiz ABŞ dolları 53 sent) ABŞ dolları əsas, 2660,86 (iki min altı yüz altmış ABŞ dolları 86 sent) ABŞ dolları faiz, 5447,17 (beş min dörd yüz qırx yeddi ABŞ dolları 17 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 436,10 (dörd yüz otuz altı ABŞ dolları 10 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 169.52 (bir yüz altmış doqquz manat 52 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* №-li 25 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 12740 (on iki min yeddi yüz qırx) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1kredit verilərkən Cavabdeh2ilə Bank arasında 150003962/ZM №-li 25 sentyabr 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 25 sentyabr 2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsinə xx.xx.2015-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 11498,70 (on bir min dörd yüz doxsan səkkiz ABŞ dolları 70 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti 45 (qırx beş) ay təyin edilir. Kreditin illik faiz dərəcəsi 26 (iyirmi altı) faiz təşkil edir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra 25 sentyabr 2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsinə xx.xx.2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (“bundan sonra restrukturizasiya edilmiş kredit”) 13342,13 (on üç min üç yüz qırx iki ABŞ dolları 13 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 9258,57 (doqquz min iki yüz əlli səkkiz ABŞ dolları 57 sent) ABŞ dolları əsas borc, 3382,35 (üç min üç yüz səksən iki ABŞ dolları 35 sent) ABŞ dolları faiz borcu və 701,21 (yeddi yüz bir ABŞ dolları 21 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 (on faiz) % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********391 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 15592,66 (on beş min beş yüz doxsan iki ABŞ dolları 66 sent) ABŞ dolları təşkil edir. Bundan 7048,53 (yeddi min qırx səkkiz ABŞ dolları 53 sent) ABŞ dolları əsas, 2660,86 (iki min altı yüz altmış ABŞ dolları 86 sent) ABŞ dolları faiz, 5447,17 (beş min dörd yüz qırx yeddi ABŞ dolları 17 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 436,10 (dörd yüz otuz altı ABŞ dolları 10 sent) ABŞ dolları faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərək, mülki işin onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında dəbbə pulunun azaldılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında zaminliyə xitam verilməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş tərəflər arasından bağlanmış ********* №-li 25 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki iddiaçı «Dəmirbank” ASC Cavabdeh1 36 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 12740 ABŞ dolları məbləğində kredit məbləğində kredit verilmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 25 sentyabr 2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsinə xx.xx.2015-ci il tarixdə bağlanmış 01 nömrəli Əlavə Sazişə əsasən Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 11498,70 (on bir min dörd yüz doxsan səkkiz ABŞ dolları 70 sent) ABŞ dolları təşkil edərək, 45 ay müddətinə illik faiz dərəcəsi 26 faiz müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 25 sentyabr 2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə bağlanmış 02 nömrəli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (“bundan sonra restrukturizasiya edilmiş kredit”) 13342,13 ABŞ dolları müəyyən edilmiş və Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 9258,57 ABŞ dolları əsas borc, 3382,35 ABŞ dolları faiz borcu və 701,21 ABŞ dolları cərimə borcu təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək (60 ay) uzadılaraq illik 10 (on faiz) % ilə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Saziş üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 13342,13 ABŞ dollarını illik 10% olmaqla 60 ay müddətində aylıq 196,72 ABŞ dollar iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 02 nömrəli Əlavə Sazişdən görünür ki, Cavabdeh2 Cavabdeh1 ilə İddiaçı ASC arasında 25 sentyabr 2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə bağlanmış 02 nömrəli Əlavə Saziş ilə tanış olmuş və həmin Saziş üzrə Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 25 sentyabr 2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsinə(və xx.xx.2017-ci il tarixdə bağlanmış 02 nömrəli Əlavə Sazişə əsasən) əsasən xx.xx.2023-cü il tarixə qədər borcu aşağıdakı kimidir: - 7048,53 ABŞ dolları əsas, 2660,86 ABŞ dolları faiz, 5447,17 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 436,10 ABŞ dolları faiz borcu olmaqla, cəmi 15592,66 ABŞ dolları borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünür ki, İddiaçı ASC (ləğv prosesindədir) pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10635 saylı ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 25 sentyabr 2014 is materiallarda saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 LPO İddiaçı ASC olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 26 may 2022-ci il tarixə - müqavilənin müddəti bitmə tarixinə:əsas borc üzrə 6795.97 ABŞ dolları, faiz borcu üzrə-2330.09 ABŞ dolları. 11 oktyabr 2023-cü il tarixə - iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixinə: əsas borc üzrə-6795.97 ABŞ dolları, faiz borcu üzrə-2330.09 ABŞ dolları,faiz borcu 5%-ilə- 472.89 ABŞ dolları, 11 iyun 2024-cü il tarixə - sual üzrə tarixinə: əsas borc üzrə- 6795.97 ABŞ dolları, faiz borcu üzrə-2330.09 ABŞ dolları, faiz borcu 5%-ilə-69370 dolları müəyyən edilmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddelerinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü il tarixli qərarında gösterilir ki kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikde ve ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış ederek daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir.Qeyd edilir ki, 25 sentyabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh1 cərimə borcu hesablanmadı. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında ********* №-li 25 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən 36 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 12740 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Saziş ilə 25 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi restruktrizasiya edilərək, kredit öhdəliyinin qalığı 13342,13 ABŞ dolları müəyyən edilmiş və 60 ay uzadılaraq illik 10 % ilə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh isə həmin məbləğdə kredit borcunu iddiaçı banka müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı bank cavabehdən müqavilə üzrə yaranmış borcunu tələb edir, cavabdeh isə iddia tələbi üzrə əsas borcunu mübahisələndirməyərək, dəbbə pulunun azaldılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan cavabdeh isə kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Eyni zamanda məhkəmə əlavə edir ki ,mülk iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10635 saylı ekspert rəyindən göründüyü kmi, əsas borc üzrə 6795.97 ABŞ dolları, faiz borcu üzrə-2330.09 ABŞ dolları müəyyən edildiyindən məhkəmə hesab edir ki, ekspert rəyini nəzərə alaraq Cavabdeh1 LPO İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 6795.97 ABŞ dolları, faiz borcu üzrə-2330.09 ABŞ dolları tutulmaqla iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır Həmin Məcəllənin 445.7-ci maddəsinin tələbinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələbinin illik 5% ilə hesablanmış faiz borcu tələbinə dair hissədə qeyd etmişdir ki, müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmiş və iddiaçı xx.xx.2023cü il tarixdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçı bankın borcu gecikdirilmişdir, bu səbəbdən iddiaçı hazırda cavabdehdən illik 5% ilə hesablnmış faiz borcu tələb etməkdə haqlıdır. Həmin faiz borcunun məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10635 saylı ekspert rəyi ilə iddiaçının tələb etdiyi məbləğdən çox müəyyən edildiyindən məhkəmə hesab edir ki, illik 5% ilə hesablanmış faiz borcu tələbi iddiaçı bank tərəfindən tələb olunan məbləğdə təmin edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalananan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının Cavabdeh1 qarşı həmin kredit müqaviləsinin lazımınca icra edilməməsi ilə əlaqədar iddia tələbi əsas borc, faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış borc hissəsində tam əsaslıdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, kredit müqaviləsinin bağlanılma tarixini və müqavilənin bitmə tarixini nəzərə alır və 5447,17 ABŞ dolları dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, dəbbə pulu təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və dəbbə pulu olaraq 800 ABŞ dolları məbləğində tutulması ədalətlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddia tələbinin Cavabdeh2 aid olan hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi Cavabdeh2 aid olan hissədə rədd olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinə əlavə sazişdən aydın olur ki, 25 sentyabr 2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə bağlanmış Cavabdeh1 ilə İddiaçı ASC arasında 02 nömrəli Əlavə Saziş kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinə əlavə saziş bağlanılmış və beləliklə o, kredit müqaviləsi və ona edilmiş əlavə sazişlər üzrə Cavabdeh1 tərəfindən öhdəliklər icra edimədiyi halda öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsində onun qüvvədə olma müddəti qeyd olunmamış, kredit müqaviləsində isə kredit borcunun qaytarılması müddəti 60-xx.xx.2022-ci il müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminlik müqaviləsinə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, iş materiallarından göründüyü kimi, zaminlik müqaviləsində onun qüvvədə olma müddəti müəyyən edilməmiş, həmin müqavilənin təmin etdiyi öhdəliklərin icrası vaxtının çatmasından(xx.xx.2022-ci iİ tarixdən) 3 ildən çox müddət keçməsinə baxmayaraq iddiaçı bank borcun zamindən də tutulmasını tələb etmişdir. Lakin iddiaçı bank bu hüququnu xx.xx.2023-cü il tarixdən itirmişdir. Bu səbəbdən Cavabdeh2 kredit müqaviləsi üzrə zaminliyinə xitam verilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 aid olan hissədə təmin edilə bilməz. Beləliklə, sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə əsas borc və faiz borcu hissəsində ekspert rəyində göstərilən məbləğdə- əsas borc üzrə 6795.97 ABŞ dolları, faiz borcu üzrə- 2330.09 ABŞ dolları, illik 5% ilə hesablanmış faiz borcu hissəsində iddia tələbində tələb olunan məbləğdə- 436,10 ABŞ dolları, dəbbə puluna münasibətdə isə 800 ABŞ dolları olmaqla iddia tələbi qismən təmin edilməlidir. İddia tələbi Cavabdeh2 aid olan hissədə zaminliyə xitam verildiyindən təmin edilməməlidir. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 169,52 manat məbləğində dövlət rüsumu ödənilmiş və cavabdehdən həmin məbləğin tutulmasını xahiş etmişdir.Hazırda iddia tələbi qismən təmin edilmiş və iddia tələbinin təmin edildiyi hissəinə mütənasib dövlət rüsumunun məbləği 142,84 manat olduğundan məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı “Dəmirbank“ ASC-nin (ləğv prosesindədir) xeyrinə 142,84 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 iddiaçı “Dəmirbank“ ASC-nin (ləğv prosesindədir) xeyrinə əsas borc üzrə 6795.97 ABŞ dolları, faiz borcu üzrə- 2330.09 ABŞ dolları, illik 5% ilə hesablanmış faiz borcu üzrə 436,10 ABŞ dolları, dəbbə pulu üzrə 800 ABŞ dolları olmaqla, cəmi isə 10362,16 ABŞ dolları və təmin edilmiş iddia tələbinə mütənasib olaraq ödənilmiş 142,84 manat dövlət rüsumu tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 ləğv prosesində olan “Dəmirbank“ ASC-nin xeyrinə əsas borc üzrə 6795.97 ABŞ dolları, faiz borcu üzrə-2330.09 ABŞ dolları, illik 5% ilə hesablanmış faiz borcu üzrə 436,10 ABŞ dolları, dəbbə pulu üzrə 800 ABŞ dolları olmaqla, cəmi isə 10362,16(on min üç yüz altmış iki ABŞ dolları, on altı sent) ABŞ dolları (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi manat məzənnəsi ilə) və təmin edilmiş iddia tələbinə mütənasib olaraq ödənilmiş 142,84(yüz qırx iki manat səksən dörd qəpik) manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar