Məhkəmə qərarları › İş №e-2(002)-1813/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1813/2024

20.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1813/2024 20.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X3 İddiaçı “X5 QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “X5 QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh: Cavabdeh 165.95 manat məbləğində maddi ziyanın və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(002)- 1813/2024 saylı qərardadı ilə sadələşdirilmiş icraat üzrə iş iddia icraatına keçirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli, e-2(002)-474/2021 saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəzərinizə çatdırır ki, iddiaçı "xxxx" QSC “X2” MMC ilə bağlanmış xx.xx.2016 -ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini “X2” MMC -yə sifariş etmişdir. “X2 MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyət orqanlara müraciət edərək Məhkəmə qətnaməsi üzrə ödənilməmiş pul borcu, o cümlədən ödənilən xx.xx.2021-ci il tarixindəki 105 manat, xx.xx.2021-ci il tarixindəki 558.80 manatın geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh tərəfindən ödənilən vəsait “X2” MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən “X2” MMC-yə 165.95 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə “X2” MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 165.95 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış müqavilənin 5 və 6-cı bəndində «Borcvеrən»-in hüquq və vəzifələri/Borcalanın hüquq və vəzifələri(öhdəlikləri)-ndə qeyd edilmişdir ki : «Borcalan» tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yеrinə yеtrilmədikdə krеdit və ona hеsablanmış faiz borcunu, o cümlədən krеdit üzrə gеcikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hеsablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hеsablanan cərimə məbləğlərini, krеditin gеri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqixidmətl ilə bağlı çəkdiyi/çəkməli olduğu) bütün хərclərin (zərərin)əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb еtmək (tutmaq/almaq); Bu müqavilə üzrə öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə krеditin gеri qaytarılması ilə bağlı “Borcverənin” çəkdiyi və\və ya çəkməli olduğu bütün хərclərin (zərərin, məsrəflərin vəs., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi/çəkməli olduğu xərclərin) əvəzini, habelə “Borcverənin” əldən çıxmış faydasını ödəmək. AR MPM və MM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi ərizə göndərərək, məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, e-2(002)-474/2021 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 922.08 manat məbləğində əsas borc, 59,41 manat faiz, 26,09 manat cərimə olmaqla cəmi 1007,58 manat məbləğində borc pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «X5 Azərbaycan» QSC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" QSC və Cavabdeh arasında bağlnmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin 5.5-ci maddəsinə əsasən borcverən borcalanın öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi səbəbindən yaranmış(ödənilməmiş) borclarının geri qaytarılmasının təmin edilməsi məqsədi ilə borcun qaytarılmasını üçüncü şəxslərə tapşırmaq və bu məqsədlə qanunvericilkdə nəzərdə tutulmuş müvaafiq tədbirlərin həyata keçirilməsi üçün (məhkəmə instansıyalarına\ orqanlarına müraciət) borcalana aild olan məlumatları həmin şəxslərə təqdim etmək, bu işlərin aparılmasına görə həmin şəxslərə ödənilən xərclər və yaxud çəkilən(çəkiolməli olan) məsrəfləri borcalandan tələb etmək (tutmaq\almaq) hüququna malikdir. İş materiallarına əlavə olunmuş "xxxx" QSC ilə “X1” MMC arasından bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin 5.1.1-ci bəndindən görünür ki, Bank Müqaviləyə əsasan istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15% (on beş faizi) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərc) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). (Büro tərəfindən icra sürəcində (məhkəməyə əvvəl verilmiş) olan dosyelərlə bağlı icra nəzarəti başlandıqdan (iş dosyesi (iş qovluğu) təhvil ahndiqdan) sonra olan dosyelər üzrə isə pul (borcların) yığılması (qaytarılması) halında Böroya bir aylıq dövrdə həyata keçindən ümurni borc (əsas borc, faiz, çəkilmiş xərclər vs s.) yığılmasından (geri ödənişlərindən) enini 25% (iyirmi beş faiz) hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir. (müvafiq ödəniş sənədləri əsasında). İş materiallarına əlavə olunmuş "xxxx" QSC “X1” MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə xx.xx.2022-ci bil tarixli əlavə razılaşmadan görünür ki, bank ("xxxx" QSC) bu tarixdən sonra(xx.xx.2022-ci il) Bank Müqaviləyə əsasan istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15% (on beş faizi) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərc) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). (Büro tərəfindən icra sürəcində (məhkəməyə əvvəl verilmiş) olan dosyelərlə bağlı icra nəzarəti başlandıqdan (iş dosyesi (iş qovluğu) təhvil ahndiqdan) sonra olan dosyelər üzrə isə pul (borcların) yığılması (qaytarılması) halında Böroya bir aylıq dövrdə həyata keçindən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər vs s.) yığılmasından (geri ödənişlərindən) cəmini 15% (on beş faiz) hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışın surətindən görünür ki, "xxxx" QSC ilə “X1” MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən X1” MMC tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixində ödənilən 105 manat, xx.xx.2021-ci il tarixində ödənilən 558,80 manat borc pulun ödənilməsi təmin edilmişdir və bu ödənişlərə görə "xxxx" QSC tərəfindən “X1” MMC-yə 165,95 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə olunmuş YapıKredi Bank Azərbaycan” QSC “X1” MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, X1” MMC Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində ödənilmiş 105 manat borc məbləğini "xxxx" QSC-yə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş YapıKredi Bank Azərbaycan” QSC “X1” MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, X1” MMC Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində ödənilmiş 558,80 manat borc məbləğini "xxxx" QSC-yə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" QSC “X1” MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli və 05.2021-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, "xxxx" QSC tərəfindən göstərilən hüquqi xidmətlərə görə “X1” MMC-yə xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə 25% hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödənilmişdir. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, «X5 Azərbaycan» QSC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ilə müqavilə üzrə yaranan borcların onun tərəfindən vaxtında və lazımı qaydada geri qaytarılmamasına görə Bank cavabdehə qarşı iddia qaldırmaq və ya icra tətbiqinin həyata keçirmək məcburiyyətində qalarsa, cavabdeh(borcalan) bununla bağlı Bank tərəfindən çəkiləcək hər cür xərclərin(vəkil/ hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) Banka ödənilməsi barə öhdəlik götürmüşdür. İddiaçı bank cavabdehdən müqavilə üzrə yaranan borcların qaytarılması üçün hüquqi xidmətlərin göstərilməsini xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə “X1” MMC-yə tapşırmışdır.İş materiallarında olan təhvil-təslim aktlarından göründüyü kimi “X1” MMC Cavabdeh xx.xx.2021-ci il tarixində 105 manat və xx.xx.2021-ci il tarixində 558,80 manat olmaqla cəmi 663,80 manat məbləğində borcu geri almış və "xxxx" QSC tərəfindən hüquq bürosuna xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə“ əsasən göstərilən hüquqi xidmətlərə görə geri ödənilən ümumi borcun 25% nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödənilmişdir. Hazırda isə iddiaçı cavabdehdən onun tərəfindən hüquqi xidmətlərə görə ödənilmiş -165,95 manat hüquqi xidmət haqqını və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunu tələb edir və iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar edilərək, məlumatlı olmasına baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə münasibətini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yuxarıda sadalanan qanunvericilki normalarını əsasə götürərərək, məhkəmə qeyd edir iş materiallarından göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Nəticədə iddiaçı bank cavabdehdən müqavilə üzrə borcun geri alınması üçün göstərilən hüquqi xidmətlərə görə onun tərəfindən hüquq bürosuna ödənilmiş xidmət haqqını tələb edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh onun ilə iddiaçı bank arasında bağlanmış kredit müqaviləsi ilə öz üzərinə borcun geri qaytarılmasına görə iddiaçı bank tərəfindən çəkilmiş xərclərin(məsrəflərin) iddia banka ödənilməsinə dair öz üzərinə öhdəlik götürmüşdür. Eyni zmanda məhkəmə qeyd edir ki, təhvil aktlarından və maliyyə arayışından da göründüyü kimi, iddiaçı bank tərərindən hüquq bürosuna geri qaytarılmış 663,80 manat məbləğində borcun 25% nisbətində-yəni 165,95 manat məbləğində xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir hazırda iddiaçının tələbi qanuni və əsaslıdır, bu səbəbdən iddia tələbi təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı “X5 QSC-nin xeyrinə üzrə 165,95 manat məbləğində borcu (hüquqi xidmət haqqı) və 30 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı “X5 QSC-nin xeyrinə 165(yüz almış beş) manat 95(doxsan beş) qəpik məbləğində borc və 30(otuz) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə elektron kabinet vasitəsilə apelyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar