Məhkəmə qərarları › İş №e-2(002)-1803/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1803/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1803/2021 29.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının Məcidli Aysel Əli qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı “ATABANK“ ASC (ləğv prosesindədir) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “ATABANK“ ASC (ləğv prosesindədir) cavabdehlər Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3102,22 ABŞ dollar faiz borcun, 63,35 ABŞ dollar cərimə olmaqla cəmi 3165,57 ABŞ dollar borcu və iş üzrə ödənilmiş 30 dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC (ləğv prosesindədir) iddia ərizəsini onunla əsaslandırmışdır ki, 23.10.2013-ci il tarixli 2364BFAK saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin “BAKİ” filialı tərəfindən Cavabdeh 48 ay müddətinə illik 20 % ödəmək şərti ilə 31050 ABŞ dollar məbləğində avtomobil alınması üçün kredit verilmişdir. Kredit müqaviləsinin 1-cı bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi eşiklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 21.04.2021-ci il tarixli bildirişlər məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun sərilməsi üçün heç bir tədbir görməmişlər.Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər.Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.Cavabdehin kredit üzrə cəmi borcu 3102,22 ABŞ dollar faiz borcun, 63,35 ABŞ dollar cərimə olmaqla cəmi 3165,57 ABŞ dollar borcu təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 21.06.2021-ci il tarixdə məhkəməyə etiraz ərizəsini ünvanlayaraq, iddiaçı bankın iddia tələbini qəbul etmədiyini bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir.Əlavə olaraq qeyd etmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərinə Bank tərəfindən 21.02.2017-ci il tarixdə xitam verilmişdr. Müvafiq olaraq öhdıəliyin təminatı kimi ipoteka qoyulmuş avtomobilinin üzərinə qoyulmuş girovun götürülməsi barədə məktub verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş tərəflər arasından bağlanmış 23.10.2013-ci il tarixli 2364BFAK saylı istehlak kredit müqaviləsinin surətindən görünür ki İddiaçı ASC (ləğv prosesindədir) tərəfindən Cavabdeh 48 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 31050 ABŞ dollar məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 23.10.2013-ci il tarixli 2364BFAK nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh (alıcı və ipoteka qoyan) 23.10.2013-ci il tarixli 2364BFAK saylı kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, özünün mülkiyyətində olan “Toyota Fortuner” markalı, buraxılış ili 2013-ci il olan, **-FS-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC -nin xeyrinə ipoteka ilə yükli edilmişdir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AA-106123 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın görünür ki, Toyota Fortuner” markalı, buraxılış ili 2013-ci il olan, **-FS-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh mülkiyətindədir.Həmçinin,çıxarışda avtomobilin İddiaçı ASC -nin xeyrinə yüklü edilməsi də qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 23.10.2013-ci il tarixli 2364BFAK saylı kredit müqaviləsinə əlavə-ödəniş cədvəlindən görünür ki, Cavabdeh 31050 ABŞ dollar krediti 48 ay müddətində ayda 944,86 dollar olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 21 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 102,22 ABŞ dollar faiz borcun, 63,35 ABŞ dollar cərimə olmaqla cəmi 3165,57 ABŞ dollar borcu təşkil edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03.11.2021-ci il tarixli e-2(002)-1803/2021 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 03.11.2021ci il tarixli 9/6162 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair çıxarış məlumatları, kredit müqavilələrinin şərtləri nəzərə alınmaqla, Cavabdeh 23.10.2013-ci il tarixli 2364BFAK saylı kredit müqaviləsi üzrə 23 oktyabr 2013-cü il tarixdən 22.10.2017-ci il tarixədək 41.772 ABŞ dolları məbləğində ödənişlər edilmişdir. Ödənilmiş 41772 ABŞ dolları məbləğində pulun 31050 ABŞ dolları əsas borcdan, 10722 ABŞ dolları isə faiz borcundan silinir. 23.10.2013-ci il tarixli 2364BFAK saylı kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" ASC-yə əsas borcu üzrə- 00,00 ABŞ dolları, faiz borcu üzrə-3102,22 ABŞ dolları müəyyən edilmişdir.Müqavilə üzrə cərimənin hesablanması göstərilmədiyindən cavabdehə cərimə borcu hesablanmaışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünür ki, "xxxx" ASC (ləğv prosesindədir) pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalananan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının cavabdehlərə qarşı həmin kredit müqaviləsinin lazımınca icra edilməməsi ilə əlaqədar iddia tələbi faiz borcu hissəsində tam, cərimə borcu hissəində qismən əsaslıdır. Həmçinin məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, 23 oktyabr 2013-ci il tarixli kredit müqavilə üzrə 10 ABŞ dollar məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas pul ilə yanaşı, müvafiq olaraq müqaviləyə görə 10 ABŞ dollar məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30( otuz) ABŞ dollar məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı “ATABANK“ ASC-nin (ləğv prosesindədir) xeyrinə 23.10.2013-ci il tarixli kredit müqaviləsi üzrə 3102,22 faiz, 10 ABŞ dollar cərimə olmaqla cəmi 3112,22 ABŞ dolları və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı “ATABANK“ ASC-nin (ləğv prosesindədir) xeyrinə 23.10.2013-ci il tarixli kredit müqaviləsi üzrə 3102(üç min bir yüz iki) dollar,22(iyirmi iki) sent faiz, 10(on) ABŞ dollar cərimə olmaqla cəmi 3112(üç min yüz on iki) dollar,22(iyirmi iki) sent(icra olunan zaman Azərbaycan manatına məzənnə ilə) və iddiaçı tərəfindən ödənilmiş 30(otuz) manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar